Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-53/2021 05.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında xx xxxxxx 2020-ci tarixli, MN ******* nömrəli protokola və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında xx xxxxxx 2020-ci tarixli, MN ******* nömrəli protokola və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2 Şəxs MMC-nin ünvanının AZ5000, Sumqayıt şəhəri, 53-cü məhəllə olduğunu bildirərək, işin aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə material baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı AZ5000, Sumqayıt şəhəri, 53-cü məhəllə ünvanıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114 və 118-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC barəsində başlanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə material baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-53/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-53/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver