Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-508/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru Nümayəndə iştirakları ilə, Bakı şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon icra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş 04 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 2526/2019 nömrəli, 04.06.2021-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi nəticəsində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru Nümayəndə bildirdi ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2526/2019 nömrəli, 04.06.2021-ci il tarixli icra sənədinə əsasən iddiaçı X1 məxsus olmuş ünvan 1 ünvanında yerləşən binnn 1-ci mərtəbəsindəku qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində ona ümumilikdə 118350(yüz on səkkiz min üç yüz əlli) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilsin. İcra vərəqəsi 18.06.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. İcra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən borcluya müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. Bütün bunlara baxmayaraq bu günədək borclu dövlət orqanı tərəfindən tələb təmin edilməmişdir. Sonuncu olaraq 26.01.2022-ci il tarixdə borclu Bakı şəhər İcra Hakimiyyətinə xatırlatma məktubu göndərilmiş və icra sənədi üzrə təyin edilən tələbin təmini istiqamətində görülən son tədbirlər barədə məlumat verilməsi xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yaxın zamanda məsələnin öz həllini tapacağı bildirilmişdir. Göstərilənlərə əsasən, barəsində inzibati protokol tərtib edilmiş Bakı şəhər İcra Hakimiyyəti barəsində qanuna uyğun tədbir görülməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı şəhər İcra Hakimiyyətinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi və tələbkar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsinin və tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştiarkçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhər İcra Hakimiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından olan Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2526/2019 nömrəli, 04.06.2021-ci il tarixli icra sənədinə əsasən iddiaçı X1 məxsus olmuş ünvan 1 üncamnda yerləşən binnn 1-ci mərtəbəsindəku qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində ona ümumilikdə 118350 (yüz on səkkiz min üç yüz əlli) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. İş materiallarından olan borclu Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış xatırlatma məktublarından görünür ki, icra sənədi üzrə təyin edilən tələbin təmini istiqamətində görülən son tədbirlər barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinə məktublar ünvanlanmış, iş materialarına icraatın başlanması haqqında qərar əlavə edilməmiş, eyni zamanda icra tədbirlərinin görülməsi barədə məktubların Bakı şəhər İcra Hakimiyyətinə rəsmi qaydada çatdırılması barədə iş materiallarına heç bir təsdiqedici sənəd əlavə edilməmişdir. Belə olan halda, Bakı şəhər İcra Hakimiyyətinin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Bakı şəhər İcra Hakimiyyətinin əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Təsvir olunanlardan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan Bakı şəhər İcra Hakimiyyətinin əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-508/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-508/2022
08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver