Məhkəmə qərarları › İş №3(009)-56/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-56/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-56/2023 10.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində protokol tərtib edilmiş Şəxs QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli 00100-02811/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olanŞəxs QSC-nin ünvanına 77CL190/10ZK030 nömrəli avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş yüklər **********5761 və **********5282 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixdə Bakı Baş gömrük idarəsinə bəyan olunmuşdur. Gömrük bəyannaməsinin rəsmiləşdirilməsi üçün təqdim olunmuş sənədlərin araşdırılması zamanı bəyannaməçi tərəfindən təqdim olunmuş qısa idxal bəyannaməsinin invoys sənədləri ilə gömrük bəyannaməsində daşınma şərtləri arasında fərq olduğu aşkar olunmuşdur. Belə ki, qısa idxal bəyannaməsinin invoys sənədində FOB Qingdao göstərildiyi halda təqdim edilən gömrük bəyannaməsində çatdırılma şərti CİP Bakı kimi qeyd edilmişdir. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı **********5761 və **********5282 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə bəyan edilmiş 1 ədəd “Sıxılmadan alovlanan porşenli daxili yanma mühərrikləri (dizellər və yarımdizellər): üzən vasitələri hərəkətə gətirən mühərriklər: 500K çox, lakin 1000KVt-dan çox olmayan dəst şəkilində”, 1 ədəd ötürücü qutuları”. 1 ədəd “C6190ZLC2-3’’ modelli gücü 530 Kvt olan, sıxılmadan alovlanan porşenli daxili yanma mühərriki və “HC600A” modelli gəmilərdə istifadə olunan ötürücü qutu” yüklərinin çatdırılma şərti “CİP BAKU” olduğu təqdirdə bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təqdirdə Şəxs QSC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/030455 saylı xx.xx.2022-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq şöbəyə daxil olmuş 34/012/030614 saylı xx.xx.2022-ci il tarixli raporta əsasənŞəxsQSC -nin ünvanına X1 daxil olmuş yüklərə tərtib edilən **********5761 və **********5282 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri üzrə QSC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği əlavə dəyər vergisi üzrə 1621.80 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs QSC-nin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, **********5761 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömru bəyannaməsi ilə bəyan edilmiş malların ümumi invoys dəyəri 97300,00 ABŞ dolları v **********5282 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilir malların ümumi invoys dəyəri 97300,00 ABŞ dolları təşkil edir. Malları göndərən “NEKSUS İMPEX PETROL SAN VE TİC LTD ŞTİ” şirkəti tərəfindən səhvən çatdırılma şərti "FOB Qinqdao” göstərilən 2 invoys göndərilmişdir və həmin invoyslar əsasında qısa idxal bəyannamələrini tərtib edərək gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Çatdırılma şərti “FOB Qingdao” olduğu təqdirdə yaranmış olan əlavə gömrük ödənişi onların depozit hesabında artıq tutulmuşdur. Bundan əvvəl “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC barəsində gömrük ödənişlərinin ödənilməsindən yayınma halı olmamışdır. Ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeydinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs QSC-nin ünvanına 77CL190/10ZK030 nömrəli avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş yüklər **********5761 və **********5282 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixdə Bakı Baş gömrük idarəsinə bəyan olunmuşdur. Gömrük bəyannaməsinin rəsmiləşdirməsi üçün təqdim olunmuş sənədlərin araşdırılması zamanı bəyannaməçi tərəfindən təqdim olunmuş qısa idxal bəyannaməsinin invoys sənədləri ilə gömrük bəyannaməsində daşınma şərtləri arasında fərq olduğu aşkar olunmuşdur. Belə ki, qısa idxal bəyannaməsinin invoys sənədində FOB Qingdao göstərildiyi halda təqdim edilən gömrük bəyannaməsində çatdırılma şərti CİP Bakı kimi qeyd edilmişdir. İş materiallarında olan NEKSUS İMPEKS Ltd-nin arayışından görünür ki, Petrol San. Ve Tic. Ltd. Şti.-nin və ASCO tərəfindən imzalanmış xx.xx.2022-ci il № 604/MA-Q962 nömrəli müqaviləyə əsasən yük daşıma şərti CİP BAKU olaraq qeyd edilmişdir, lakin səhvən JFPEC/NİPS-2213 ve JFPEC/NİPS-2214 nömrəli fakturada FOB Qingdao yazılmışdır. Bu səbəbdən sonradan təkrar göndərdikləri CİP BAKU invoice nəzərə alınması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs QSC tərəfindən **********5761 və **********5282 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən malların gömrük dəyəri təqdim edilmiş bəyannamələrdə çatdırılma şərti “FOB Qingdao” olduğu təqdirdə yaranacaq fərqə görə əlavə ödəniləcək məbləğ ƏDV üzrə 1621.80 AZN təşkil edəcəkdir. İş materiallarına əlavə edilmişŞəxsQSC barəsində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə VAİS informasiya resursundan çıxarılan arayışdan görünür ki, ŞəxsQSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 1(bir) müddətində hüquqpozma faktı olmamışdır. İş materiallarına əlavə edilmiş **********5761 və **********5282 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, ŞəxsQSC-nin depozit hesabından 1621.80 manat məbləğində vəsait çıxılmışdır. Bu fakt təsdiq edir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən 1621.80 manat məbləğində vəsaitin Şəxs QSC-nin depozit hesabından tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İş materiallarından görünür ki, Şəxs QSC tərəfindən əvvəllər İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş xəta törədilməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC ilk dəfə olaraq az miqdarda inzibati xəta törətmiş və törətmiş olduğu xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokolla müəyyən edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Şəxs QSC tərəfindən inzibati xəta nəticəsində vurulmuş ziyan Dövlət büdcəsinə tam şəkildə ödənildiyindən hüquqi şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, məhkəmə hesab edir ki, barədində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 505-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin maddənin qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar