Məhkəmə qərarları › İş №3(009)-52/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-52/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-52/2025 10.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, "xxxx" MMC-nin direktoru X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən "xxxx" MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-03560/24 saylı inzibati xəta haqqında protokoldan görünür ki, “İpək Yolu” gömrük postundan daxil olmuş 3-33- 1100/029/032182 saylı xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, Türkiyə Respublikasından 08K7117/08K7118 dövlət nömrə nişanlı avtomaşınla daxil olan yüklərə “İpək Yolu” gömrük postunun anbarında gömrük yoxlaması kecirələn zaman X3 Sistemində 8(səkkiz) qeydiyyat kodu verilən mallardan əlavə, yəni 08K7117/08K7118 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qoşqu hissəsinin yük verində sərhəd gömrük orqanı tərəfindən X3 Sistemində mala dair qeydiyyat kodu verilməyən və gömrük orqanına bəyan edilməyən ümumilikdə 2 ver 54 qutu, hər biri 50 ml olmaqla ümumilikdə 3276 ədəd burun üçün sprev təyinatlı “RİNOFİX” əmtəə nişanlı gigiyenik vasitə, hər biri 30 mKburun damlası) olmaqla ümumilikdə 3024 ədəd burun üçün sprev təyinatlı “RİNOFİX” əmtəə nişanlı tibbi vasitə aşkar edilmişdir. Qeyd edilən faktla bağlı tərcüməçinin iştirakı ilə 08K7117/08K7118 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Türkiyə Respublikasının vətəndaşı X5 izahatı alınmışdır. Beləliklə, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC- nin etibarnamə üzrə nümayəndəsi X6 izahatına, həmin mallara dair NPE**********007 nömrəli xx.xx.2024-cü il tarixli invovs sənədinə, ******* nömrəli mənsə sertifikatına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən sertifikatlara əsasən hər biri 50 ml olmaqla ümumilikdə 3276 ədəd burun üçün sprev təyinatlı “RİNOFİX” əmtəə nişanlı gigiyenik vasitə, hər biri 30 ml (burun damlası) olmaqla ümumilikdə 3024 ədəd burun üçün sprev təyinatlı “RİNOFİX” əmtəə nişanlı tibbi vasitə yükləri Bakı səhəri Sabunçu rayonu. Yeni Romana qəs., E.Məhərrəmli (Südçülük Sovxozu) ünvanında qeydiyyatda olan Şəxs MMC-və məxsusdur. Belə ki, hər biri 50 ml olmaqla ümumilikdə 3276 ədəd burun üçün sprey təyinatlı “RİNOFİX" əmtəə nişanlı gigiyenik vasitə, hər biri 30 ml (burun damlası) olmaqla ümumilikdə 3024 ədəd burun üçün sprey təyinatlı “RİNOFİX” əmtəə nişanlı tibbi vasitə yüklərinin dəyəri isin halları ilə uyğun olub- olmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan ekspertiza tədqiqatlarının aparılmasına zərurət varanmısdir. Hər biri 50 ml olmaqla ümumilikdə 3276 ədəd burun üçün sprey təyinatlı "RİNOFİX” əmtəə nişanlı gigiyenik vasitə, hər biri 30 ml (burun damlası) olmaqla ümumilikdə 3024 ədəd burun üçün sprev təyinatlı “RİNOFİX” əmtəə nişanlı tibbi vasitə yüklərinin xx.xx.2024-cü il tarixə orta bazar qiymətinin nə qədər təşkil etidiyini müəyyənləşdirmək məqsədilə rəy verilməsi üçün əmtəəsünaslıq ekspertizasının təyin edilməsi haqqında qərar qəbul olunmuş və Azərbaycan Respublikasının Ticarət X9 “Azərekspertiza” Birliyinə 3-33-1100/2- 007460/2024 nömrəli məktubla müraciət olunmusdurftm/qawVə dəyəri 100(bir yüz) manat). Azərbaycan Respublikasının Ticarət X9 “Azərekspertiza” Birliyindən xx.xx.2024-cü il tarixdə daxil olmuş xx.xx.2024-cü il tarixli 212 nömrəli ekspert rəyinə əsasən 30 ml “RİNOFİX” əmtəə nişanlı burun damlasının 1 ədədinin xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 6.57(altı manat əlli yeddi qəpik) manat olmaqla 3024 ədədinin qiyməti 19867.68(on doqquz min səkkiz yüz altmış yeddi manat altmış səkkiz qəpik) manat, 50 ml “RİNOFİX” əmtəə nişanlı burun burun üçün spreyin 1 ədədinin xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 7.9(veddi manat doqquz qəpik) manat olmaqla 3276 ədədinin qiyməti 25880.40(ivirmi bes min səkkiz yüz səksən manat qırx qəpik) manat müəyyən edilməklə ümumilikdə 6300 ədəd “RİNOFİX” əmtəə nişanlı tibbi vasitələrin ümumilikdə xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 45748.08(qırx bes min yeddi yüz qırx səkkiz manat səkkiz qəpik) manat müəyyən edilmişdir. Bakı səhəri, Bakı səhəri Sabunçu rayonu, Yeni Romana qəsəbəsi, E.Məhərrəmli (Südcülük Sovxozu) ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən gömrük orqanına bəyan edilməyən ümumilikdə 6300 ədəd “RİNOFİX” əmtəə nişanlı tibbi vasitələr yükünün ümumilikdə dəyəri 45748.08 (qırx bes min yeddi yüz qırx səkkiz manat səkkiz qəpik) manat manat təşkil edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X2 barəsində olan inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, "xxxx" MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi var və inzibati xətanın bilavasitə obyekti olan 6300 ədəd “RİNOFİX” əmtəə nişanlı tibbi vasitələr müsadirə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Odur ki, inzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan üzərində 6300 ədəd “RİNOFİX” əmtəə nişanlı tibbi vasitələr müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar