Məhkəmə qərarları › İş №3(009)-566/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-566/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-566/2022 14.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 13 mart 2022-ci il tarixdə, saat 04:10 radələrində Səbail rayonu, Dənizkənarı bulvar yaxınlığında “Mersedes” markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizliy kəmərindən istifadə etmədiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, sənədlərin təqdim edilməsi bildirildikdə avtomobildə sərnişin kimi əyləşən Şəxs sürücünün şəxsiyyətini müəyyən etməyə mane olaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Bu barədə Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X2 tərəfindən 13 mart 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, əməlindən səmimi peşmandır. İçkili vəziyyətdə olduğu üçün belə bir hala yol vermişdir. Polis əməkdaşları onunla çox normal danışmış, lakin o içkili olduğu üçün bunları düzgün qəbul edə bilməmişdir. Ayıq halda olsa idi belə bir hala yol verməzdi. Eyni zamanda heykəltəraş olduğunu, Hərbi Qənimətlər Parkında olan heykəllərin onun tərəfindən hazırlandığını, cəmiyyət üçün yararlı insan olduğunu bildirərək, barəsində yüngül cəza növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Döpvlət yol polisi şöbəsi yol patrul xidməti inspektoru polis serjantı X3 izahat verərək bildirmişdir ki, 13.032022-ci il tarixdə, təxminən saat 04:10 radələrində xidmətdə olan zaman sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə tərəflərindən saxlanılmışdır. Lakin, sərnişin həyat yoldaşı olduğunu bildirərək sürücü xanıma yaxınlaşmağa imkan verməmişdir. Dəfələrlə xidmət aparmaqlarına mane olmaması üçün xəbərdarlıq edilməsinə baxmayaraq tabe olmamışdır. Beləliklə, əməliyyat qrupu dəvət olunmuş, lakin, sərnişin onların da qanuni tələblərinə tabe olmamışdır. Sərnişin avtopatrula əyləşdirilərək 8-ci Polis Bölməsinə aparılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlunun İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 13 mart 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 mart 2022-ci il tarixdə, saat 04:10 radələrində Səbail rayonu, Dənizkənarı bulvar yaxınlığında “Mersedes” markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizliy kəmərindən istifadə etmədiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, sənədlərin təqdim edilməsi bildirildikdə avtomobildə sərnişin kimi əyləşən Şəxs sürücünün şəxsiyyətini müəyyən etməyə mane olaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddədə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi, onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, məsuliyyəti ağırlaşdıran halın və yüngülləşirən halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də öz hərəkətləri ilə xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirməsini, polisin nizam-intizamla bağlı digər qanuni tələblərinə əməl etməyib, polisin iş fəaliyyətini pozmasını, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətlidir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan AZ 007495 saylı, 13 mart 2022-ci il tarixli İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 13 mart 2022-ci il tarixdə saat 05:00 radələrində tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. O dərhal məhkəmə iclasından azad edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar