Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-515/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edərək, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti Abşeron Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. X1 məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixində Bakı şəhəri Səbail rayon Məhkəməsinə daxil olmuş 3(009)-515/2023 saylı iş, daha əvvəl xx.xx.2023cü il tarixində Bakı şəhəri Səbail rayon Məhkəməsinə daxil oluş 3(009)-468/2023 saylı iş (hakim: Ülviyyə Şükürova) ilə eyni mahiyyətini təşkil etdiyini üçün, 3(009)-515/2023 saylı və 3(009)-468/2023 saylı işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş araşdırılarkən müəyyən olunmuşdur ki, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edərək, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti Abşeron Rayon Məhkəməsi tərəfindən aidiyyət üzrə göndərildikdən sonra X3 xx.xx.2023-cü il tarixində Bakı şəhəri Səbail rayon Məhkəməsinə eyni məzmunlu şikayətlə təkrar müraciət etmiş və həmin iş hazırda məhkəmənin digər hakimi Ülviyyə Şükürovanın icraatındadır və işə onun tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından şikayət hazırda məhkəmənin digər hakimin icraatında olduğundan hazırki şikayət geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-515/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-515/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver