Məhkəmə qərarları › İş №3(009)-538/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-538/2021

02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-538/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və ona əlavə olunmuş materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol və digər sənədlər aşağıdakılara əsasən geri qaytarılmalıdır. Belə ki, materiala əlavə edilmiş Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail rayonu inzibati ərazisində karantin qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. Materiala əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla razı olmasına baxmayaraq cəriməni ödəmədiyindən, toplanmış material baxılması üçün Bakı şəhər Səbail rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Materiala əlavə edilmiş icra edilməyən icra sənədin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli, 44654 nömrəli qərardan görünür ki, tələbin könüllü icrası ilə bağlı borclu Şəxs ünvanına bildiriş göndərilmişdir. Tələbin könüllü qaydada icrası müddətinin ötməsinə baxmayaraq borclu təyin edilmiş cərimə məbləğini ödəməmişdir. Həmçinin icra tədbirləri nəticəsində borclu şəxsə məxsus yetərli pul vəsaiti və üzərinə həbs qoyulası əmlak aşkarlanmamışdır. Həmçinin borclu Şəxs xx.xx.2020-ci il tarixdən 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Göstərilənlər nəzərə alınaraq Səbail RPİ-nin 9-cu PB-nin ******* saylı, xx.xx.2020-ci il tarixli qərarının Səbail RPİ-nin 9-cu PB-nə qaytarılması qərara alınmışdır. Hesab edirəm ki, Şəxs barəsində Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının icra edilmədən geri qaytarılması məhkəmə araşdırmasının predmeti deyil. Belə ki, məhkəmə o, vaxt icra sənədinin icra edilmədən geri qaytarılması qərarı barədə tədbirlər görə bilər ki, həmin icra sənədi məhkəmə tərəfindən verilmiş olsun. Hazırki işdən isə görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı Bakı şəhər Səbail RPİ-nin 9cu Polis Bölməsi tərəfindən Bakı şəhər Səbail rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və ona əlavə olunmuş materiallar baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrinə əsasən, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və ona əlavə olunmuş materiallar geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar