Məhkəmə qərarları › İş №3(009)-539/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-539/2022

10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-539/2022 10.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Səbail rayon İcra şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon icra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş 10 mart 2022-ci il tarixli, MN ******* inzibati xəta haqqında Bakı şəhəri protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-260/2020-013 saylı, 18.03.2020-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru X10 oğlu tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, 03.05.2021-ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-260/2020- 013 nömrəli, 18.03.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 2400 ABŞ dolları məbləğində pul vəsaiti və 9.6 dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 03.05.2021-ci il tarixində Bakı şəhəri Səbail rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Qanunla müəyyən edilmiş könüllü müddət ərzində borclu icra sənədində göstərilən tələbi icra etməmişdir. Bu səbəbdən borcluya məxsus tələbin yönələ biləcəyi əmlak aşkar etmək məqsədi ilə bank və digər təşkilatlara sorğu ilə müraciət edilmiş, lakin adına tələbin yönəldilə biləcəyi heç bir daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Eyni zamanda borclunun yaşayış ünvanına baxış keçirilmiş, tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar olunmamış və bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Odur ki, icra sənədinin icrası ilə əlaqədar olaraq Şəxs Muhammad Lətifin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. 29.07.2021-ci il tarixdə borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Səbail rayon məhkəməsinə təqdimatla müraciət olunmuş, lakin Səbail rayon məhkəməsinin 8(009)-222/2021 saylı, 13.08.2021 -ci il tarixli qərardadına əsasən təqdimat təmin edilməmişdir. Bununlada borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclunun 10.03.2022-ci il tarixə olan qalıq borcu 2200 manat təşkil edir. Göstərilənlərə əsasən, barəsində inzibati protokol tərtib edilmiş Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, maddi vəziyyəti ilə bağlı olaraq icra sənədi üzrə borcunu ödəyə bilməmiş, borcunu hissə-hissə ödəməyi öhdəsinə götürür. Məhkəmədən göstərilən halların nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunun bir qismini öədiyini, qalanını hissə-hissə ödənilməsi ilə razı olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştiarkçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2602/2020 nömrəli, 18.03.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 2400 ABŞ dolları məbləğində pul vəsaiti və 9 (doqquz) manat 60 (altmış) qəpik dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bundan sonra işə məhkəmədə baxıldığı vaxt tələbkar X5 ərizə ilə məhkəməyə müraciət edərək barəsində iş üzrə inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs borcunun hissə-hissə ödəniləcəyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə borcun bir qisminin ödənilmiş, qalan məbləğin isə borclu Şəxs hissə-hissə ödənilməsi barədə tələbkarla razılığa gəlmişlər. Belə olan halda, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Belə olan halda, konkret müəyyənləşdirilməmiş hansısa qeyri-müəyyən hərəkətin edilməməsinə görə şəxsin barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Təsvir olunanlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar