Məhkəmə qərarları › İş №3(009)-52/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-52/2022

14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-52/2022 14.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İXM-nin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 dekabr 2021-ci il tarixli, 00100-2561/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "X1 SANAYİ VE TİCARET" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN **********) Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması məcburi olan 02 noyabr 2016-cı il tarixdə Bakı Baş Gömrük İdarəsində **********0657 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti ixrac” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərək rəsmiləşdirilmiş ümumi dəyəri 37 500 manat təşkil edən “Komatsu PC-45MR-3” markalı 2011-ci il buraxılışlı 6244 şassi nömrəli tırtıllı ekskavator yükünü 1 il öhdəlik müddəti ərzində qaytarmaq barədə öhdəlik götürüb sərhəd gömrük orqanı Qərb Ərazi Baş Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına müvəqqəti aparmış, 26 oktyabr 2017-ci il tarixdə 24/24/026341 nömrə altında qeydə alınmış müraciəti əsasında öhdəlik müddətini 02 noyabr 2018-ci il tarixədək uzatmış və yenidən 02 oktyabr 2018-ci il tarixdə 24/24/026022 nömrə altında qeydə alınmış müraciəti əsasında öhdəlik müddətini 02 noyabr 2019-cu il tarixədək uzatmış, qəti olaraq öhdəlik müddətinin son tarixi - 02 noyabr 2019-cu il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 244 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.6-cı yarımbəndinin tələblərinə riayət edərək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməli olduğu halda, qaytarılması məcburi olan əvvəllər aparılmış malları Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamışdır. Nəticədə Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi hüquqi ünvanında müvafiq tədbir görməməklə (burada, müvafiq gömrük bəyannaməsini səlahiyyətli gömrük orqanına təqdim etməməklə, başqa halda müddətin uzadılmasına dair səlahiyyətli gömrük orqanına müraciəti təqdim etmədikdə) hərəkətsizliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi hüquqi şəxsin ünvanında baş vermişdir. İş materiallarında olan vergi ödəyiçilərinin məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hüquqi ünvanı ünvan 1ın İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Azərbaycan Respublikası “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 12.10-cu maddəsinə əsasən dövlət qeydiyyatının ərazi aidiyyəti hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələlərini həll edir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, inzibati xətanın törədilmə yeri Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hüquqi ünvanının olduğu yerdir. Ona görə də inzibati xəta haqqında protokola Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 17 dekabr 2021-ci il tarixli, 00100-2561/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar