Məhkəmə qərarları › İş №3(009)-529/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-529/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-529/2022 29.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 iştirakıları ilə, Şəxs Şirkətinin Azərbaycan Respublıkasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şirkətinin Azərbaycan Respublıkasındakı Filialının Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 09 mart 2022-ci il tarixli 00100-0463/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Şirkətinin Azərbaycan Respublıkasındakı Filialının nümayəndəsi X3 inzibati xəta haqqında protokola etiraz edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublıkasındakı Filialının Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinin rəis müavini tərəfindən tərtib edilmiş raportdan görünür ki, “X5" Şirkətinin Azərbaycan Respublikasındakı filialın ünvanına 99MD675/99ZC675 nömrəli nəqliyyat vasitəsilə, AZTR********** nömrəli 01.01.2022-ci il, AZTR********** nömrəli 01.02.2022-ci il, AZTR********** nömrəli, 25.01,2022-ci il tarixli invoys sənədləri ilə daxil olmuş "müxtəlif növ” yüklərə **********6659 sorğu nömrəli 26.02.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözü gedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X1 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-017/003-25/001315 saylı 03.03.2022-ci il tarixli məktubun nəticəsinə əsasən AZTR********** nömrəli 01.01.2022-ci il, AZTR********** nömrəli 01,02.2022-ci il, AZTR********** nömrəli, 25.01.2022- ci il tarixli invoysun 1- 11, 14-18, 21,22, 24, 26, 27, 30, 31-cu mal mövqeləri üzrə idxal olunmuş yüklər “8484 10 000 0”, “8413 91 000 9”, “7326 90 980 0”, “7318 15 810 9”, 8409 91 000 0”, “8483 30 380 0”, “8484 10 000 0”, “8483 30 800 0”, “8708 91 350 0”, '8413 30 800 9”, “7318 15 810 9”, “9032 10 890 0”, “8481 20 100 9”, “8413 30 800 9”, 8413 30 200 9” və “8484 90 000 0” XİF MN-ə görə sinifləşdirilir və gömrük oəyannaməsi iilə uyğunsuzluq aşkar edilib. Xarici iqtisadi fəaliyyət iştirakçısı tərəfindən əlavə ödəniləcək məbləğ idxal rüsumu 1153.97 manat, ƏDV 207.71 manat, ümumi 1361.68 manat təşkil edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “X5" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına Gürcüstanın “Aztur Tradinq LLC” şirkətindən 99MD675/99ZC675 nömrə nişanlı yük avtomaşınında AZTR********** nömrəli 01.01.2022-ci il tarixli. AZTR********** nömrəli 25.01,2022-ci il tarixli. AZTR********** nömrəli 01.02.2022-ci il tarixli invovs sənədləri ilə daxil olmuş mallar Bakı Bas Gömrük İdarəsində **********6659 sorğu nömrəli 26.02.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müsaviət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləsdirildiyinin müəyyən edilməsi məqsədi ilə X1 İdarəsinə 1400-012/004-25/001268 nömrəli 28.02.2022-ci il tarixli məktubla müraciət olunmuş, həmin idarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 2200-017/003-25/001315 nömrəli 03,03.2022-ci il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına AZTR********** nömrəli 01.01.2022-ci il, AZTR********** nömrəli 01.02.2022-ci il, AZTR********** nömrəli 25.01,2022-ci il tarixli invovs sənədinin 1-11, 14-18, 21, 22, 24, 26, 27, 30, 31-ci mal mövqeləri üzrə idxal olunmuş yüklər XİFMN-ə görə aşağıdakı kimi sinifləsdirilir: İnvoysun XİF MN üzrə №-si Malın adı kodu AZTR********** nömrəli invoys 1-ci mövqe Digər materialla birləşmiş metal təbəqədən 8484 10 000 0 ibarət olan araqatlar AZTR********** nömrəli invoys 1-4, 8, 10-cu Nasosun hissəsi 8413 91 000 9 mövqe 5-7-ci mövqe Qara metaldan araqat 7326 90 980 0 9-cu mövqe Qara metaldan bolt 7318 15 810 9 AZTR********** nömrəli invoys Qığılcımla alışan daxili yanma porşenli 1-3, 8, 9, 11, mühərriklər üçün hissələr (porşen dəsti, klapan, klapan itələyicisi, farsunka, klapanın hissəsi, vkladış) 8409 91 000 0 14, 15, 17, 24, 31-ci mövqe 4-cü mövqe Sürüşmə yastıqları üçün korpus 8483 30 380 0 5, 30-cu Rezinlə birləşmiş metal təbəqədən araqat 8484 10 000 0 mövqe 6-ci mövqe Vallar üçün sürüşmə yastıqları 8483 30 800 0 7-ci mövqe Yağ radiatoru 8708 91 350 0 10-cu mövqe Yağ nasosu 8413 30 800 9 16, 21 -ci Qara metaldan bolt 7318 15 810 9 mövqe 18-ci mövqe Termostat 9032 10 890 0 22-ci mövqe Yağ təzyiq tənzimləyici klapan 8481 20 100 9 26-cı mövqe Su nasosu 8413 30 800 9 27-ci mövqe Yanacaq nasosu 8413 30 200 9 30-cu mövqe Kipləşdirici 8484 90 000 0 Bununla da, X1 İdarəsinin rəyinə əsasən AZTR********** nömrəli 01.01.2022- ci il, AZTR********** nömrəli 01.02.2022-ci il, AZTR********** nömrəli 25.01.2022-ci il tarixli invoys sənədinin 1-11, 14-18, 21, 22, 24, 26, 27, 30, 31-ci mal mövqeləri üzrə idxal olunan malların XİFMN üzrə yuxarıda qeyd edilən cədvəldə göstərilən kodlar altında sinifləşdirildivi təqdirdə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********6659 sorğu nömrəli 26.02.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 1153,97 manat, ƏDV üzrə 207,71 manat olmaqla ümumilikdə 1361,68 manat təşkil edir. Həmçinin həmin protokol əsasən araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı **********6659 sorğu nömrəli 26.02.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 1361,68 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Eyni zamanda **********7632 sorğu nömrəli 22.12.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə 8712,60 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 28.12.2021-ci il tarixdə 00100-2638/21 saylı iş üzrə icraat başlanılmışdır. İlk dəfə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində 00100-2638/21 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən 00100/0059 nömrəli 10.01.2022-ci il tarixli Qərarla xitam verilmişdir. Həmçinin, **********5199 sorğu nömrəli 06.01.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə 2406,53 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Bakı səhəri Səbail Rayon Məhkəməsinin 09.02.2022-ci il tarixli, 3(009)-207/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ödənilməli olan 2406,53 manat gömrük ödənişi məbləğinin 70 (yetmiş) faizi, yəni 1685 manat məbləğində cərimə edilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. İş materiallarına əlavə olunmuş 09.02.2022-ci il tarixli, 3(009)-207/2022 saylı qərarla Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ödənilməli olan 2406,53 (iki min dörd yüz altı manat əlli üç qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş faizi) məbləğdə, yəni 1685 (bir min altı yüz səksən beş) manat manat məbləğində inzibati cərimə edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı nümayəndəsinin iştirakı təmin edilmişdir. Cəmiyyətin nümayəndəsi inzibati xətanın törədilməsini etiraf etmiş və yaranmış əlavə gömrük ödənişlərini ödəməyə hazır olduqlarını bildirmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialına tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin 1361,68 manat məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114- 115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 1361,68 (min üç yüz altmış bir manat altmış səkkiz qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 953 (doqquz yüz əlli üç) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar