Məhkəmə qərarları › İş №3(009)-517/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-517/2022

16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-517/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X4 oğlunun, nümayəndəsi və vəkili X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 25 noyabr 2021-ci il tarixli 00100-2395/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarına əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və ödənilməli olan 14559,35 manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş faizi) məbləğdə, yəni 10192,00 (on min yüz doxsan iki) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi X7 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarından apellyasiya şikayəti vermiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 3(103)-338/2022 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi X7 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və ödənilməli olan 14559,35 manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş faizi) məbləğdə, yəni 10192,00 (on min yüz doxsan iki) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikasından AZ3600, Qəbələ rayonu,Qəbələ şəhəri, Heydər Əliyev pr.01 qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 99JU907/10ZH907 nömrəli nəqliyyat vasitəsi ilə, 21016677 saylı, 20.08.2021-ci il tarixli invovs sənədi ilə daxil olmuş yüklər **********9461 sorğu nömrəli 26.08.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləsdirildivinin müəyyən edilməsi məqsədilə X5 idarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-012/002-25/004709 saylı, 24.09.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-və göndərilmiş sınaq protokoluna əsasən 21016677 saylı, 26.08.2021-ci il tarixli invoys üzrə idxal olunan “X9 Stiren (SEBS) Grənül ENSQFT-SD-150-50D- T2- 900 Black və ENSQFT-SL-164-65A-T2-900 Black” yükünün XİF MN üzrə ''**********” savlı kod altında sinifləsdirildiyi və 15% gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********9461 sorğu nömrəli, 26.08.2021-ci il tarixli gömrük bəyannaməsinin bütün mal mövqeyində bəyan edilmiş “Ravago Ensoft SD-150-50D-T2-900 Black" və “Ravaqo Ensoft SL-164-65A-T2-900 Black" adlı, tərkibində kalsium karbonat (CAS 471-34-1) dolğusu, piqment, mum, ultrabənövşəyi şüaların stabilləşdiricisi olan, polipropilen (CAS 9003-07-0) ilə modifikasiva olunmuş, ilkin formada, qara rəngli vulkanlaşdırılmamıs stirol-butadien-stirol kauouku (CAS 66070-58-4) yükün XİF MN üzrə “**********” saylı kod altında sinifləsdirildiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 12338.43 AZN, ƏDV üzrə 2220,92 AZN təşkil edir. Araşdırma zamanı Şəxs MMC tərəfindən 99JU907/10ZH907 nömrə nişanlı yük avtomaşınında 21016677 saylı, 26.08.2021-ci il tarixli invoys sənədi ilə Azərbaycan Respublikasına idxal edilən, X5 İdarəsinin yuxarıda qeyd edilən rəyinə əsasən XİFMN üzrə ********** kod altında sinifləşdirilən tərkibində kalsium karbonat (CAS 471-34- 1) dolğusu, piqment, mum, ultrabənövşəyi şüaların stabilləşdiricisi olan, polipropilen (CAS 9003-07- 0) ilə modifikasiva olunmuş, ilkin formada, qara rəngli vulkanlaşdırılmamıs stirol-butadien-stirol kauouku (CAS 66070-58-4) yükü **********9461 sorğu nömrəli 26.08.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilən plastmasa daxil etməklə modifikasiva olunmuş maddələr (rezin qranulası) yükünün təsvirinə uyqun gəlib-gəlməməsi barədə ekspertiza tədqiqat aparılması məqsədi ilə X5 İdarəsinə müraciət olunmuşdur və X5 İdarəsinin 08.10.2021-ci il tarixli 220- 015/001-25/004990 nömrəli məktubunda qeyd olunmuşdur ki, “X9 Stiren (SEBS) Granül ENSOFT- SD-150-50D-T2-90Q Black və ENSQFT-SL-164-65A-T2-900 Black” adlı mala dair verdiyi rəylə gömrük bəyannaməsindəki plastmas daxil etməklə modifikasiya olunmuş maddələr (rezin qranulası)” təsviri arasında uyğunluq var. Yalnız gömrük bəyannaməsində qeyd olunan təsvir daha genis sahəni əhatə etsə də, MGEİ- nin rəyi daha dəqiq olaraq, təqdim olunmuş malın təsvirinə uyğun gəlir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili YusifovCeyhun Salman oğlu inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, belə ki, Türkiyə Respublikasından 20 avqust 2021-ci il tarixli invovs sənədi ilə daxil olmuş yüklər 26 avqust 2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların hansı kod altında sinifləsdirildiyinin müəyyən edilməsi məqsədi ilə X5 idarəsinə müraciət olunmuş, sınaq protokolu nəticəsində 26 avqust 2021-ci il tarixli invoys üzrə idxal olunan yükün XİF MN üzrə ''**********” savlı kod altında sinifləsdirildiyi və 15% gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə də, idxal olunan mal üçün əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 12338.43 AZN, ƏDV üzrə 2220,92 AZN təşkil edir. Gömrük bəyannaməsi üzrə bəyan edilən malın adı “X9 Stiren (SEBS) Granül ENSOFTSD-150-50D-T2-900 Black” yüküdür və həmin bəyan edilən plastmasa daxil edilməklə modifikasiya olunmuş maddələr yükündən daha əvvəl dəfələrlə idxal olunmuşdur, sözugedən malın kodu isə hər dəfə ********** olaraq bəyan edilmiş və Bakı Baş Gömrük İdarəsi tərəfindən də malın idxalına hər hansı bir problem yaradılmamışdır. Bununla bağlı 22 yanvar 2021-ci il tarixli gömrük bəyannaməsinə və ona əlavə edilmiş 15 yanvar 2021-ci il tarixli invoys sənədinə nəzər yetirdikdə plastmasa daxil edilməklə modifikasiya olunmuş maddələr (rezin granulası) yükünün XİFMN kodunun qeyd edilən ********** kimi sinifləşdirildiyi açıq-aşkar görünür, eyni analoji hal 24 may 2021-ci il tarixli gömrük bəyannaməsində də müşahidə olunur. Şəxs MMC -nin əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X4 oğlu, inzibati xəta haqqında protokola etiraz edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük Prosedurları və Ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Türkiyə Respublikasından AZ3600,Qəbələ rayonu,Qəbələ şəhəri,Heydər Əliyev pr.01 qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 99JU907/10ZH907 nömrəli nəqliyyat vasitəsi ilə, 21016677 saylı, 20.08.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********9461 sorğu nömrəli 26.08.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi' üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X5 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200- 012/002-25/004709 saylı, 24.09.2021 -ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən 21016677 saylı, 26.08.2021-ci il tarixli invoys üzrə idxal olunan “X9 Stiren (SEBS) Granül ENSOFT-SD-150-50D- T2-900 Black və ENSOFT-SL-164-65A-T2-900 Black” yükünün XİF MN üzrə “**********” saylı kod altında sinifləşdirildiyi və 15% gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********9461 sorğu nömrəli, 26.08.2021-ci il tarixli gömrük bəyannaməsinin bütün mal mövqeyində bəyan edilmiş “Ravago Ensoft SD-150-50D- T2-900 Black” və “Ravago Ensoft SL-164-65A-T2-900 Black” adlı, tərkibində kalsium karbonat (CAS 471-34-1) dolğusu, piqment, mum, ultrabənövşəyi şüaların stabilləşdiricisi olan, polipropilen (CAS 9003-07-0) ilə modifikasiya olunmuş, ilkin formada, qara rəngli vulkanlaşdırılmanıış stirol-butadien-stPoi kauçuku (CAS 66070-58-4) yükün XİF MN üzrə “**********^ saylı kod altında sinifləşdirildiyi təqdirdə “Technoline-K" MMC-nin tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbiəği : idxal gömrük rüsumu üzrə 12338.43 AZN, ƏDV üzrə 2220.92 AZN təşkil edir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 238.1-ci maddəsinə əsasən idxal üzrə gömrük borcu xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, yaxud gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində yaranır; 238.2-ci maddəsinə görə gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.2-ci maddəsinə görə gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının X6in mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 243.1-ci maddəsinə görə gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir. “Azərbaycan Respublikasının X6 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 saylı Qərarı ilə təsdiq edilmiş X6 X8 Şərhetmə Qaydalarına müvafiq olaraq “metalla doldurulmuş rezindən hissələr” mal mövqeləri adı altında XİF MN üzrə ********** saylı kod ilə sinifləşdirilən mallara dair 15% gömrük rüsumu (tarif) dərəcəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda-ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd:1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2.Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, Gömrük bəyannaməsi üzrə bəyan edilən malın adı “X9 Stiren (SEBS) Granül ENSOFT-SD-150-50D-T2-900 Black” yüküdür və həmin bəyan edilən plastmasa daxil edilməklə modifikasiya olunmuş maddələr yükündən daha əvvəl dəfələrlə idxal olunmuşdur, sözugedən malın kodu isə hər dəfə ********** olaraq bəyan edilmiş və Bakı Baş Gömrük İdarəsi tərəfindən də malın idxalına hər hansı bir problem yaradılmamışdır. Bununla bağlı 22 yanvar 2021ci il tarixli gömrük bəyannaməsinə və ona əlavə edilmiş 15 yanvar 2021-ci il tarixli invoys sənədinə nəzər yetirdikdə plastmasa daxil edilməklə modifikasiya olunmuş maddələr (rezin granulası) yükünün XİFMN kodunun qeyd edilən ********** kimi sinifləşdirildiyi açıq-aşkar görünür, eyni analoji hal 24 may 2021-ci il tarixli gömrük bəyannaməsində də müşahidə olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir, ona görə də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (25 noyabr 2021-ci il tarixli 00100-2395/21 saylı inzibati xəta haqqında protokol). Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar