Məhkəmə qərarları › İş №3(009)-543/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-543/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-543/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi Müdafiəçi M.P.Tanrıverdiyevin iştirakı ilə xx.xx.1969-cu ildə Mingəçevir şəhərində anadan olmuş, AR-nın vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsi tərəfindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı Şəhəri 9 saylı Notariat Ofisinin 8İ-1779, 81-1778, 8İ-1780 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən və Səbail rayon Məhkəməsinin 2(009)-211/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən xx.xx.1969-cu ildə Mingəçevir şəhərində anadan olmuş Şəxs barəsində AR İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlu tərəfindən inzibati xəta haqqında protokola xx.xx.2025-ci il tarixli əlavə tərtib edilmiş və orada göstərilmişdir ki, Bakı Şəhəri 9 saylı Notariat Ofisinin 8İ-1779, 81-1778, 8İ-1780 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən və Səbail rayon Məhkəməsinin 2(009)-211/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs icra sənədlərinə müvafiq olaraq 40000 ABŞ dolları məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu, 15000 ABŞ dolları məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu, 30000 ABŞ dolları məbləğində pul vəsaiti və 25 manat, 14400 ABŞ dolları məbləğində pul vəsaiti və 164 manat tutularaq tələbkar X5, X2 və X3 xeyrinə ödənilməlidir.İcra sənədləri xx.xx.2022-ci il tarixdə və xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir.Borclu icra sənədində göstərilən tələbi təmin etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş,adına nəqliyyat vasitələrinin qeydiyata alındığı aşkar edilmişdir. Borclunun adına nəqliyyat vasitələrinin üzrərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edilmiş, Səbail rayon Məhkəməsinin 8(009)-193/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən borclunun adına qeydiyyata alınmış nəqliyyat vasitələrinin üzərinə həbs qoylaraq, saxlanılması üçün Baş Dövlət Yol Polisi İdarsinə göndərilmiş, lakin hazırki tarixədək nəqliyyat vasitələrinin saxlanılması təmin olunmamışdır. Borclu barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq Səbail rayon Məhkəməsinə göndərilmiş və 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.Borclu müxtəlif tarixlərdə şöbəyə dəvət edilmiş, izahatı alınmışdır. Borclu borc məbləğini tam olaraq ödəyə bilmədiyini, lakin hissəhissə borc məbləğindən ödənişlər etdiyini və ümumilikdə 19100 ABŞ dolları və 800 manat ödəniş etdiyini bildirmişdir. Məlumat üçün bildirik ki, boclu borc məbləğindən 9100 ABŞ dolları və 800 manat X5 ödəniş etmişdir.Digər icra sənədləri ilə əlaqədar tələbkarların xeyrinə heç bir ödəniş olunmamışdır. İş üzrə tələbkarlar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlu izahatında göstərmişdir ki, icra sənədləri icraatına daxil olduqdan sonra, müvafiq qərar qəbul etmiş, borclu şöbəyə dəvət edilərək izahatı alınmış, ümumilikdə borclu olduğu məbləğdən yalnız 9100 ABŞ doları və 800 manat tələbkar Şahin Səfərova ödənişlər edilmişdir. Digər tələbkara isə heç bir ödəniş edilməmişdir. Borclu barəsində müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü AR İXM-nin 528-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəlllər daşımalar ilə məşğul olmuşdur. Belə ki, ayrı-ayrı şəxslərin əmlakların başqa ölkələrdən Azərbaycana daşımalarını həyata keçirmişdir. 2019-cu ildən olan pandemiya ilə əlaqədar quru sərhədlərinin bağlanılması səbəbi ilə müxtəlif şəxslərin əmlakının gətirilməsi mümkün olmamışdır və əlavə olaraq ona 250.000 ABŞ dollar məbləğində demitaj gəlmişdir. Bu səbəbdən ödənişləri üzrlü səbəbdən edə bilməmişdir. Üzərinə həbs qoyulan əmlaklar onun adına olsa da, əmlakları etibarnamə ilə çoxdan satmış, buraxılış ili 1999-cu ildir və harada olmaları barədə məlumat yoxdur. O, tələbkar Şahin Səfərova 19.100 ABŞ dolları və 800 manat ödəmişdir. Ayda 200 manat əmək haqqından tutula bilər. Məhkəmədə də 500 manat ödəyə bilər. Məhkəmə iclasında Şəxs vəkili X1 hüquqlarını müdafiə elədiyi şəxsin əməlində AR İXM-nın 528.1-ci maddəsinin tərkibinin olmadığından, yəni borcun qərəzli surətdə borclu tərəfindən ödənilməsi olmadığından,tutulmalı olan borcun könüllü surətdə bir hissəsi ödənildiyindən məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs – icra sənədi üzrə tələbkar X6 göstərmişdir ki, borclu icra sənədində tutulması və ona ödənilməli olan 85,000 manatdan cəmi 10.000 ABŞ dolları ödəmişdir. İcra sənədi uzun müddət icra məmurunun icraatındadır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs – icra sənədi üzrə tələbkar X7 göstərmişdir ki, borclu icra sənədində tutulması və ona ödənilməli olan 14.400 manatdan heç bir ödəniş etməmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə inzibati xəta törədən şəxsin özünün AR İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilməməsini özünü müdfaiə xarakteri daşımaqla məsuliyyətdən yayınma kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Beləliklə göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar