Məhkəmə qərarları › İş №3(009)-542/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-542/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-542/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, AR-nın vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-602/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş Şəxs barəsində AR İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-602/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə borclu Şəxs 85000 manat məbləğində borc pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata yönəldilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2023-cü il tarixdə borclunun ünvanına göndərilmişdir. Borclu barəsində "Elektron icra" sistemi vasitəsilə sorğular edilmiş, borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-149/2024-012 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 17,000 (on yeddi min) manat məbləğində pul vəsaiti Şəxs tutulub X4 ödənilməlidir.. 141 manat dövlət rüsumu borcludan tələbkarın xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və icra olunması üçün borcluya göndərilmişdir. “İcraata başlamaq haqqında” Qərar və “tələbin könüllü icrası ilə bağlı” bildiriş poçtun müvafiq qeydinə əsasən borcluya çatdırılmadan geri qaytarılmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1645/2022-011 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" MMC-nin xeyrinə cəmi 1594,55 manat məbləğində pul tutulmalıdır. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2022-ci il tarixdə borclunun ünvanına göndərilmişdir. Borclu barəsində "Elektron icra" sistemi vasitəsilə sorğular edilmiş, borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2918/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs "xxxx" MMC-nin xeyrinə 3493.82 (üç min dörd yüz doxsan üç manat səksən iki qəpik) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 54.93 (əlli dörd manat doxsan üç qəpik) manat dövlət rüsumu tutulmalıdır.İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir.İcra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən məcburi icra tədbirləri başlanılmış, tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular verilmiş, lakin tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin olmadığı aşkar edilmişdir.Belə olan halda icra sənədi üzrə məcburi icra tədbirlərinə başlanılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixdə “ borclunun axtarılması baradə” qərar qəbul edilərək icra edilməsi üçün Səbail rayon polis İdarəsinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə borclu şöbəyə təhvil verilmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixli izahatında borc məbləğini xx.xx.2022-ci il tarixinədək tam şəkildə ödəcəyini bildirərək, tələbkarla razılıq əldə etmiş, tələbkar tərəfindən bu baradə müvafiq ərizə təqdim təqdim olunmuşdur.Lakin əldə olunmuş razılığa əməl olunmadığından məcburi icra tədbirləri davam etdirilərək borclu şöbəyə dəvət olunmuşdur. Borclu Şəxs icra məmurunun tələbi ilə çağırış üzrə gəlməkdən yayındığından barasində “borclunun məcburi gətirilməsi baradə” qərar qəbul olunaraq borcluya göndərilmişdir. Qərarda göstərilən tələb təmin edilmədiyindən məhkəməyə təqdimatla müraciət olunmuşdur. Səbail rayon Məhkəməsinin 8(009)- 406/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən borclu Şəxs məcburi qaydada gətirilməsi qərara alınmışdır. Qərardad icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir.Borclunun xx.xx.2023-cü il tarixli izahatında borc məbləğinin iki şirkət arasında yarandığını bildirərək tələblə razılaşmadığını qeyd etmişdir. Həmçinin ödəniş edə bilməyəcəyini bildirmişdir. Borclu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Səbail rayon məhkəməsinə müraciət olunmuşdur. Səbail rayon məhkəməsinin 3(009)-267/2023 saylı, xx.xx.2023-cü il tarxli qərarına əsasən borclu Şəxs 500 manat məbləğində cərimə edilmişdir. Borclu barəsində barəsində şöbənin icraatında bir neçə iş olduğundan həmin icra işlərinin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Borclu xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir.xx.xx.2023-cü il tarixdə Səbail rayon Polis İdarəsi tərəfindən borclu şöbəyə təhvil verilmişdir. Borclu barasində əvvəllər verilmiş inzibati cərimə cəzanı ödəmədiyindən MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol tərtib edilmişdir. Səbail rayon Məhməsinin 3(009)- 2127/2023 nömrəli qərar ilə Azərbaycan Respublikasasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddələrini nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 23 gün müddətində inzibati həbs tətbiq edilmişdir. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması məqsədi ilə xx.xx.2023-cü il tarixdə təqdimatla Səbail rayon məhkəməsinə müraciət olunmuş, Səbail rayon məhkəməsinin 8(009)-319/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən təqdimat təmin edilmişdir. Qərardad icra olunması üçün AR Ədliyyə Nazirliyinin İcra baş idarəsinə göndərilmişdir. Borclu sonrakı dövrdə hər hansı ödəniş etməmiş və icra məmurunun çağıışlarına məhəl qoymayaraq şöbəyə gəlməmişdir. Onun barəsində axtarış qərarı qəbul ediləək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu xx.xx.2025-ci il tarixdə şöbəyə təhvil verilmişdir. Borcludan izahatı alınmış, izahatında Səbail rayon Məhkəməsinin e-2(009)-602/2023-012 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı bugünə kimi cəmi 500 manat ödəniş etdiyini, xx.xx.2025-ci il tarixinə 2000 manat ödəyə biləcəyini qeyd etmişdir. Borcu birdəfəlik ödəməyə imkanının olmadığını qeyd etmişdir. Borclunun bu günə olan borcu 84500 manat təşkil edir. Tələbkar isə borcun birdəfəlik ödənilməsini tələb edir. Səbail Rayon Məhkəməsinin 2(009)-149/2024-012 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı heç bi ödəniş edilməmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1645/2022-011 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı 521 manat ödəniş etmişdir. Hazırda borcu 1042 manat təşkil edir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2918/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı 600 manat ödəniş etmişdir. Hazırda borcu 2948,75 manat təşkil edir. Bununla da borclu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra şöbəsinin icra məmuru Tural Aşurov izahatında göstərmişdir ki, icra sənədi icraatına daxil olduqdan sonra, müvafiq qərar qəbul etmiş, borclu şöbəyə dəvət edilərək izahatı alınmış, dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq borclu 4 icra sənədi üzrə ödəməli olduğu pul məbləğini ödəməmiş, icra şöbəsinə vaxtında gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Axtarış əsasında şöbəyə gətirilmiş və barəsində müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, özünü AR İXM-nin 528-ci maddəsi ilə təqsirli bilirərək ifadəsində göstərmişdir ki, 2020-ci ildən olan pandemiya ilə əlaqədar biznes fəaliyyətində durğunluq yaranmış, götürdüyü borclarla bağlı iş qura bilməmiş, evlərini satıb müvafiq borcları ödəsə də, hazırda icra sənədi üzrə ödənilməmiş borcları mövcuddur. Təzəliklə yeni işə başlamışdır, bir neçə günə borcun bir hissəsini ödəyəcək. Məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs – icra sənədi üzrə tələbkar X2 göstərmişdir ki, borclu icra sənədində tutulması və ona ödənilməli olan 85,000 manatdan cəmi 500 manat ödəmişdir. Borcluya həmin pulu digər şəxsdən borc götürərək vermişdir. Bu müddət ərzində bəlli bir məbləğ, yəni 10.000-20.000 manat ödəniş edilmir ki, icra sənədində göstərilən məbləğlə bağlı borcluya güzəşt edilsin. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Beləliklə göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar