Məhkəmə qərarları › İş №3(009)-504/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-504/2023

05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-504/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair oğlu Bakı şəhəri BPİ DYPİ tərəfindən tərtib edilmiş 21 mart 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 21 mart 2023-cü il tarixdə saat 22:42-də “Toyota Prius (Hibrid) minik” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində hərəkətdə olarkən sürücü Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmiş və barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, özünü təqsirli bilməyərək, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsinə məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan xx.xx.2023-cü il tarixli 642144 nömrəli alkotesterin nəticələrindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs qanında alkoqolun konsentrasiyası 0,418 promil olmuşdur. İş materiallarında olan Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs protokola spirtli içkili n\v idarə etməyi, alkotesterin göstəricisi ilə razı olduğunu, bir də içkili sürməyəcəyini, həkimə ehtiyacın olmaması barədə qeyd etmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Baş Polis İdarəsinin X5 İdarəsinin nümayəndəsi Nümayəndə1 Məhkəmə Elektron Sisteminə yüklədiyi izahatından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Belə ki, işin faktiki halları ondan ibarət olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs 21 mart 2023-cü il tarixində TOYOTA PRİUS (HİBRİD) minik markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Neftçilər propektində hərəkətdə olarkən YPX inspektoru polis leytenantı X1 tərəfindən saxlanılmışdır. Onunla ünsiyyət zamanı nəfəsindən kəskin alkoqol iyi gəldiyindən tibbi müayinədən keçmək təklif olunmuşdur. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2023-cü il tarixli protokola əsasən Ultimed markalı 642144 nömrəli alkotesterlə yoxlama aparılaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs qanında alkoqolun konsentrasiyası 0,418 promil olması öz təsdiqini tapmışdır. X2 protokola öz əli ilə spirtli içkili n\v idarə etməyi, alkotesterin göstəricisi ilə razı olduğunu, birdə içkili sürməyəcəyini, həkimə ehtiyacın olmamasını qeyd etmişdir. Göründüyü kimi Şəxs şüurlu şəkildə alkoqoldan istifadə edərək qəsdən avtomobili idarə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Yol nəqliyyat hadisələrinin təxminən 80%-nə səbəb sərxoş sürücülərdir. Spirtli içki qəbul edib sükan arxasına əyləşən şəxs yalnız özü üçün deyil, ətrafdakılar üçün də böyük təhlükə mənbəyidir. İçki insanın reaksiyasına, zehni fəaliyyətinə, əsəb sisteminə təsir edir, diqqətini bir yerə cəmləməsinə və yaranmış ani vəziyyətdən çıxış yolu tapmasına mane olur. Şərh olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Beləliklə, məhkəmə iclasında Şəxs 21 mart 2023-cü il tarixdə saat 22:42-də “Toyota Prius (Hibrid) minik” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində idarə edərkən onun sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 115, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar