Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-53/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X3, "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin inzibati tənbeh vermə haqqında 27 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış "xxxx" MMC-nin direktoru İrfan Şahinin şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru İrfan Şahin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 13 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə çıxarılmış 27 noyabr 2023-cü il tarixli, MN ******* inzibati tənbehvermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 Xidmətinin Bakı şəhər İdarəsi (bundan sonra “DƏMX”) rəhbərlik etdiyi "xxxx" MMC-yə aid “Gənclik Mall”da yerləşən mağazada çalışan X4 şikayəti əsasında barəsində İXM-in 192.4-cü maddəsinə əsasən inzibati tənbehvermə haqqında qərar qəbul edərək 1000 manat cərimə etmişdir. Aşağıda göstərilənlərə əsasən qərarın əsassız olduğu üçün ləğv olunmalı olmasını hesab edir:
1. Hər şeydən əvvəl onu qeyd edir ki, inzibati xəta barədə protokol ona ümumiyyətlə təqdim edilməyib. DƏMX Qərarda tənbehin istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın verilməməsinə görə tətbiq edildiyini qeyd edir.
2. Əmək Məcəlləsinin 140.4-cü maddəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir
3. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir
4. Yenə Əmək Məcəlləsinin 140.2-ci maddəsinə əsasən 12 təqvim aymdan az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır
5. Qeyd etmək istəyir ki, işçi xx.xx.2023-cü ildə işə daxil olub, xx.xx.2023-cü il tarixdə isə işdən çıxıb. Göründüyü kimi işçi məzuniyyət məqsədləri üçün ümumiyyətlə heç bir ayı tam işləməyib. Belə olan halda ona məzuniyyət üçün orta əmək haqqı istifadə oluna bilməz. Bu o deməkdir ki, inzibati xəta hadisəsi ümumiyyətlə mövcud deyil
6. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin olmaması inzibati xəta üzrə icraatı rədd edən haldır.
7. İXM-in 135.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta üzrə qəbul edilmiş qərarın ləğvi üçün əsasdır. Bütün göstərilənləri xüsusilə, İXM-in 53.1.1, 135.1.3-cü və digər müvafiq maddələrini əsas tutaraq X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN 129249 saylı, xx.xx.2023-cü il tarixli, inzibati tənbehvermə haqqında qərann ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X5 şikayəti müdafiə edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinə görə işçi tam işlədiyi aylara görə əmək məzuniyyəti hesablanmalıdır. İşçi xx.xx.2023-cü ildə işə daxil olub, xx.xx.2023-cü il tarixdə isə işdən çıxmış, tam, yəni bütöv işlədiyi ay olmadığına görə ona əmək haqqı və məzuniyyət haqqı hesablanmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN 129249 saylı inzibati tənbehvermə haqqında qərarının ləğv olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X6 bildirmişdir ki, vətəndaşa ümumən ödənişlər düzgün ödənilməmiş, vətəndaş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işləmişdir, bu da bir aydan çox müddət edir. Vətəndaşın işə qəbul olduğu andan məzuniyyət hüququ yaranır (hər ay üçün iki yarım gün hesabı ilə), məzuniyyətə çıxmaq hüququ isə 6 aydan sonra yaranır. Bank çıxarışından isə iki təqvim gününə görə məzuniyyət haqqının ödənilməsi görünmür. Həmçinin ona sentyabrın 17-dən oktyabrın 27-nə qədər olan işlədiyi müddət üçün də ödəniş edilməmişdir. Vətəndaş bildirmişdir ki, özü işdən çıxmaq barədə müraciət etsə də, ərizə verməmişdir. Qeyd edir ki, vətəndaş ayın neçəsindən iş qəbul olmuşsa, onun üçün tam ay həmin gündən hesablanır. Belə ki, X8 22 sentyabr tarixində işə qəbul olunduğundan növbəti ayın 22-si onun üçün tam ay müddəti hesablanır. X8 bir ay beş gün işləmişdir. Əgər vətəndaş məzuniyyət hüququndan istifadə etməyibsə belə, işdən çıxdığı halda məzuniyyət haqqı ödənilməlidir. Həmçinin əmrdə işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddənin “a” bəndinə əsasən yəni tərəflərdən birinin təşəbbüsü ilə işdən azad olunması göstərilməmişdir. Şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin inzibati tənbehvermə haqqında 27 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan X7 Xidmətinin MN ******* saylı, 13 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi əmrində istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın verilməsi qeyd edilsə də, lakin əmək haqqı, bank çıxarışında həmin dövrdə heç bir ödəniş edilməmişdir. Bununla da, İrfan Şahin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulması müəyyən edilmişdir. İş materiallarında olan X7 Xidmətinin MN ******* saylı, 27 noyabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi əmrində istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın verilməsi qeyd edilsə də, lakin əmək haqqı bank çıxarışında həmin dövrdə heç bir ödəniş olmadığı məlum olmuşdur. Əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. Bununla da, İrfan Şahin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulmuş və o, 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC-də anbar mütəxəssisi işləyən X4 əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi, yəni tərəflərdən birinin təşəbbüsü göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-də anbar mütəxəssisi işləyən X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, lakin işçiyə son haqq-hesab ödənilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə X7 Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı, 27 noyabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı vətəndaş X4 şikayəti əsasında qəbul edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsində araşdırma aparılmışdır. Belə ki, X4 əmək müqaviləsinə xitam verilməsi zamanı qanun pozuntusuna yol verilmiş, yəni vətəndaş X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi əmrində istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın verilməsi qeyd edilməsinə baxmayaraq işçiyə əmək haqqı, son haqq-hesab ödənilməmişdir. X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozduğundan barəsində MN ******* saylı, 27 noyabr 2023-cü il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan əlavə, əmək müqaviləsinə xitam verilərkən işçinin ərizəsi alınmamış, bununla da qanunla müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilmişdir. Göründüyü kimi X7 Xidmətinin Bakı şəhər İdarəsi qanunvericiliyin tələblərinə riayət edərək, öz üzərinə düşən bütün vəzifələri yerinə yetirib araşdırma aparmış və nəticədə əsaslı olaraq hesab etmişdir ki, İrfan X1 əmək müqaviləsinə xitam verilərkən qanun pozuntusuna yol vermişdir. Ona görə də MN ******* saylı, 27 noyabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlər bir daha İrfan Şahin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulmasını sübut edir və məhkəmə hesab edir ki, İrfan Şahinin şikayət ərizəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Şikayət verən şəxs qərarın ləğvi üçün əsas ola biləcək hər hansı dəliləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərədə tutulmuşdur ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, İrfan Şahin əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi araşdırma zamanı öz təsdiqini tapdığından, onun tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında MN 129249 saylı, 27 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 134-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İrfan Şahinin şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbehvermə haqqında MN 129249 saylı, 27 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ülviyyə Şükürova