Məhkəmə qərarları › İş №3(009)-555/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-555/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-555/2022 11.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızı katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru X2 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Beyləqan rayonunun Əmirzeyidli kəndində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatda Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdi. İş materiallarında olan 11 mart 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində tərtib edilmiş 11 mart 2022-ci il tarixli, MN seriyalı, ******* saylı protokol üzrə, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. 11 mart 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxx 1991-ci il tarixdə Beyləqan rayonunun Əmirzeyidli kəndində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatda Şəxs, Səbail rayonu, Bayraq Meydanı yaxınlığında polis işçilərinin qanuni göstərişlərinə tabe olmamışdır. Nəticədə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirləndirilir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru polis baş leytenantı X3 inzibati xəta haqqında protokolun məzmuna uyğun izahat verərək bildirdi ki, Şəxs 10.03.2022-ci il tarixdə, saat 23:00 radələrində Bayraq meydanı ərazisində polis əməkdaşlarına müqavimət göstərmiş, onları təhqir edərək qanuni tələblərinə tabe olmamışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasına uyğun inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin gün saxlanılarkən alın nahiyəsindən xəsarət aldığını, əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasına şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru X6 ifadəsində 10 mart 2022-ci il tarixdə Səbail rayonu, Bayraq meydanı yaxınlığında xidmətdə olan zaman xidmətə cəlb edilmiş DYP-nin əməkdaşları tərəfindən “Hyundai” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanıldığını, xanım sürücünün kəməri yox idi. Xansu qaça-qaça gəlmiş, qazi olduğunu demiş, həyat yoldaşına (xanım sürücüyə) qarşı nalayiq ifadələr işlətmiş, daha sonra maşına oturub uzaqlaşmaq istəmişdir. Polis maşınına mindirən zaman polis əməkdaşlarını itələyib qaçmaq istəmiş, yerə uzanaraq alın nahiyəsini asvalta vurmuş, müqavimət göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru X4 ifadəsində 10 mart 2022-ci il tarixdə Səbail rayonu, Bayraq meydanı yaxınlığında xidmətdə olan zaman xidmətə olarkən “Hyundai” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanıldığını və onun həyat yoldaşı Xansunun gəlib xanımına daha sonra polis əməkdaşlarına nalayiq ifadələr işlədərək özünü yerə çırpmağa çalışmış və polis əməkdaşlarına müqavimət göstərmişdir. Məhkəmə iclasında təqdim olunmuş video görüntüyə baxış keçirilmiş və Şəxs 10.03.2022-ci il tarixdə, saat 23:00 radələrində Bayraq meydanı ərazisində polis əməkdaşlarına müqavimət göstərdiyi, onların qanuni tələblərinə tabe olmadığı öz təsdiqini tapmışdır. Məhkəmə protokol tərtib etmiş şəxsi və barəsində protokol tərtib olunmuş şəxsi, o cümlədən şahidləri və iş üzrə digər sübutları araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi var və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İş materiallarında olan videogörüntüyə tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şəxs 10 mart 2022-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış onlara müqavimət göstərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər yüz elli manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Yol patrul xidməti haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının 12.05.2017-ci il tarixli, Q25-001-17 nömrəli qərarının 7.7-ci bəndinə əsasən, ekipajda iki YPX inspektorundan biri patrul avtomobilindən düşərək dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşır, özünü sürücüyə təqdim edir və bundan sonra dayandırılmanın səbəbini bildirməklə ondan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin təqdim olunmasını tələb edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci bəndinin 1-ci hissəsinə əsasən sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs, polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi var, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla ona inzibati həbs növündə inzibati tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan AZA 015020 saylı 10.03.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs 10 mart 2022-ci il tarixdə saat 11:55-də inzibati qaydada tutulmuşdur. Bu baxımdan, inzibati qaydada həbs etmənin əvvəli 10 mart 2022-ci il saat 11:55-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.0.2, 114.1.4, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 10 mart 2022-ci il tarix saat 11:55-dən hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X5 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar