Məhkəmə qərarları › İş №3(009)-569/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-569/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-569/2022 12.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən "xxxx" MMC-nin barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-0456/22 saylı, 11 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanında Çin Xalq Respublikasının “X3 Co.LTD” şirkətindən 16A90110/16A90210 nömrə nişanlı yük avtomaşınında 21091105 saylı, 11.12.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********0905 sorğu nömrəli 09 fevral 2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” saylı kod altında 5% gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədi ilə X5 İdarəsinə 1400-012/002- 25/000923 saylı 10.02.2022-ci il tarixli məktubla müraciət olunmuşdur. X5 İdarəsindən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 2200-017/004-25/000827 saylı 12 fevral 2022-ci il tarixli ekspert rəyinə əsasən sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına 21091105 nömrəli 11.12.2021-ci il tarixli invoys üzrə idxal olunan “X7 Cable Connector” adlı qara metaldan məmulatlar XİFMN-ə görə ********** gömrük rüsumuna cəlb edilməli olduğu müəyyən edilmişdir. Mərkəzi Gömrük İdarəsinin rəyinə əsasən 21091105 nömrəli 11 dekabr 2021-ci il tarixli invoys sənədinin 1-ci mövqeyi üzrə idxal edilən malların "xxxx" MMC tərəfindən **********0905 sorğu nömrəli 09 fevral 2022-ci il tarixli gömrük bəyannaməsində bəyan edilən XİFMN üzrə ********** kod altında deyil, XİFMN üzrə ********** kod altında sinifləşdirildiyi təqdirdə "xxxx" MMC-nin idxal gömrük rüsumu üzrə 1876,80 manat, ƏDV üzrə 337,82 manat, elektron gömrük xidməti haqqı üzrə 60,00 manat, elektron gömrük xidməti üzrə ƏDV məbləği 10.80 manat olmaqla ümumilikdə 2285,42 manat məbləğində əlavə gömrük ödənişlərinə cəlb edilməli olduğu müəyyən edilmişdir. Beləliklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC **********0905 sorğu nömrəli 09 fevral 2022-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 2285,42 (iki min iki yüz səksək beş manat qırx iki qəpik) manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bundan əvvəl **********3116 sorğu nömrəli 30.10.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə 21,31 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə ilə 24 dekabr 2021-ci il tarixdə 00100- 2400/21 saylı iş üzrə icraat başlanılmışdır. İlk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs "xxxx" MMC barəsində 00100-2400/21 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən 00100/2339 nömrəli 29 noyabr 2021-ci il tarixli Qərarla xitam verilmişdir. Beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X2 "xxxx" MMC-nin barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. “Gömrük Tarifi haqqında” Qanunun 12-ci maddəsində Gömrük dəyərinin müəyyən edilməsi üsulları kimi 6 üsul göstərilmişdir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri malların sövdələşmə qiyməti ilə, eyni malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti ilə, dəyərin çıxılması üsulu ilə, dəyərin toplanması üsulu ilə və ehtiyat üsulu ilə müəyyən edilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, inzibati xəta ilə bağlı araşdırmı düzgün aparılmış, “Gömrük Tarifi haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki "xxxx" MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkibi var və ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizi məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib ödənilməli olan 2285,42 (iki min iki yüz səksək beş manat qırx iki qəpik) manat gömrük ödənişlərinin yetmiş faizi məbləğində, yəni 1599,79 (bir min beş yüz doxsan doqquz manat yetmiş doqquz qəpik) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar