Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-528/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 09 mart 2022-ci il tarixli 00100-0120/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük idarəsinin “İpək Yolu” gömrük postunun 1 nömrəli anbarında İran İslam Respublikasından ayrı-ayrı şəxslərə məxsus yükləri daşıyan 42CG068/42ZA618 nömrə nişanlı yük avtomobilinə 14 yanvar 2022-ci il tarixdə saat 10:00-da Skanlaşdırma və X8 tətbiqi şöbəsinin əməkdaşları tərəfindən “Hİ-SCAN 180180-2İS pro” markalı rentgen qurğusu tətbiq etməklə gömrük yoxlanılması həyata keçirilmişdir. Gömrük yoxlaması zamanı rentgen gurğusunun monitorunda şübhəli cizgilər əməkdaşların diqqətini çəkmiş, buna görə malların hər birinə ayrı-ayrılıgda fiziki yoxlama aparılması gərara alınmışdır. Yoxlama nəticəsində yük avtomaşınının yarımqoşqusunda X12 tərəfindən gömrük ərazisinə gətirilən malların içərisində gömrük organına bəyan edilməyən, heç bir mal-müşayiət sənədi olmayan 7 qutu hər qutuda 20 bağlama hər bağlamada 5 ədəd olmaqla (1 gutuda 100 ədəd) cəmi 700 ədəd “X19” ticarət nişanlı üzqırxan, 10 blok hər blokda 10 qutu olmaqla cəmi 100 qutu “Cavallo” ticarət nişanlı siqaret, 4 qutu hər qutuda 100 ədəd olmaqla cəmi 400 ədəd “Omeqa 3 plus” ticarət nişanlı və 2 qutu hər qutuda 100 ədəd olmaqla cəmi 200 ədəd “D- VİTİN 50000 Vitamin D3” ticarət nişanlı dərmana bənzər predmetlər aşkar edilmişdir. Araşdırma zamanı İran İslam Respublikasından 42CG068/42ZA618 nömrə nişanlı yük avtomobili ilə ümumilikdə 5 ayrı idxalatçının adına gətirilmiş malların “karqo daşımasının” və gömrük rəsmiləşdirilməsinin aparılmasının X12 tərəfindən həyata keçirildiyi və aşkar edilmiş 7 qutu hər qutuda 20 bağlama hər bağlamada 5 ədəd olmaqla (1 qutuda 100 ədəd) cəmi 700 ədəd “X19” ticarət nişanlı üzqırxan, 10 blok hər blokda 10 qutu olmaqla cəmi 100 qutu “Cavallo” ticarət nişanlı siqaret, 4 qutu hər qutuda 100 ədəd olmaqla cəmi 400 ədəd “Omeqa 3 plus” ticarət nişanlı və 2 qutu hər qutuda 100 ədəd olmaqla cəmi 200 ədəd “D-VİTİN 50000 Vitamin D3” ticarət nişanlı dərmana bənzər predmetlər yükünün ünvan 1 ünvanında qeydiyyatda olan X7 məxsus olduğu müəyyən edilmişdir. Aparılan araşdırma zamanı “Omeqa 3 plus” ticarət nişanlı və “D-VİTİN 50000 Vitamin D3” ticarət nişanlı dərmana bənzər predmetlərin dərman vasitəsi olub-olmaması, normativ-texniki sənədlərin tələblərinə cavab verib-verməməsi, müsbət halda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmasının tələb olunub-olunmaması, müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınıb-alınmaması barədə arayış verilməsi məqsədilə 1400-013/006- 22/000345 nömrəli 18.01.2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 müraciət edilmişdir. X2 Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 04/1556 nömrəli 31.01.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “D-VİTİN 50000 Vitamin D3” dərman vasitəsi hazırda dövlət qeydiyyatında yoxdur, “Omega 3 plus” məhsulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2018-ci il 287 nömrəli qərarı ilə təsdiq olunmuş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın tələblərinə əsasən bioloji fəallığa malik qida əlavəsi hesab olunma barədə rəy almaq məqsədi ilə X4 müraciət edilməyib, hazırda Azərbaycan Respublikasında bu məhsul bioloji fəallığa malik qida əlavəsi və ya dərman vasitəsi hesab olunmur, təqdim olunan məhsulun qablaşmasına əsasən öz ölkəsində bu məhsul bioloji fəallığa malik qida əlavəsi hesab olunur. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı X12 tərəfindən gömrük orqanına bəyan edilməyən malların ümumilikdə orta bazar qiyməti 540,00 (beş yüz qırx) manat təşkil edir. X1 tərəfindənAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X5 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X5 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X5 Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Skanlaşdırma və X8 Tətbiqi şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, 14 yanvar 2022-ci il tarixdə saat 10:00-da Bakı Baş Gömrük idarəsinin “İpək Yolu” gömrük postunun 1-ci anbarında iran islam Respublikasından ayrı-ayrı şəxslərə məxsus yükləri daşıyan 42CG068/42ZA618 nömrə nişanlı yük avtomobilinə Skanlaşdırma və X8 Tətbiqi şöbəsinin əməkdaşları tərəfindən ’Hİ- SCAN 180180-2İS pro” markalı rentgen qurğusu tətbiq etməklə gömrük yoxlanılması aparılmışdır. Yoxlama zamanı rentgen qurğusunun monitorunda şübhəli cizgilər əməkdaşların diqqətini çəkmiş, buna görə malların hər birinə ayrı-ayrılıqda fiziki yoxlama aparılması qərara alınmışdır. Yoxlama nəticəsində avtomobilin yarımqoşqusunda X12 təfərindən gömrük ərazisinə gətirilən malların içərisində gömrük orqanına bəyan edilməyən hər qutuda 100 ədəd olmaqla 7 qutu “Blue Comfort” ticarət nişanlı üzqırxan, 10 blok hər blokda 10 qutu olmaqla "Cavallo” ticarət nişanlı siqaret, hər qutuda 100 ədəd olmaqla 4 qutu “Omega 3 plus” ticarət nişanlı və hər qutuda 100 ədəd olmaqla 2 qutu “D- VİTİN 50000 Vitamin D3” ticarət nişanlı dərmana bənzər predmetlər aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 26.09.2021-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, 42CG068/42ZA618 nömrə nişanlı yük avtomobili ilə göndərilmiş malları Bakı şəhəri, Salyan şossesi 14-cü km ünvanında yerləşən “İpək Yolu” gömrük postunun 1-ci anbarında “Hİ-SCAN 180180-2is pro” markalı rentgen qurğusu tətbiq etməklə yoxlanılmış, yoxlama zamanı X12 tərəfindən gömrük ərazisinə gətirilən malların içərisində gömrük orqanına bəyan edilməyən bir yerden ibarət qara salafan bağlamada və 7 qutu “Hİ-SCAN 180180-2İS pro” markalı rentgen qurğusundan keçirilərkən monitorda şübhəli cizgilər müşahidə edildi. Buna görə də qutunun ətraflı yoxlanılmasına zərurət yaranmışdır. Yoxlama nəticəsində gömrük orqanına bəyan edilməyən hər qutuda 100 ədəd olmaqla 7 qutu “Blue Comfort” ticarət nişanlı üzqırxan, 10 blok hər blokda 10 qutu olmaqla “Cavallo” ticarət nişanlı siqaret, hər qutuda 100 ədəd olmaqla 4 qutu “Omega 3 plus” ticarət nişanlı və hər qutuda 100 ədəd olmaqla 2 qutu “D-VİTİN 50000 Vitamin D3" ticarət nişanlı dərmana bənzər predmetlər aşkar edilmişdir. Yoxlama başa çatdıqdan sonra qeyd olunan mallar götürülərək “ipək Yolu” gömrük postunun 1-ci anbarında gömrük nəzarəti altında saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/347 nömrəli 11.02.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “00100-0120/22 nömrəli iş üzrə maddi sübut...” sözləri olan bir ədəd polietilen paketdəki dərman preparatları “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarına” və “Güclü təsir edən maddələr və onlarən külli miqdarının, habelə zəhərli maddələrin siyahılarına” daxil deyildir. Tədqiqata təqdim olunmuş preparatların qablaşması üzərindəki tarix göstəricilərinə görə yararlığ müddəti keçməmişdir. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manatdır. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/54 nömrəli 21.02.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 100 qutu aksiz markası olmayan "Cavallo” markalı, ştrix koduna görə İtaliya istehsalı olan tütün məmulatları (siqaretlər) istifadəyə yararlıdır. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.03.2022-ci il tarixdə daxil olmuş 9/459 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “X19” markalanma göstəricisi olan 7 qutu hər qutuda 20 bağlama hər bağlamada 5 ədəd olmaqla (1 qutuda 100 ədəd) cəmi 700 ədəd birdəfəlik üzqırxanın orta bazar qiymətinin 210,00 manat, üzərində “Cavallo” markalanma göstəricisi olan 10 blok hər blokda 10 qutu olmaqla cəmi 100 qutu siqaretin orta bazar qiymətinin 200,00 manat, üzərində “Omega 3 plus” markalanma göstəricisi olan 4 qutu hər qutuda 100 ədəd olmaqla cəmi 400 ədəd vitaminin orta bazar qiymətinin 80,00 manat, üzərində “D-VİTİN 50000 Vitamin D3” markalanma göstəricisi olan 2 qutu hər qutuda 100 ədəd olmaqla cəmi 200 ədəd vitaminin orta bazar qiymətinin 50,00 manat, ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda malların ümumilikdə 13.01.2022-ci il tarixə orta bazar qiymətinin 540,00 (beş yüz qırx) manat olduğu müəyyən edilmişdir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının vətəndaşı X5 izahatından görünür ki, İran İslam Respublikasından ayrı-ayrı idxalatçılara məxsus malların Azərbaycan Respublikasına gətirilməsini, gömrük rəsmiləşdirilməsindən sonra mal sahiblərinə təhvil verilməsini nəzərdə tutan karqo fəaliyyətini həyata keçirir, belə ki, İran İslam Respublikasından Azərbaycana hər hansı malı idxal etmək istəyən şəxslər ona müraciət edir, razılaşma əsasında İrandan aldıqları malları İranın Astara şəhərində yerləşən icarəyə götürdüyü anbarına təhvil verirlər, orada isə işçilər tərəfindən malların çeşidlənməsi və siyahı üzrə yoxlanması aparıldıqdan sonra İran İslam Respublikası vətəndaşları olan işçiləri tərəfindən Bakıya yola salınır, idxal etdiyi mallar barədə idxalatçılarla şifahi razılaşma olur, hər hansı sənəd üzrə razılaşma aparmırlar, belə ki mallar ölkəyə gətirildikdən sonra İran İslam Respublikasında anbarına təhvil verilən zaman təqdim edilmiş müşayiət sənədləri əsasında o da gömrük orqanına bəyan edib rəsmiləşdirdikdən sonra mal sahiblərinə təhvil verir, 13.01.2022-ci il tarixdə İran İslam Respublikasından ümumilikdə 5 ayrı idxalatçı olmaqla, "xxxx" MMC-nin, X9, X3, X10, X11 yüklərinin 42CG068/42ZA618 nömrə nişanlı yük avtomaşını ilə Azərbaycan Respublikasına gətirilməsini və həmin malların gömrük rəsmiləşdirilməsini özü həyata keçirmiş, belə ki, həmin idxalatçıların malları İran İslam Respublikasının Astara səhərində olan anbarına siyahı üzrə təhvil verilmiş, malların Azərbaycan Respublikasına gətirilməsini və idxalatçıların adına rəsmiləşdirilməsini həyata keçirmiş, 13.01.2022-ci il tarixdə İran İslam Respublikasından ümumilikdə 5 ayrı idxalatçı olmaqla, "xxxx" MMC-nin, X9, X3, X10, X11 adına 42CG068/42ZA618 nömrə nişanlı yük avtomaşını ilə Azərbaycan Respublikasına gətirdiyi və gömrük rəsmiləşdirilməsi aparılan malların daşındığı 42CG068/42ZA618 nömrə nişanlı yük avtomaşınına 14 yanvar 2022-ci il tarixində Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda gömrük əməkdaşları tərəfindən yoxlama keçirilərkən nəqliyyat vasitəsinin yük verindən gömrük organına bəyan olunmayan 7 qutu hər gutuda 20 bağlama hər bağlamada 5 ədəd olmağla (1 gutuda 100 ədəd) cəmi 700 ədəd “X19” ticarət nişanlı üzgırxan, 10 blok hər blokda 10 qutu olmağla cəmi 100 qutu “Cavallo” ticarət nişanlı siqaret, 4 qutu hər gutuda 100 ədəd olmağla cəmi 400 ədəd “Omega 3 plus” ticarət nişanlı kapsul və 2 qutu hər gutuda 100 ədəd olmağla cəmi 200 ədəd “D-VİTİN 50000 Vitamin D3” ticarət nişanlı kapsul yükü aşkar edilmiş, aşkar edilmiş mallar ona məxsusdur, onun tərəfindən sifariş edilmiş, “Cavallo” ticarət nişanlı sigaretləri həyat yoldaşı üçün almış, “X19” ticarət nişanlı üzgırxanları isə əsgərlərə hədiyyə etmək üçün almış, 42CG068/42ZA618 nömrə nişanlı yük avtomaşınında gətirilmiş mallar İranın Astara səhərində yerləşən anbarda nəgliyyat vasitəsinə yüklənərkən onun tərəfindən sifariş edilmiş mallar anbarın əməkdaşları tərəfindən nəgliyyat vasitəsinin yük verinə deyil kabinasına yüklənmiş, bu səbəbdən də həmin mallara mal-müşayiət sənədləri tərtib edilməmiş, nəgliyyat vasitəsi sərhədi keçərkən İranın gömrük organında nəgliyyat vasitəsinə baxış keçirilmiş, nəqliyyat vasitəsinin kabinasında olan mallar nəqliyyat vasitəsinin yük verinə yüklənmiş, 14 yanvar 2022-ci il tarixdə mallara baxış keçirilərkən adları və sayları yuxarıda geyd edilən mallar aşkar edilmiş, baxışın nəticəsinə dair protokol tərtib edilmiş və protokol tərəfindən imzalanmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X12 Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Məhkəmə, X7 tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 231 (iki yüz otuz bir) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 34.3, 40, 43, 114-115, 482.1 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, üzərində “X19” markalanma göstəricisi olan 7 qutu hər qutuda 20 bağlama hər bağlamada 5 ədəd olmaqla (1 qutuda 100 ədəd) cəmi 700 ədəd birdəfəlik üzqırxan, üzərində “Cavallo” markalanma göstəricisi olan 10 blok hər blokda 10 qutu olmaqla cəmi 100 qutu siqaret, üzərində “Omega 3 plus” markalanma göstəricisi olan 4 qutu hər qutuda 100 ədəd olmaqla cəmi 400 ədəd vitamin, üzərində “D-VİTİN 50000 Vitamin D3” markalanma göstəricisi olan 2 qutu hər qutuda 100 ədəd olmaqla cəmi 200 ədəd vitamin müsadirə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 231 (iki yüz otuz bir) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X6 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti veriləbilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-528/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-528/2022
08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver