Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-514/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılıan şəxs Şəxs, İnzibati xəta haqqında protoklu tərtib etmiş Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 3(009)-1173/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bu qərardan Şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 3(009)-1173/2022 saylı qərarının ləğv edilməsini və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2402/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayət qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 3(009)-1173/2022 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 3(009)-1173/2022 saylı qərarı ilə Şəxs barəsində İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bu qərardan Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 3(009)-1173/2022 saylı qərarının ləğv edilməsini və Şəxs barəsində inzibati xəta haqqında işə yenidən baxılmasl üçün məhkəməyə qaytarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-556/2023 saylı, 27 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayət təmin edilmiş, Şəxs barəsində İXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında ptorokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılıan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə barəsində iki inzibati xəta haqqında protokol tərtib edilmiş, bir protokol üzrə İXM-nin 333.1-ci maddəsi ilə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən inzibati tənbehvermə haqqında qərar çıxarılmış və o 400 manat məbləğində cərimə edilmişdir. Digər protokol İXM 333.3-cü maddəsi ilə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protoklu tərtib etmiş Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 22 iyul 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 iyul 2022-ci il tarixdə saat 06:10 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. 22 iyul 2022-ci il tarixli 2/24233 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 06:50-də sərxoş olmuşdur. Göründüyü kimi protokol tərtib olunduğu vaxtdan az müddət keçdikdən sonra Şəxs tibbi müayinədən keçmiş və onun sərxoş olduğu müəyyən edilmişdir. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 25 iyul 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 iyul 2022-ci il tarixdə saat 06:10 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 25 iyul 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, Şəxs 22 iyul 2022-ci il tarixdə saat 06:10 radələrində "HYUNDAİ MATRİX” markalı, **-OV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.2-ci maddələri ilə 400 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə görə bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs 25 iyul 2022-ci il tarixli TP ******* nömrəli inzibati təhbehvermə haqqında qərar qəbul edildiyi halda elə həmin tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə 22 iyul 2022-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1 -ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, Şəxs aid eyni xətaya görə 25 iyul 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən 25 iyul 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul olunduğuna görə Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə 22 iyul 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta inzibati xəta haqqında protokola dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALD İ: Şəxs barəsində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsin tərəfindən tətib edilmiş 22 iyul 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-514/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-514/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver