Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-548/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 18 fevral 2025-ci il tarixli 13000-00242/25 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzinin 2-ci şöbəsindən Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-33- 3200/012/000613 nömrəli raporta əsasən "Alco” MMCnin ünvanına göndərilən "sidik cövhəri" adlı yük xx.xx.2022-ci il tarixli **********1534 və **********1493 sorğu nömrəli gömrük bəyannəmələri ilə daxildə emal xüsusi gömrük proseduru altında bəyan olunmuşdur. Gömrük orqanı tərəfindən verilən icazədə göstərilir ki, **********1534 saylı gömrük bəyannaməsinin daxildə emal xüsusi gömrük prosedurunun altında yerləşdirilməsinin bitmə müddəti xx.xx.2025-ci il, **********1493 saylı gömrük bəyannaməsində isə xx.xx.2025-ci il tarixində bitmişdir. Lakin öhdəlik müddətinin başa çatmasına baxmayaraq "Alco” MMC tərəfindən müddətin uzadılması ilə bağlı gömrük orqanına müraciət olunmamış və qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X3 protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 özünü təqsirli bilərək qərarı məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Rəsmiləşdirmə Mərkəzinin 2-ci şöbəsinin inspektoru Əlisehran Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, "xxxx" MMC (VÖEN: **********) xx.xx.2022-ci il tarixində **********1534 və **********1493 saylı gömrük bəyannamələri ilə daxildə emal xüsusi gömrük proseduru altında bəyan olunmuş yükləri xx.xx.2025-ci il tarixində **********5403 saylı gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış prosedurunda yerləşdirilmişdir.Gömrük orqanın verdiyi icazədə **********1534 saylı gömrük bəyannaməsinin daxildə emal xüsusi gömrük prosedurunun altında yerləşdirilməsinin bitmə müddəti xx.xx.2025-ci il, **********1493 saylı gömrük bəyannaməsində isə xx.xx.2025-ci il tarixində bitmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 4 saylı "Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın 7.7 və 8.1-ci bəndlərinə əsasən İcazə sahibi icazənin müddətinin uzadılması üçün prosedurun müddətinin başa çatmasına ən azı 15 (on beş) gün qalmış gömrük orqanına müraciət etməli, daxildə emal xüsusi gömrük proseduruna dair icazədə göstərilmiş müddətdə prosedur başa çatmadıqda, daxildə emal xüsusi gömrük proseduru dəyişdirilərək, mallar sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilməlidir. Lakin tərəfimizdən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən müddətin uzadılması ilə bağlı gömrük orqanına heç bir müraciət edilməmiş və qanunvericiliyin tələbləri pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzinin 2-ci şöbəsindən Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-33- 3200/012/000613 nömrəli raporta əsasən "Alco” MMC-nin ünvanına göndərilən "sidik cövhəri" adlı yük xx.xx.2022-ci il tarixli **********1534 və **********1493 sorğu nömrəli gömrük bəyannəmələri ilə daxildə emal xüsusi gömrük proseduru altında bəyan olunmuşdur. Gömrük orqanı tərəfindən verilən icazədə göstərilir ki, **********1534 saylı gömrük bəyannaməsinin daxildə emal xüsusi gömrük prosedurunun altında yerləşdirilməsinin bitmə müddəti xx.xx.2025ci il, **********1493 saylı gömrük bəyannaməsində isə xx.xx.2025-ci il tarixində bitmişdir. Lakin öhdəlik müddətinin başa çatmasına baxmayaraq "xxxx" MMC tərəfindən müddətin uzadılması ilə bağlı gömrük orqanına müraciət olunmamış və qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd edilən raportun araşdırılması ilə bağlı sözügedən şirkətin nümayəndəsi ilə ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılmış və o, izahat verməsi üçün Baş İdarəyə dəvət olunmuşdur. İdarəyə gələn "xxxx" MMC-nin nümayəndəsi X4 izahat verərək, xx.xx.2022-ci il tarixində netto çəkisi 25000 kq, gömrük dəyəri 41650 AZN olan "sidik cövhəri" adlı yükü **********1534 sorğu nömrəli və eyni çəkidə, yəni netto çəkisi 25000 kq, gömrük dəyəri 41650 AZN olan "sidik cövhəri" adlı yükü **********1493 sorğu nömrəli gömrük bəyannəməsi ilə iki il müddətinə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirdiklərini, **********1534 saylı gömrük bəyannaməsinin daxildə emal xüsusi gömrük prosedurunun altında yerləşdirilməsinin müddətinin xx.xx.2025-ci il tarixinədək, **********1493 saylı gömrük bəyannaməsinin müddətinin isə xx.xx.2025-ci il tarixinədək uzadıldığını, sözügedən yükün bir qismi **********9467, **********8797, **********9804, **********3489, **********6959, **********2692, **********8372, **********6351, **********0364, **********6089, **********2979, **********8262, **********5260, **********9589, **********4518, **********9849, **********6187, **********5167, **********9170, **********9815, **********0645, **********2956, **********4156, **********9845, **********3339 sorğu nomrəli gömrük bəyannamələri ilə ixrac gömrük prosedura altında rəsmiləşdirilərək geri qaytardıqlarını, lakin, yerdə qalan netto çəkisi 24272,14 kq, gömrük dəyəri 40437,39 AZN olan "sidik cövhəri" adlı yükü nəzərlərindən qaçdığı üçün, daxildə emal üçün müəyyən olunmuş müddət bitdikdən sonra, yəni xx.xx.2025-ci il tarixində **********5403 sorğu nömrəli gömrük bəyannəməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirdiklərini, bildirmişdir. Raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, İran İslam Respublikasında fəaliyyət göstərən "Shiraz Petrochemical" şirkəti tərəfindən "xxxx" MMC- nin ünvanına göndərilən netto çəkisi 25000 kq, gömrük dəyəri 41650 AZN olan "sidik cövhəri" adlı yük **********1534 sorğu nömrəli və eyni çəkidə və eyni gömrük dəyərində olan "sidik cövhəri" adlı yük **********1493 sorğu nömrəli gömrük bəyannəməsi ilə daxildə emal gömrük proseduru altında rəsmiləşdirilmişdir. Sonradan **********1534 saylı gömrük bəyannaməsinin daxildə emal xüsusi gömrük prosedurunun altında yerləşdirilməsinin müddəti xx.xx.2025-ci il tarixinədək, **********1493 saylı gömrük bəyannaməsinin müddəti isə xx.xx.2025-ci il tarixinədək uzadılmışdır. Sözügedən yükün bir qismi emal olunduqdan sonra şirkət tərəfindən **********9467, **********8797, **********8372, **********8262, **********6187, **********9804, **********6351, **********5260, **********5167, **********3489, **********0364, **********9589, **********9170, **********6959, **********6089, **********4518, **********9815, **********2692, **********2979, **********9849, **********0645, **********2956, **********4156, **********9845, **********3339 sorğu nomrəli gömrük bəyannamələri ilə ixrac gömrük proseduru altında rəsmiləşdirilmiş, lakin, yerdə qalan netto çəkisi 24272,14 kq, gömrük dəyəri 40437,39 AZN olan "sidik cövhəri" adlı yük daxildə emal üçün müəyyən olunmuş müddət bitdikdən sonra, yəni xx.xx.2025-ci il tarixində **********5403 sorğu nömrəli gömrük bəyannəməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 4 saylı "Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları"nın 7-ci madəsinə əsasən İcazə sahibi icazənin müddətinin uzadılması üçün prosedurun müddətinin başa çatmasına ən azı 15 (on beş) gün qalmış gömrük orqanına müraciət etməlidir. İcazədə göstərilmiş müddət bitdikdən sonra edilmiş müraciətlərə baxılmır. Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən inzibati məsuliyyət nəzərdə tutulur. Nəticədə, "xxxx" MMC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazə verilməsinə dair xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, sidik cövhəri, o cümlədən suda məhlulu: tərkibində quru susuz məhsula hesablanmış 45 kütlə %-dən çox azot olan sidik cövhəri: 24500 USD-dir. Müddət: 2 ildir. İş materiallarında olan "xxxx" MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC tərəfindən "NRA TRADİNG” firmasından idxal olunan teknik ure Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 4 nömrəli qərarına əsasən Daxildə Emal Xüsusi Gömrük Proseduru altında yerləşdirilib və qanunla müəyyən olunmuş müddətdə (iki il) ixrac olunacağı ilə bağlı zəmanət verir. İş materiallarında olan "xxxx" MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2024cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC Daxildə emal xüsusi gömrük proseduru altrnda idxal olunmuş **********1493 saylı Gömrük bəyannaməsinin Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 4 nömrəli qərarının 7.6 bəndində əsasən, Daxildə Emal Xüsusi Gömrük Proseduru altında müddətinin 1 il (bir) artırılması üçün icazə verilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, **********1534 saylı gömrük bəyannaməsinin daxildə emal xüsusi gömrük prosedurunun altında yerləşdirilməsinin bitmə müddəti xx.xx.2025-ci il, **********1493 saylı gömrük bəyannaməsində isə xx.xx.2025-ci il tarixində bitmişdir. Lakin öhdəlik müddətinin başa çatmasına baxmayaraq "Alco” MMC tərəfindən müddətin uzadılması ilə bağlı gömrük orqanına müraciət olunmamış və qanunvericiliyin tələbləri pozulmuşdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 128-ci maddəsinə görə xarici mallar gömrük ərazisindən aparıldıqda, malların ixrac rəsmiləşdirilməsini həyata keçirmək üçün şəxs tərəfindən səlahiyyətli gömrük orqanına təkrar ixrac bildirişi verilir. Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 166.0.5-ci maddəsinə əsasən emal (daxildə və xaricdə emal) xüsusi gömrük prosedurlarının əhatə dairəsinə daxildir. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən xüsusi gömrük proseduru başa çatmadıqda, gömrük orqanları müvafiq mallarla bağlı vəziyyətin tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 4 saylı Qərarı ilə təsdiq edilmiş “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”ın 7-ci maddəsinə görə: Daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti 2 (iki) ildən artıq olmamalıdır (7.1-ci bənd); Gömrük orqanı daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddətini müraciət etmiş şəxsin emal əməliyyatlarının aparılması müddəti barədə verdiyi məlumata əsasən müəyyənləşdirir. Bu müddət müəyyənləşdirilərkən emal məhsullarının ixrac edilməsi, habelə istehsalat tullantıları barədə sərəncam verilməsi üçün tələb olunan vaxt da nəzərə alınır (7.2-ci bənd); Daxildə emal xüsusi gömrük prosedurunun müddəti malların bu prosedur altında yerləşdirildiyi tarixdən başlayır və emal əməliyyatlarının, habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir. Mallar partiyalarla gətirildikdə, bu müddət birinci partiyanın həmin prosedur altında yerləşdirildiyi gündən hesablanır (7.3-cü bənd); Daxildə emal xüsusi gömrük prosedurunun başlama və sona çatma müddətləri malların bu prosedur altında yerləşdirilməsi üçün gömrük orqanlarının verdiyi icazədə göstərilir (7.4-cü bənd). Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC -ə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 55, 114-115 və 497-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti 40437,39 (qırx min dörd yüz otuz yeddi manat otuz doqquz qəpik) manat valyuta vəsaiti məbləğinin 30 (otuz) faizi həddində, yəni –12131 (on iki min bir yüz otuz bir) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-548/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-548/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver