Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-507/2024 23.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cü Polis Bölməsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Səxavət qızının iştirakları ilə xx.xx.2004-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay ünvan 1 ünvanında qeydiyyatda olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 13 ünvanında yaşayan Şəxs Səxavət qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinə Şəxs Səxavət qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Səbail rayonu, Fəvvarələr meydanı, “MC Donalds” restoranında 23 fevral 2024-cü il tarixdə, saat 23:30 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus “İphone 6S” markalı telefonu oğurlamış, nəticədə Şəxs Səxavət qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 9-cü Polis Bölməsinin sahə rəisi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs Səxavət qızı barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Səxavət qızı törətdiyi inzibati xətanı etiraf edərək əməlindən peşman olduğunu, “İphone 6S” markalı telefonu zərərçəkmiş şəxsə qaytarılmasını, bununla da dəymiş zərəri tam şəkildə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 04 fevral 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, vətəndaş X1 DİN-nin 102 xidmətinə etdiyi müraciət əsasında toplanmış materialın araşdırması zamanı naməlum şəxsin əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Zərərçəkmiş şəxs məxsus iphone “6 S markalı” mobil telefonunu oğurlayan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən edilərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün qərarın surəti Səbail RPİ-nin 9-cu PB- yə göndərilməsindən ötrü təhqiqat orqanının rəhbərinə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Səbail RPİ-nin 9-cü Polis Bölməsinə verdiy ərizəsindən görünür ki, maddi ziyan tam həcmdə qaytarıldığından onun Şəxs Səxavət qızına qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Səxavət qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,39.2, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Səxavət qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-507/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-507/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver