Məhkəmə qərarları › İş №3(009)-546/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-546/2022

08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-546/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 09 mart 2022-ci il tarixli 00100-0462/22 saylı nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nəsimi rayonu ünvan 1 ünvanına Türkiyə Respublikasından 08K6338/08AAY070 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********1830 sorğu nömrəli 05.10.2021-ci il tarixli Gömrük Bəyannaməsi əsasında 05.02.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş “dağ mədən sənayesində istifadə olan konveyer avadanlıqlar, çeşidləmə, qəlbirləmə, ayrılma və ya yuma üçün maşınlar” yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, “X3’’ MMC tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Daşkəsən rayonu "xxxx" QSC-nin Çovdar inteqreolunmuş X6 zavoduna saxlanılmış malların yoxlanması üçün Qərb Ərazi Baş Gömrük İdarəsinə 1400- 013/006-25/001071 nömrəli 17.02.2022-ci il tarixli məktubla müraciət edilmiş, adı geyd olunan idarədən daxil olmuş 1600-012/001-25/000979 nömrəli 04.03.2022-ci il tarixli məktuba əsasən Şəxs MMC-nin **********1830 sorğu nömrəli 05.10.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilmiş mallara "xxxx" QSC-nin Çovdar integreolunmuş X6 zavodunda baxış keçirildiyi, baxış zamanı qeyd olunan bəyannamə üzrə mallar saxlanc yerində quraşdırılmış vəziyyətdə istifadə olunmadan saxlanıldığını, tərtib edilmiş 01.03.2022-ci il tarixli protokol və malların ümumi görünüşünün foto şəkilləri çəkilərək məktuba əlavə edildiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC Türkiyə Respublikasından idxal etdiyi malların müvəqqəti saxlanc müddəti 05.02.2022-ci il tarixdə bitməsinə baxmayaraq, qeyd olunan tarixədək malları digər gömrük prosedurunda bəyan edərək rəsmiləşdirilmədiyi və malların müvəqqəti saxlanc müddətinin pozulduğu müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 bildirdi ki, Şəxs MMC-nin fəaliyyətinin dağ-mədən və tikinti avadanlıqlarının idxalından və serviz xidmətindən ibarət olduğunu, nümayəndəsi olduğu MMC əsasən Avropa ölkələrindən dağ-mədən və tikinti lahiyələrinin icrası üçün sənaye avadanlıqlarını ölkə ərazisinə idxal etdiyini, 2021-ci ilin avqust ayında 08AAR977/08K7295 və 08K5136/08K5795 qeydiyyat nişanlı avtomaşınlarla Şəxs MMC ünvanına cəmi 11 ədəd konveyer avadalıqları daxil olmuşdur. Mallar Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Gömrük orqanı bildirmişdir ki, mallar ehtiyat hissələr kimi bəyan edilməlidir. Mallar komplekt şəklində konveyerdir, dağ mədən sənayesində istifadə olunan avadanlıqdır. Qərara alınmışdır ki, malların tam olaraq ölkə ərazisinə daxil olmasından sonra malların XİF MN kodunun müəyyən edilməsi üçün ekspertiza idarəsinə müraciət olunmalıdır. Ona görədə mallar **********1946 sorğu nömrəli 27.08.2021-ci il tarixli və **********4228 sorğu nömrəli 30.08.2021-ci il tarixli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında bəyan edilərək rəsmiləşdirilmiş, malların saxlanc müddəti 27.12.2021 və 30.12.2021-ci il tarixlərdə basa çatıb, mallara dair sənədlər gec göndərildiyindən vaxtında malları digər gömrük proseduru altında bəyan olunmayıb. Mallar hal-hazırda Daşkəsən rayonunda "xxxx" QSC-nin Çovdar İntegre olunmuş X6 zavodundadır, orada saxlanılır və üzərində heç bir sərəncam verilməmişdir, hal-hazırda mallar tam olaraq bəyan edilməyə hazırdır. Malların saxlanc müddətinin pozulmasının səbəbi malların Türkiyə Respublikasından gec göndərilməsi olmuşdur. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 496.1ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC 05.10.2021-ci il tarixli, **********1830 sorğu nömrəli gömrük bəyannaməsi ilə 05.02.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirmə üçün bəyan etməmiş və ya gömrük anbarında yerləşdirilməmişdir (bununla əlaqədar məsələnin araşdırılması üçün göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan 05 oktyabr 2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, 150 ədəd dağ mədən sənyesində istifadə olunan konveyer avadanlıqları Şəxs MMC tərəfindən idxal edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 01 mart 2022-ci il tarixli yükə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "X3” MMC-nin ünvanına Türkiyə Respublikasından 08AAH605/08AAH607 və 08ÄAH605/08AAH607 nömrə nişanlı yük avtomaşınlarında daxil olmuş “dağ mədən sənayesində istifadə olunan konveyer avadanlıqlar” yükü **********1830 sorğu nömrəli 05.10.2021 -ci il tarixli tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük proseduranda yerləşdirilmişdir. Daşkəsən rayonunda “Azergold" QSC-nın Çovdar İnteqre olunmuş X6 zavodunda saxlancda olan qeyd olunan bəyannamələr üzrə mallara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki qeyd olunan bəyannamələr üzrə mallar saxlanc yerində quraşdırılmış vəziyyətdə və naqilləri qoşulmuş istifadə olunmadan saxlanılır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 124.1-ci maddəsinə əsasən malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış nümayəndənin etirafı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 496.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar