Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-516/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi, barəsində protokol tərtib olunmuş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 16 noyabr 2021-ci il tarixli 00100-2282/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-2262/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və ödənilməli olan 1.016,65 (bir min on altı manat altmış beş qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş faizi) məbləğdə, yəni 712 (yeddi yüz on iki) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində qərar çıхarılmış şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında qərar çıхarılmış şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati qaydada tənbeh olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakiminin 3(009)-2262/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarı barəsində qərar çıхarılmış şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən ləğv edilməsi və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 00100-2282/21 saylı, 16 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) 05 oktyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********2267 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti idxal” xüsusi gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edilmiş mallar, rüsum və vergilərdən azad edilmək üçün əsas verən “Azəri-31/14” saylı azadolma sertifikatında qeyd edilmədiyindən, bu mallara dair gömrük yığımları və dövri gömrük ödənişlərini ödəməli olduğu halda, qeyd edilən hər iki bəyannamənin 36-cı qrafasında oluna əsaslar olmamasına baxmayaraq, “300” nömrəsini qeyd etməklə ödənilməli olan 400,00 manat gömrük yığımı, 72,00 manat ƏDV, 5.40 manat elektron gömrük xidmət haqqı, “müvəqqəti idxal” xüsusi gömrük prosedurana uyğun dövri olaraq 225,67 manat idxal rüsumu, 313,58 manat ƏDV-dən ibarət ümumilikdə az miqdarda, 1016,65 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) 05 oktyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********2267 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti idxal” xüsusi gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edilmiş mallar, rüsum və vergilərdən azad edilmək üçün əsas verən “Azəri-01/14” saylı azadolma sertifikatında qeyd edilmədiyindən, bu mallara dair gömrük yığımları və dövri gömrük ödənişlərini ödəməli olduğu halda, qeyd edilən hər iki bəyannamənin 36-cı qrafasında buna əsaslar olmamasına baxmayaraq, “300” nömrəsini qeyd etməklə ödənilməli olan 400,00 manat gömrük yığımı, 72,00 manat ƏDV, 5.40 manat elektron gömrük xidmət haqqı, müvəqqəti idxal” xüsusi gömrük proseduruna uyğun dövri olaraq 225,67 manat idxal rüsumu, 313,58 manat ƏDV-dən ibarət ümumilikdə az miqdarda, 1016,65 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə, əvvəlki məhkəmə iclasında iştirakı təmin olunmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə yazılı etirazı təqdim edərək onun məzmununa uyğun izahat verərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, CHAMPİONX AZƏRBAYCAN” MMC ilə "xxxx" Şirkəti arasında imzalanmış CW2049353/CW173731 nömrəli müqavilə əsasında, adı çəkilən MMC qeyd edilən Şirkətə qara metallardan rezervualların, sistemlərin, çənlərin və analoji qabların tədarükü və təczihatı xidmətlərini həyata keçirir. Hazırki işin faktiki halları ondan ibarətdir ki, yuxarıda adı çəkilən mallarla bağlı "xxxx" MMC 27.09.2021-ci il tarixində müvafiq gömrük orqanına **********347önömrəli qısa idxal bəyannaməsini bəyan etmişdir. Bundan sonra isə, 05.10.2021-ci il tarixində son istifadə üçün **********2267 nömrəli bəyannamələr ilə gətirilən mallar müvafiq gömrük orqanına bəyan edilmiş və bəyannamənin 44-cü qrafasında bütün lazım olan sənədlər e-bəyannaməyə əlavə olunmuşdur. Daha sonra isə, **********2267 nömrəli bəyannamədə göstərilən malların ölkəyə idxalına icazə verilmiş və malları gətirən nəqliyyat vasitələri, o cümlədən malların özü də azad şəkildə gömrük postundan buraxılmışdır. Lakin sonradan gömrük orqanının tələbinə əsasən, həmin bəyannamələrdə göstərilən mallarla bağlı, 06.10.2021-ci il tarixində BP Exploration (Kaspian Si) Ltd əməliyyat şirkətinin CX-AL-211006-1 istinad nömrəli gömrük rəsmiləşməsini idxal və ixrac rüsümlarından azadolma sertifikati ilə həyata keçirilməsi üçün rəsmi məktub alınmış və həmin məktubda DGK-nə təqdim edilmişdir. Belə ki, "xxxx" MMC-nin Sertifikata yeni malların əlavə olunması üçün etdiyi müraciət 13.10.2021-ci il tarixli 24/24/049360 nömrəli sənəd ilə qeydə alınmışdır, yəni Dövlət Gömrük Komitəsinin e-gov.az saytında idxal-ixrac vergilərindən azadolma haqqında sertifikata həmin mallarında adları əlavə edilmişdir. Lakin bundan sonra həmin iş üzrə materiallar əsassız olaraq DGK-nin təhqiqat şöbəsinin icraatına verilmişdir. Halbuki ölkəyə idxal edilmiş həmin malın adı bir daha qeyd edirik ki, məhz 13 oktyabr 2021-ci il tarixindən Dövlət Gömrük Komitəsinin e-gov.az saytında idxal-ixrac vergilərindən azadolma haqqında sertifikata əlavə edilmişdir. Belə ki, işin tam aydın və şəffaf olması məqsədi ilə, Dövlət Gömrük Komitəsinə 06.10.2021-ci il tarixində yeni siyahı göndərilərək, hazırki mallarında 730900 kod altında olması qeyd edilmişdir. Həmin siyahıda Dövlət Gömrük Komitəsi tərəfindən rəsmən təsdiqlənmişdir. Bütün bu hallar açıq şəkildə Azərbaycan Respublikası DGK-İ Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 diqqətinə çatdırılmasına baxmayaraq həmin məmur tərəfindən əsassız olaraq "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair 00100- 2282/21 nömrəli 16 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportuna əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) 22 sentyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********4765 sorğu nömrəli və **********4717 sorğu nömrəli Gömrük bəyannamələri ilə “müvəqqəti idxal” xüsusi gömrük Prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edilmiş mallar, rüsum və vergilərdən azad edilmək üçün əsas verən "Azər i-01/14” saylı azadolma sertifikatında qeyd edilmədiyindən, bu mallara dair gömrük yığımları və dövri gömrük ödənişlərini ödəməli olduğu halda, qeyd edilən hər iki bəyannamənin 36-cı qrafasında buna əsaslar olmamasına baxmayaraq, “300” nömrəsini qeyd etməklə **********4765 sorğu nömrəli gömrük bəyannaməsinə münasibətdə ödənilməli olan 600,00 manat gömrük yığımı, 108,00 manat ƏDV, 5,40 manat elektron gömrük xidmət haqqı, “müvəqqəti idxal” xüsusi gömrük proseduruna uyğun dövri olaraq 731,86 manat idxal rüsumu, 1013.21 manat ƏDV-dən ibarət ümumi - 2458,47 manat gömrük ödənişləri və **********4717 sorğu nömrəli gömrük bəyannaməsinə münasibətdə ödənilməli olan 600,00 manat gömrük yığımı, 109,80 manat ƏDV, 5,40 manat elektron gömrük xidmət haqqı, “müvəqqəti idxal” xüsusi gömrük proseduruna uyğun dövri olaraq 731.86 manat idxal rüsumu, 1013.26 manat ƏDV-dən ibarət ümumi-2460,32 manat gömrük ödənişləri, yəni hər iki gömrük bəyannaməsi üzrə ümumilikdə az miqdarda, 4918.79 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, "xxxx" MMCnin Sertifikata yeni malların əlavə olunması üçün etdiyi müraciət 13 oktyabr 2021-ci il tarixli 24/24/049360 nömrəli sənəd ilə qeydə alınmışdır. Göründüyü kimi "xxxx" MMC-nin Sertifikata yeni malların əlavə olunması üçün etdiyi müraciət qeydə alınmış, yəni Dövlət Gömrük Komitəsinin e-gov.az saytında idxal-ixrac vergilərindən azadolma haqqında sertifikata həmin mallarında adları əlavə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınma hallarına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-516/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-516/2022
05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver