Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-559/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti 2-ci ərazi X8 İdarəsinin baş inspektoru X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti 2-ci ərazi X8 İdarəsinin baş inspektoru X3 protokolu müdafiə edərək göstərmişdir ki, binanın sakinlərindən biri tərəfindən binanın 20-ci mərtəbəsi zəbt edilmişdir. Belə ki, həmin binanın sakini X2 ərizə ilə müraciət edərək bildirmişdir ki, binanın həm 19, həm 20-ci mərtəbələrində mənzili var. Lakin 20-ci mərtəbədəki mənzilinin qapısı qanunsuz olaraq bağlanmış, divarlar hörülmüşdür, evə daxil olmaq mümkün deyil. Binada plandankənar yanğın-texniki müayinə keçirilmiş və binanın 20-ci mərtəbəsində köçürmə çıxışının qapısı çöl hissədən tamam bağlanıldığı müəyyən edilmiş və aktlaşdırılmışdır. Göstərilənlərə əsasən Şəxs MMC barəsində müvafiq inzibati tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-ə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəfi dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan X8 Xidməti tərəfindən tərtib edilmiş 14 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə binada keçirilmiş plandankənar YTM zamanı yanğın təhlükəsizliyi qaydaları YTQ 02- 2002 bənd 2.2.7.2 bənd 2.5.20.1 tələblərinin pozulduğu faktı aşkar olunmuşdur. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1187 nömrəli X4 Aparılması Haqqında qərardan görünür ki, Şəxs MMC-də xx.xx.2025-ci il -xx.xx.2025-ci il tarixlərində plandankənar yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1187 nömrəli X9 Aktından görünür ki, yaşayış binasında keçirilmiş plandankənar YTM zamanı binanın 20-ci mərtəbəsində köçürmə çıxışının qapısı çöl hissədən tamam bağlanıldığı, eləcə də həmin mərtəbənin dəhlizində maneəedici əşyalar (taxta konstruksiyadan ibarət şkaflar, rəflər, elektrik tənzimləyicilərinin quraşdırıldığı faktı aşkar olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, binanın 20-ci mərtəbəsində köçürmə çıxışının qapısı çöl hissədən tamam bağlanılmış, həmin mərtəbənin dəhlizində maneəedici əşyalar: taxta konstruksiyadan ibarət şkaflar, rəflər, elektrik tənzimləyiciləri quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli X9 aktından görünür ki, aşağıda imza edənlər Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin 2-ci Ərazi X8 İdarəsinin Dövlət X5 böyük inspektoru daxili xidmət kapitanı Elxan Əmirxanov, tikintidə təhlükəsizliyə X6 Baş Dövlət Tikinti müfəttişliyinin böyük məsləhətçisi-böyük müfəttiş Habil Əmirəliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhərsalma Nəzarəti şöbəsinin 3 sayli əraiz sektorunun müdiri Hafiz Məhərrəmov, Səbail Rayon Polis İdaresinin 39-cu Polis Bölməsinin sahə rəisi polis polkovnik-leytenantı Qabil Kərimov və Səbail Rayon 4 Saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Paşa Məmmədovun iştirakı ilə bu akt tərtib edilib ondan ötrü ki, həqiqətən ünvan 1 ünvanında yaşayan lbrahimova Kəmalə İlham qızı tərəfindən Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış və baxılmasi üçün X8 Xidmətində qeydiyata alınmış xx.xx.2025-ci il tarixli, 3-18-5 / 1-1-67-42 /2025 nömrəli müraciətin araşdırılması üçün, ünvan 2 ünvanında yerləşən "Dolçasaray yüksəkmərtəbəli Yaşayış Binası"na tərəflərindən baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Yaşayış binasına keçirilmiş müayinə zamanı, binanın iyirminci mərtəbəsinin köçürmə çıxışın qapısı çöl hissədən tamam bağlanıldığı, eləcə də həmin mərtəbənin ümumi istifadədə olan dəhlizində maneəedici əşyalar (taxta konstruksiyadan ibarət şkaflar, rəflər, elektrik tənzimləyicisi) quraşdırıldığı faktı aşkar olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il -xx.xx.2025-ci il tarixlərdə Şəxs MMC-ə məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 162 ünvanında yerləşən binanın 20-ci mərtəbəsində köçürmə çıxışın qapısı çöl hissədən tamam bağlanıldığı, eləcə də həmin mərtəbənin ümumi istifadədə olan dəhlizində maneəedici əşyalar (taxta konstruksiyadan ibarət şkaflar, rəflər, elektrik tənzimləyicisi) quraşdırıldığı müəyyən olunmuş və Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Göründüyü kimi iş materiallarına əlavə edilmiş sənədlərlə, eləcə də xx.xx.2025-ci il tarixli, 1187 nömrəli X9 Aktı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 518.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-559/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-559/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver