Məhkəmə qərarları › İş №3(009)-53/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-53/2022

22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-53/2022 22.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 17 dekabr 2021-ci il tarixli 00100-2108/21, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-53/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qərarı ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)- 53-2022 saylı, 13 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-424/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəxs İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-53-2022 saylı, 13 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 3(009)-53/2022 saylı qərarı ilə «Damla Mebel” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Bakı Baş Gömrük İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 3(009)-53/2022 saylı qərarının ləğv edilməsini və Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin sanksiya hissəsində nəzərdə tutulmuş inzibati cərimə məbləğinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1601/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 38 aprel 2022-ci il tarixli, 3(009)-53/2022 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs (VÖEN **********) Bakı Baş Gömrük idarəsinin rəisi Kənan Məmmədovun 00100/0190 nömrəli xx.xx.2021-ci il tarixli "inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında” qərar ilə əvvəllər törətmiş olduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı ilk dəfə törətdiyindən və vurduğu ziyanı aradan qaldırdığından həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilmiş, qanunla inzibati xəta törətməmiş şəxs hesab edilmək üçün müəyyən edilən 1 il müddət keçmədən, yenidən eyni maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxan Bakı şəhəri Səbail rayon məhkəməsinin hakimi Günel Səmədovanın 3(009)-831/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qərarı ilə inzibati Xətalar Məcəlləsinin 505- ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə təqsirli bilinərək gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi həddində, yəni 3935,32 manat məbləğində inzibati cərimə edilmiş, ilk dəfə inzibati xəta törətdiyinə görə məsuliyyətdən azad edilməsinə və təkrar eyni maddədə nəzərdə tutulan xətanı törətməsinə görə inzibati tənbeh edilməsinə baxmayaraq, Azərbaycan Respublikasına 99US075/99ZE075 nömrə nişanlı avtomobildə Türkiyə Respublikasında fəaliyyət göstərən “X4 ve Kalıp San. Tic.Ltd.Şti” şirkətindən OZM**********373 nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə gətirilən malların tərkibində PA-Plastifikatorun kütlə faizi 2% olmaqla, 6 %-dən aşağı olmayan mallara aid olmadığından XİF MN üzrə 3920 49 100 0 alt yarım mövqeyində sinifləşdirilməli olan malları 29 sentyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3135 sorğu nömrəli “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən "tərkibində plastifikatorların miqdarı 6 kütlə %-dən az olmayan” xüsusiyyətə aid 3920 43 100 0 alt yarım mövqeyində sinifləşdirərək ödənilməli olan 16 266,00 manat idxal rüsumu, 2927,89 manat ƏDV-dən ibarət ümumilikdə az miqdarda, 19193,89 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş DAMLA MEBEL” MMC-nin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokola etiraz edərək, bildirmişdir ki, "xxxx" MMC tərəfindən inzibati xəta pozuntusu törədilməmişdir. İdxal olunmuş mal, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının "Xarici İqtisadi fəaliyyətin mal nomenklaturası idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə uyğun olaraq 3920 43 100 0 təsnifat kodu altında düzgün bəyan edilmişdir. Belə ki, Bakı Baş Gömrük İdarəsinə xx.xx.2021-ci il tarixdə təqdim etdiyi **********3135 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallar, istiehsalıçı şirkət olan Türkiyə Respublikasında fəaliyyət göstərən "X4 ve Kalıp San. Tic.Ltd.Şti" şirkəti tərəfindən "xxxx" MMC-nin sifarişi əsasında istehsal olunmuş maldır. Malın tərkibini göstərən sənədlər də Gömrük Orqanına təqdim olunmuşdur. Bundan əlavə istehsalçı şirkət əlavə məktubla təsdiq edir ki, qeyd olunan məhsul "xxxx" MMC-nin sifarişi əsasında hazırlanmış və həmin məhsulda plastifikatorun faiz dərəcəsi 6% təşkil edir. Buna baxmayaraq Gömrük Orqanına məxsus lobaratoriya malın tərkibi yoxlama imkanına malik olmadığı halda qeyd edir ki, malın kodu düzgün göstərilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 15 dekabr 2021-ci il tarixli ekspert rəyində qeyd olunur ki, ekspert qarşısında sözügedən materialın tərkibində plastifikatorların miqadarnın 6 kütlə faizindən az olub-olmaması barədə qoyulan sualın cavablandırılması mümkün olmadı. Bakı Baş Gömrük İdarəsi heç bir hüquqi əsas olmadan eyni malın gömrük rəsmiləşdirlməsi ilə bağlı süni problemlər yaratdığı üçün malın tərkibini müəyyən etmək üçün "X2" MMC-yə müraciət edilmiş, ekspertizaya mal nümunəsini təqdim edilmişdir. "X2" MMC tərəfindən rəy verilməsi üçün mal nümunəsi Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnsitutunun "Analitik Mərkəzi"- nə təqdim olunmuş, mal nümunəsi analiz olunmuş və bunun əsasında xx.xx.2021-ci il tarixli 549 saylı mütəxəsis rəyi verilmişdir. Qeyd olunan rəylə malın tərkibində plastifikatorun kütlə faizi 6% olduğu müəyyən olunmuşdur. Eyni məsələ ilə bağlı "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta törətməsi barədə inzibati protokol və qərar qəbul edərək məhkəməyə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli (iş № 3(103)-2237/2021) qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Səbail rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi qərarın əsaslandırıcı hissəsində qeyd edir ki, "X4 ve Kalıp San. Tic.Ltd.Şti" şirkəti tərəfindən istehsal olunmuş və "xxxx" MMC tərəfindən idxal olunmuş mallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinə uyğun olaraq 3920 43 100 0 təsnifat kodu altında düzgün bəyan edilmişdir. Faktiki olaraq "xxxx" MMC gömrük ödənişindən yayınmamış və belə bir niyyəti də olmamışdır. Bakı Baş Gömrük İdarəsinin qeyri-qanuni hərəkətindən dəfələrlə Gömrük Komitəsinə müraciətlər etmişlər. Bu səbəbdən Bakı Baş Gömrük İdarəsi onlarla qərəzli münasibətdədir. Heç bir hüquqi əsas olmadan "xxxx" MMC-nin barəsində inzibati protokol tərtib edərək, inzibati məsuliyyətə cəlb olunması üçün məhkəməyə göndərir. Qeyd olunanlara əsasən, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati xata haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsassız olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük Prosedurları və Ödənişləri şöbəsinin raportundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına 99US075/99ZE075 nömrəli nəqliyyat vasitəsi ilə OZM**********373 saylı xx.xx.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********3135 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” saylı kod altında “PVC X6 22x1.00 mm Bute A1 Beyaz”, “PVC X6 22x1.00 mm Bute Yuzey A1”, “PVC X6 22x1.00 mm X7”, “PVC X5 22x1.00 mm Freze”, “PVC X6 38x1.00 mm X7”, “PVC X5 22x1.00 mm Lareks”,“PVC X5 22x1.00 mm High Gloss”, “PVC X5 30x1.00 mm High Gloss” və “PVC X5 40x1.00 mm High Gloss”adlı plastik kütlədən zolaqlar yükü XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin idarədən 1400-012/0xx-xx/006743 saylı xx.xx.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİyə göndərilmiş sınaq protokoluna əsasən OZM**********373 saylı xx.xx.2021-ci il-ci il tarixli invoys üzrə idxal mallar 3920 49 1000 alt yarımmövqeyində sinifləşdirilir. Bu halda **********3135 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə Şəxs tərəfindən əlavə ödəniləcək idxal gömrük rüsumu 16266.009 AZN, ƏDV 2927.89 AZN təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4702; 9/7643 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Bakı Baş Gömrük ...OZM**********373 saylı xx.xx.2021-ci il tarixli invoys sənədi üzrə” əl yazıları olan polietilen paketdəki ümumilikdə 10 ədəd ağ, boz, qəhvəyi, qəhvəyimtil-ağ rəngli zolaq formalı materiallar polimer materiallara aid edilməklə fiziki xüsusiyyətlərə - nisbi uzanma, plastiklik, möhkəmlik və ərimə temperaturuna malikdir. Kimyəvi tərkiblərə görə PVX (polivinilxlorid) əsaslıdır. Materiallar dioktil ftalat vasitəsilə plastifikasiya olunmuşdur. Rəyin tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumat hissəsində Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən ekspertin vəsatəti üzrə MEM-nə daxil olan əlavə sənədlərdəki fərqli nəticələrə əsasən ekspert qarşısında sözügedən materialların tərkibində plastifikatorun miqdarının 6 kütlə %-dən az olub-olmaması barədə qoyulan sualın cavablandırılması mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. İş materiallarına əlavə edilmiş "X4 ve Kalıp San. Tic.Ltd.Şti" şirkətinin məktubundan görünür ki, "X4 ve Kalıp San. Tic.Ltd.Şti" şirkəti Türkiyə Respublikasında fəaliyyət göstərir. OZM**********373 saylı xx.xx.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə göndərilmiş mal "xxxx" MMC-nin sifarişi əsasında istehsal olunmuşdur. Həmin malın tərkibində olan plastifikatorun kütlə faizi 6% təşkil edir. Mal bu xüsusiyyətinə uyğun oaraq sinifləşdirilərək ********** kod verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş gömrük bəyannaməsindən də göründüyü kimi Şəxs MMC gömrük ödənişini ödəməkdən yayınmamış, idxal olunmuş mal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 №-li qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Xarici İqtisadi fəaliyyətin mal nomenklaturası idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinə uyğun olaraq 3920 43 100 0 təsnifat kodu altında düzgün bəyan edilmişdir. Belə ki, Gömrük Komitəsinin laboratoriyası isə malın tərkibini öyrənmədən əsasız nəticəyə gəlmişdir. Şəxs MMC gömrük ödənişindən yayınmamış, müfaviq olaraq 15 faiz gömrük rüsumunu ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda-ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd:1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2.Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 238.1-ci maddəsinə əsasən idxal üzrə gömrük borcu xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, yaxud gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində yaranır; 238.2-ci maddəsinə görə gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.2-ci maddəsinə görə gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 243.1-ci maddəsinə görə gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (17 dekabr 2021-ci il tarixli 00100-2108/21, EP ******* saylı inzibati xəta haqqında protokol). İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar