Məhkəmə qərarları › İş №3(009)-561/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-561/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-561/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, Protokol tərtib etmiş orqanın nümayəndəsi X4, barəsində protokol tərtib edilmiş Şəxs Şirkətinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş 03 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Səbail Rayon Məhkəməsinin 3(009)-561/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1116/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Səbail Rayon Məhkəməsinin 3(009)-561/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək material yenidən baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şirkəti xx.xx.2024-cü il tarixdə, saat 12:00-da, ünvan 1 ünvanında ƏL/TMM daxili nəzarət proqramı tam tətbiq edilməmiş, məsul şəxs təyin edilməmiş və bu barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat verilməmişdir. Nəticədə Şəxs Şirkəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi X5 bildirmişdir ki, 3 gün ərzində Maliyyə Monitorinq Xidmətinə qeydiyyatın ötürülməli olduğunu, protokol tərtib edənə qədər məlumat ötürülmədiyi üçün protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs Şirkətinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, əsas qeydiyyatdır biz müraciət edirik texniki xəta baş verir. Əmr mövcuddur sadəcə hər dəfə xəta baş verir. Protokol tərtib edilməmişdən əvvəl texniki xəta ilə bağlı əlaqə saxlayıb məlumat vermişdir. Texniki xəta ilə bağlı qarşı tətəfin şübhəsi İXM-nin 8.3-cü maddəsinin tələblərinə əsasən xeyrinə şərh olunmalıdır. Burada intibati xəta tərkibi olmadığını, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş hüquqi şəxslərin qeydiyyatına dair çıxarışdan görünür ki, “X8” Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı xx.xx.1998-ci ildə qeydiyyata alınmışdır, hüquqi ünvanı-ünvan 2 əlavə edilmiş hüquqi şəxslərin qeydiyyatına dair çıxarışdan görünür ki, “X8” Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni təmsilçisi X2r. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “X8” Limited (VÖEN: **********) şirkətinin Azərbaycan Respublikasındakı filialında xx.xx.2021xx.xx.2024-cü dövr üzrə xx.xx.2024-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək yoxlama aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı 15 noyabr 2024-cü il tarixli, 3-21-28/2-1154/2024 saylı məktubundan görünür ki, “X8” Limited (VÖEN: **********) şirkətində məsul şəxs təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş 01 mart 2023-cü il tarixli, xx/xx/2023 nömrəli əmrdən görünür ki, “X8” Limited (VÖEN: **********) şirkətinin Azərbaycan Respublikasındakı filialında direktor vəzifəsində çalışan X3 məsul şəxs kimi təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə əsasən bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyrimaliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə –vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, maddənin dispozisiyasında göstərilən əlamətlər o vaxt inzibati məsuliyyətə səbəb olur ki, həmin əməllər təqsirli şəxs tərəfindən qəsdlə törədilsin, əks halda maddi hüquq normasının dispozisiyasında sadalanan əlamətlərin formal cəhətdən mövcud olması inzibati məsuliyyətin yaranması üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs Şirkətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın əsas predmeti qeydiyyatdır və məhkəmə iclasında tərəflərin iştirakı ilə Şəxs Şirkətinin nümayəndəsi X1 məsul şəxs barədə məlumatı göndərmək cəhdi texniki xəta baş verdiyindən mümkün olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-80/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə eyni əsaslar üzrə vəzifəli şəxs barəsində tərtib edilmiş protokola münasibət bildirilərək inzibati xəta tərkibinin yaranması üçün zəruri olan obyektiv cəhət olmadığı üçün iş üzrə icraata xitam verilməsinə dair Səbail Rayon Məhkəməsinin 3(009)-2663/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Şirkəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 598.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar