Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-551/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi X16 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 inzibati tənbeh vermə haqqında 27 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış "xxxx" MMC-nin direktoru X10 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X17 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 27 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X6 tərəfindən tərtib edilmiş xx.xx.2024- cü il tarixli, MN №1613692 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə təqsirli bilinərək barəsində 1800 AZN inzibati cərimə tətbiq edilmişdir. Bildirmək istəyirəm ki, qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qərar onunla əsaslandırılmışdır ki, X3 müddətli əmək müqaviləsi xx.xx.2024-cü il tarixində, X11 isə müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozularaq xitam verilmişdir. X7 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixində müddətli əmək müqaviləsi bağlanmışdır və əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə həmin müqaviləyə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Həmçinin, X18 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixində müddətli əmək müqaviləsi bağlanmışdır və əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə həmin müqaviləyə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, inzibati tənbeh vermə haqqında qərarda Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinin pozulduğu bildirilsə də, bu pozuntunun nədən ibarət olması bildirilməmişdir. Həmçinin, İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi bildirilsə də, bu pozuntunun nədən ibarət olması qeyd edilməmişdir. Qeyd edildiyi kimi, X7 və X18 ilə X10 direktoru olduğu "xxxx" MMC arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Daha sonra isə qanunvericiliyin tələblərinə uyğun olaraq həmin əmək müqavilələrinə müddətləri qurtarması əsası ilə xitam verilmişdir. DƏMX-nin qərarında iddia olunan Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinin pozuntusunun nədən ibarət olması əsaslandırılmamış, bu barədə sübutların hansı şəraitdə, hardan və hansı əsaslarla əldə edildiyi barədə heç bir məlumat verilməmişdir. Həmçinin, İXM-nin müvafiq normalarına əsasən yalnız təqsirli surətdə törədilmiş əmələ görə şəxs məsuliyyətə cəlb oluna bilər. Lakin DƏMX-i tərəfindən əməlin təqsirli surətdə törədilməsi sübuta yetirilməmişdir. Əlavə olaraq, inzibati tənbeh vermə haqqında qərar ərazi aidiyyəti pozularaq qəbul edilmişdir. Belə ki, qərar hüquqi şəxs barəsində deyil də, hüquqi şəxsin direktoru barəsində tətbiq edildiyindən, inzibati araşdırma fiziki şəxsin qeydiyyatda olduğu ünvan üzrə, yəni DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən aparılmalı və qərar qəbul edilməli idi. Lakin ərazi aidiyyəti pozularaq DƏMX-nin X6 tərəfindən inzibati icraat aparılmış və qanunsuz qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 inzibati tənbeh vermə haqqında 27 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi X25 izahatında bildirmişdir ki, "xxxx" MMC tərəfindən əmək qanunvericiliyinə əməl edilmədən əmək müqavilələrinə xitam verilmişdir. Əmrlərdən görünür ki, tarixlər üst-üstə düşmür. Belə ki, X11 işə başlama tarixi xx.xx.2024-cü il tarixdə olsa da, əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bundan başqa X4 işə başlama tarixi xx.xx.2024-cü il tarixdə olsa da, əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Halbuki əmək müqaviləsinə xitam verilərkən işə qəbul olduğu günə uyğun xitam verilməlidir. X12 əmək müqaviləsinə 3 gün tez, X5 7 gün gec xitam verilmişdir. Şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 inzibati tənbehvermə haqqında 27 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış "xxxx" MMC xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq baxış iclası xx.xx.2025-ci il tarixə, saat 16:50-ə təyin edilmişdir. Dövlət layihələrinin icrası ilə əlaqəli tərəflərindən icra olunan layihələr barədə rəsmi görüşlər səbəbindən həmin tarixdə İmişli rayonu ərazisində olacaq və məhkəmə iclasında iştirakları mümkün olmayacaqdır. Məhkəmə baxış iclasını iştirakları olmadan keçirilməsi və inzibati xəta haqqında qərarın ləğv edilərək inzibati icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan X20 Xidmətinin X2 27 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, vətəndaş X4 müddətli əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə, X11 isə müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 73cü maddəsinin tələbləri pozularaq xitam verilmişdir. Bununla da, X17 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələbləri pozulmuş və o, 1800 (bir min səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, X18 əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. İşçinin işə başlama tarixi xx.xx.2024-cü il tarixdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə № 24/413 əmrdən görünür ki, “Ağdam” bölməsində “fəhlə” vəzifəsində işləyən X19 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, X8 əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. İşçinin işə başlama tarixi xx.xx.2024-cü il tarixdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə № 24/387 əmrdən görünür ki, “Ofis” bölməsində “layihə rəhbəri” vəzifəsində işləyən X9 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-551/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X6 tərəfindən çıxarılmış 27 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Şirvan Şəhər Məhkəməsinin 3(032)-221/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti, həmin qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti və ona əlavə edilmiş materiallar, məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-155/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 qərarından verilmiş şikayət və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X17 tərəfindən X11 və X4 əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Göründüyü kimi X11 əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq müqaviləyə xx.xx.2024-cü il tarixdə xitam verilməsi, X4 əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq müqaviləyə xx.xx.2024-cü il tarixdə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinin pozulmasına səbəb olmuşdur. Beləliklə, X20 Xidmətinin X6 qanunvericiliyin tələblərinə riayət edərək, öz üzərinə düşən bütün vəzifələri yerinə yetirib araşdırma aparmış və nəticədə əsaslı olaraq hesab etmişdir ki, X17 qanun pozuntusuna yol vermişdir. Ona görə də 27 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlər bir daha X17 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələbləri pozulmasını sübut edir və məhkəmə hesab edir ki, X10 şikayət ərizəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Şikayət verən şəxs qərarın ləğvi üçün əsas ola biləcək hər hansı dəliləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X17 əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi araşdırma zamanı öz təsdiqini tapdığından, onun tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 inzibati tənbehvermə haqqında 27 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 134-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X10 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 inzibati tənbehvermə haqqında 27 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-551/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-551/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver