Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-507/2022 04.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru X4 iştirakları ilə, Zərərçəkmiş şəxslər X9, X6, Əhmədov Tərahim Xidmət oğlunun, X10, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmklə məğul olan, Səbail rayonu Yüzbəy Mürsəlov küçəsi ev 147 mənzil 35- də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 8-ci PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 8-ci PB tərəfindən tərtib edilmiş 04 mart 2022-ci il tarixli, MN ******* və ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş 27.02.2022-ci il tarixdə Şəxs vətəndaş X13 məxsus 90 AZN manat məbləğində “KAMA” markalı su matorunu gidraforla birlikdə oğurlamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs 26.02.2022-ci il tarixdə X14 məxsus Bakı şəhəri Səbail rayonu A.İsmayılov küçəsi dalan 1 ev 43-də yaşadığı mənzinin giriş qapısının yanında dəyəri 80 AZN olan su mühərrikini oğurlamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan MN ******* nömrəli inzibati xəta haqqında protokola əlavədən görünür ki, 20.02.2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X3 RPİ- nin 8-ci PB-yə ərizə ilə müraciət edərək "xxxx" MMC-yə məxsus 15 metrlik kabelin oğurlanması barəsində məlumat vermiş və 21,30AZN maddi ziyan dəyməsini bildirmişdir. 20.02.2022-ci il tarixdə Kürdəmir rayonu, Qarasu kəndində yaşayan Əhmədov Tərahim Xidmət oğlu Səbail RPİ-nin 8-ci PB-yə ərizə ilə müraciət edərək yaşadığı evin qarşısında saxladığı özünə məxsus “Mercedes Benz” markalı, **-CT-*** d.q.nlı a/m-nm hər iki yan güzgülərinin oğurlanması barəsində məlumat vermiş və 120 AZN maddi ziyan dəyməsini bildirmişdir. uxarıda qeyd edilən vətəndaşlara məxsus əmlakları oğurlayaraq onlara maddi ziyan vurmuş şəxsin, xx.xx.1985-ci il təvəllüdlü ünvan 3 ünvanında yaşayan Şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru X7 protokolu müdafiə edərək bildirdi ki, Şəxs vətəndaş X13, X8, Əhmədov Tərahim Xidmət oğluna və X14 məxsus əmlakları oğurlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbini pozmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o iki ilə yaxındır narkotik vasitələrdən istifadə edir. Buna görə də maddi sıxıntıları var, belə ki, tez-tez pula ehtiyacı olur. 27.02.2022-ci il tarixdə ünvan 4 ünvanın qarşısında quraşdırılmış su motorunu qidroforla birlikdə oğurlayarq daha sonra Sabunçu bazarının yaxınlığında tanımadığı şəxsə 40 manata satmışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha analoji hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahatında bildirdi ki, 20.02.2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus 15 metrlik kabelin oğurlanması barəsində məlumat vermiş və 21,30 AZN maddi ziyan dəymişdir. Dəymiş ziyan tamamilə ödənimişdir, heç bir şikayəti yoxdur. Şəxs ilə barışmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs Əhmədov Tərahim Xidmət oğlu izahatında bildirdi ki, 20.02.2022-ci il tarixdə yaşadığı evin qarşısında saxladığı özünə məxsus “Mercedes Benz” markalı, **-CT-*** d.q.n-lı avtomobilinin hər iki yan güzgülərinin oğurlanması barəsində məlumat vermiş və 120 AZN maddi ziyan dəymişdir. Dəymiş ziyan tamamilə ödənimişdir, heç bir şikayəti yoxdur. Şəxs ilə barışmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs X16 izahatında bildirdi ki, 26.02.2022-ci il tarixdə ona məxsus Bakı şəhəri Səbail rayonu A.İsmayılov küçəsi dalan 1 ev 43-də yaşadığı mənzinin giriş qapısının yanında dəyəri 80 AZN olan su mühərrikini oğurlamışdır. Dəymiş ziyan tamamilə ödənimişdir, heç bir şikayəti yoxdur. Şəxs ilə barışmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs X17 izahatında bildirdi ki, 27.02.2022-ci il tarixdə yaşadığı ünvan 4 ünvanın qarşısında quraşdırılmış özünə məxsus “Kama” markalı su motorunun oğurlanmış və ona 90 AZN maddi ziyan dəymişdir. Ona vurulmuş zərər ödənilməmişdir və şikayətçidir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan inzibati xəta haqqında tutma protokolundan görünür ki, Şəxs 03 mart 2022-ci il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Səbail RPİ-nin 8-ci PB-nin 01 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, vətəndaş Əhmədov Tərahim Xidmət oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Əhmədov Tərahim Xidmət oğluna məxsus əmlakı oğurlamış şəxs gələcəkdə müəyyən edildikdə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün təhqiqat orqanın rəhbərinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail RPİ-nin 8-ci PB-nin 01 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, vətəndaş X6 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, "xxxx" MMC-yə məxsus əmlakı oğurlamış şəxs gələcəkdə müəyyən edildikdə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün təhqiqat orqanın rəhbərinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail RPİ-nin 8-ci PB-nin 01 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, vətəndaş X9 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X13 məxsus əmlakı oğurlamış şəxs gələcəkdə müəyyən edildikdə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün təhqiqat orqanın rəhbərinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail RPİ-nin 8-ci PB-nin 04 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, vətəndaş X10 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X14 məxsus əmlakı oğurlamış Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün təhqiqat orqanın rəhbərinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan X6 ərizəsindən görünür ki, "xxxx" MMC-yə məxsus 15 metrlik kabelin oğurlanması nəticəsində dəymiş maddi ziyan tamamilə ödənimişdir, heç bir şikayəti yoxdur. Şəxs ilə barışmışlar. İş materiallarında olan Əhmədov Tərahim Xidmət oğlunun ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tamamilə ödənimişdir, heç bir şikayəti yoxdur. Şəxs ilə barışmışlar. İş materiallarında olan X10 ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tamamilə ödənimişdir, heç bir şikayəti yoxdur. Şəxs ilə barışmışlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə zərərçəkmiş şəxslər X8, Əhmədov Tərahim Xidmət oğluna, X14 vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslərlə barışdığından inzibati iş üzrə icraata xitam verilməli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin əvvəli, onun inzibati qaydada tutulduğu vaxtdan, yəni 03 mart 2022-ci il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 88, 114-115, 128.2.1, 130.1 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 23 (iyirmi üç) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs faktiki tutulduğu andan, yəni 03 mart 2022-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-507/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-507/2022
04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver