Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-547/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2nın katibliyi, Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 mart 2022-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 02 mart 2022-ci il tarixdə tərtib olunmuş EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, AZ1001, ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC (VÖEN **********) 17.000.00 ABŞ dolları məbləğində vəsaiti 21 yanvar 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 17.000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 22 yanvar 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru X3 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunu dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş **********1542 və **********0885 saylı gömrük bəyannamələrindən görünür ki, 21 yanvar 2020-ci il tarixdə 17.000.00 ABŞ dolları dəyərində mallar ölkəyə idxal olunmuşdur. İş materiallarına əlavə edilmiş 05 aprel 2022-ci il tarixli RB10-0679/2022 saylı arayışdan görünür ki, 21.01.2020-ci il tarixində 19.000 USD avans köçürülmüş, həmin avans məbləği 31.03.2022-ci il tarixində **********8874 saylı 07.02.2020-ci il tarixli YGB ilə (19.000 USD) tam bağlanılmışdır. Göründüyü kimi Şəxs MMC (VÖEN **********) 17.000.00 ABŞ dolları məbləğində vəsaiti 21 yanvar 2020-ci il tarixdə xaricə köçürmüş, avans yolu ilə ödənilmiş valyuta müqabilində mallar ölkəyə idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə törədilmiş inzibati xətanın tərkibi o halda yaranır ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamış olsun. Azərbaycan Respublikasinin Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikası Mərkəzi X4 45/1 saylı, 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, .... məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, .... idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Bundan başqa, 1980-ci il aprelin 11-də Vyana şəhərində imzalanmış “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”nın (Azərbaycan Respublikası Konvensiyaya 01 fevral 2016-cı il tarixli 116-VQ nömrəli Qanunla qoşulmuşdur) 29-cu maddəsinə əsasən müqavilə tərəflərin adi razılaşması ilə dəyişdirilə və ya ona xitam verilə bilər. Konvensiyanın 25-ci maddəsinə əsasən müqaviləni pozan tərəfin əvvəlcədən görə bilmədiyi və eyni şəraitdə eyni növ ağlabatan şəxsin əvvəlcədən görə bilməyəcəyi hallar istisna olmaqla, tərəflərdən birinin müqaviləni pozması o halda əhəmiyyətli pozuntu hesab olunur ki, belə pozuntu digər şəxs üçün onun müqavilədən irəli gələn gözləntilərə olan hüququndan əhəmiyyətli dərəcədə mərhum olması kimi zərərlə nəticələnir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin əsas prinsiplərindəndir. Mülki dövriyyənin iştirakçıları mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Avans kimi ödənilmiş və geri qayıtmamış məbləğ müqavilə tərəflərinin sərbəst şəkildə, beynəlxalq hüququn və milli qanunvericiliyin hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun olaraq müəyyən etdiyi şərtin yerinə yetirilməsinə sərf edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV İş № 3(009)-547/2022 Məhkəmə İclasının Protokolu Səbail Rayon Məhkəməsi Bakı şəhəri 05 aprel 2022-ci il Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2nın katibliyi ilə, Şəxs” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 15:00-da başlandı. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq inzibati xəta haqqında işi elan edir. Məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru gəlmiş, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktorunun şəxsiyyətini müəyyən edir və səlahiyyətlərini yoxlayır: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru: X3, 02.02.1988-ci il təvəllüdlü, AA1B13348 Sədrlik edən məhkəmə tərkibini və məhkəmə iclas katibini elan edir: Sədrlik edən: Tağıyev Azər Ramiz oğlu. Məhkəmə iclas katibi: X2. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoruna hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüququnu, bunun üçün qanunla nəzərdə tutulmuş əsasları və qaydanı izah edir: Etiraz daxil olmur. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoruna prosessual hüquq və vəzifələrini izah edir. X3: - Hüquq və vəzifələrim aydındır. Sədrlik edən məhkəmə iclasının protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan keçirilib-keçirilməməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktorunun fikirlərini aydınlaşdırır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru məhkəmə iclasının protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə yerində müşavirə edərək, qərara alır: Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Sədrlik edən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri elan edir. Sədrlik edən vəsatətlərin və əlavələrin olub-olmamasını aydınlaşdırır. Vəsatət və əlavələr daxil olmur. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoruna çıxış etmək üçün söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru X3: Şəxs MMC-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati icraata xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru bank tərəfindən təsdiq olunmuş gömrük bəyannaməsini və arayışı elan edir və məhkəməyə təqdim edir. Sədrlik edən təqdim olunmuş sənədləri iş materiallarına əlavə edir. Sədrlik edən inzibati xəta haqqında iş materiallarını araşdırır. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktorundan vəsatətlərin olub-olmamasını araşdırır. Vəsatət daxil olmur. Sədrlik edən müşavirədən qayıdaraq qərarı elan edir, qərardan şikayət və ya protest vermək hüququ və qaydaları izah olunur. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Məhkəmə iclası saat 15:15-də başa çatdı. Protokol 05 aprel 2022-ci il tarixdə tərtib olundu. SƏDRLİK EDƏN: KATİB: Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon Məhkəməsi Az 1003, Bakı şəhəri, M.Useynov küçəsi 5, tel: (012) 491-07-09, faks (028) 491-32-15 İş № 3(009)-547/2022 05 aprel 2022-ci il Azərbaycan Respublikasının Mərkəzi Bankına Şəxs MMC-nə AZ1095, ünvan 1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-547/2022 saylı, 05 aprel 2022-ci il tarixli inzibati xəta haqqında qərarın surəti məlumat üçün göndərilir. Qoşma: qərarın surəti HAKİM AZƏR TAĞİYEV İş № 3(009)-547/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri 31 mart 2022-ci il Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2nın katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 15:20-də başlandı. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq inzibati xəta haqqında işi elan edir. Məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru gəlmiş, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktorunun şəxsiyyətini müəyyən edir və səlahiyyətlərini yoxlayır: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru: X3, 02.02.1988-ci il təvəllüdlü, AA1B13348 Sədrlik edən məhkəmə tərkibini və məhkəmə iclas katibini elan edir: Sədrlik edən: Tağıyev Azər Ramiz oğlu. Məhkəmə iclas katibi: X2. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoruna hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüququnu, bunun üçün qanunla nəzərdə tutulmuş əsasları və qaydanı izah edir: Etiraz daxil olmur. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoruna prosessual hüquq və vəzifələrini izah edir. X3: - Hüquq və vəzifələrim aydındır. Sədrlik edən məhkəmə iclasının protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan keçirilib-keçirilməməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktorunun fikirlərini aydınlaşdırır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru X3: məhkəmə iclasının protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakının təmin olunması üçün təxirə salınmasını xahiş edirəm. Sədrlik edən iş materiallarını araşdırır. Sədrlik edən müşavirə otağından qayıdaraq qərardadı elan edir. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Məhkəmə iclası saat 15:35-də başa çatdı. Protokol 31 mart 2022-ci il tarixdə tərtib olundu. SƏDRLİK EDƏN: KATİB: İş № 3(009)-547/2022 İşdə iştirak edən şəxsin gəlməsi barədə QƏRARDAD 31 mart 2022-ci il Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2nın katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru gəlmiş, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin direktoru X3 məhkəmə iclasının protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakının təmin olunması üçün təxirə salınmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.2.3-cü maddəsinə görə işdə iştirak edən şəxsin gəlməsi və ya əlavə sənədlərin tələb olunması, yaxud ekspertizanın təyin edilməsi vacib olduqda işə baxılmanın başqa vaxta keçirilməsi barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Məhkəmə iclası inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakının təmin olunması üçün 05 aprel 2022-ci il tarixə, saat 15:00-a təxirə salınsın. HAKİM AZƏR TAĞİYEV İş № 3(009)-547/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri 16 mart 2022-ci il Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2nın katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 16:15-də başlandı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş orqanın nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Sədrlik edən iş materiallarını araşdırır. Sədrlik edən müşavirə otağından qayıdaraq qərardadı elan edir. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Məhkəmə iclası saat 16:30-da başa çatdı. Protokol 16 mart 2022-ci il tarixdə tərtib olundu. SƏDRLİK EDƏN: KATİB: İş № 3(009)-547/2022 İşdə iştirak edən şəxsin gəlməsi barədə QƏRARDAD 16 mart 2022-ci il Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2nın katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş orqanın nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.2.3-cü maddəsinə görə işdə iştirak edən şəxsin gəlməsi və ya əlavə sənədlərin tələb olunması, yaxud ekspertizanın təyin edilməsi vacib olduqda işə baxılmanın başqa vaxta keçirilməsi barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Məhkəmə iclası inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının və Şəxs MMC-nin nümayəndələrinin iştiraklarıının təmin olunması üçün 31 mart 2022-ci il tarixə, saat 15:20-yə təxirə salınsın. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-547/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-547/2022
05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver