Məhkəmə qərarları › İş №3(009)-57/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-57/2022

07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-57/2022 07.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 23 dekabr 2021-ci il tarixli 00100-2474/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Çin Xalq Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına 74A25910/74A26010 nömrəli yük nəqliyyat vasitəsində, SLLU4842569 nömrəli konteynerlə, CR21047 nömrəli 16.10.2021-ci il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********3942 sorğu nömrəli 29.11.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə 02,12,2021ci il tarixdə BBGİ-nin İpək Yolu gömrük terminalında baxış keçirilən zaman gömrük bəyannaməsinin 3-cü mal mövgeyində bəyan edilmiş 720000 ədəd “5 rnl şprislər” yüklərinin faktiki olaraq 724800 ədəd olduğu, yəni 4800 ədəd üzərində “İNJEKT 5 ml" sözləri yazılmış şprislərin artıq olduğu aşkar edilmişdir. Araşdırma zamanı inzibati xətanın bilavasitə obyekti olan 4800 ədəd üzərində “İNJEKT 5 ml” sözləri yazılmış şprislərin hər birinin ayrı-ayrılıqda və ümumilikdə 29.11,2021-ci il tarixə orta bazar qiymətinin öyrənilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından “əmtəəşünaslıq” ekspertizasının təyin edilməsi haqqında qərardada əsasən 1400-013/006-22/008746 nömrəli 06.12.2021-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmiş, həmin Mərkəzin 9/8782 nömrəli 17.12.2021-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində “İNJEKT 5 ml” markalanma göstəriciləri olan birdəfəlik tibbi şprisin 29.11,2021-ci il tarixə orta bazar qiymətinin təxminən 0,15 manat, ümumilikdə 4800 ədədinin orta bazar giymətinin isə 720,00 manat olduğu müəyyən edilmişdir. Beləliklə, ümumilikdə orta bazar qiyməti 720,00 manat olan 4800 ədəd tibbi şprislər yüklərinin gömrük ərazisinə düzgün bəyan edilməməklə gətirilməsi faktına görə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/024/031354 saylı 02,12.2021-ci il tarixli raport, 02.12.2021-ciil tarixli yoxlama hagqında protokol, **********3942 sorğu nömrəli 29.11,2021-ci il tarixli gömrük bəyannəməsi, CR21047 nömrəli 16.10.2021-ci il tarixli invoys sənədi, 9/8782 nömrəli 17.12.2021-ci il tarixli ekspert rəyi, Şəxs MMC-nin etibarnamə ilə səlahiyyətli nümayəndəsi olan X2 izahatı və işdə olan digər sənədlərlə tam təsdiq edilir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2cimaddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, 02.12.2021-ci il tarixində Çin Xalq Respublikasından Alfa-N Company” MMC-nin ünvanına 74A25910/74A26010 nömrəli avtomaşınla, CR21047 saylı 16.10.2021 tarixli invoysla daxil olmuş və BBGİ-də **********3942 saylı 29.11.2021 tarixli GB ilə bəyan olunan yüklərə gömrük yoxlaması keçirilən zamanı 3-cü "al mövqeyində şpristlər-5ml 300 yer, 720000 ədəd bəyan olunduğu halda 302 yer, "24800 ədəd olduğu aşkar edilmişdir (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarına əlavə edilmiş 23 dekabr 2021-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, AZ1002, BAKİ ŞƏHƏRİ NİZAMİ RAYONU, RİZVAN TEYMUROV, ev 28 B, mənzil 13 ünvanda qeydiyyatda olan "xxxx" MMC -nin ünvanına 74A25910/74A26010 nömrə nişanlı avtomaşının üzərində olan SLLU4842569 nömrəli konteynerdə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********3942 saylı GB ilə bəyan edilmiş yer sayı 628 , brutto çəkisi 13416 kq olan yükə gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı, 74A25910/74A26010 nömrə nişanlı avtomaşının üzərində olan SLLU4842569 nömrəli konteynerdə daxil olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********3942 saylı GB-nin 3-cü mal mövqeyində şpristlər-5ml 300 yer, 720000 ədəd bəyan olunduğu halda 302 yer, 724800 ədəd olduğu aşkar edilmişdir İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə ilə səlahiyyətli nümayəndəsi olan X3 izahatından görünür ki, 15.12,2021-ci il tarixdə izahatı alınmış, o, “ALFA-N COMPANY" MMC-nin adına Çin Xalq Respublikasının “X4 Device Co., LTD” şirkətindən 74A25910/74A26010 nömrəli yük nəqliyyat vasitəsində, CR21047 nömrəli 16.10.2021-ci il tarixli invoys üzrə idxal edilmiş yüklərin Bakı Baş Gömrük İdarəsində **********3942 sorğu nömrəli 29.11.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edildiyini, sözügedən malların göndərən şirkətin təgdim etdiyi müşayiət sənədləri əsasında gömrük orqanına bəyan edildiyini, lakin, 02.12,2021-ci il tarixdə idxal etdikləri mallara ipək Yolu gömrük postunun ərazisində baxış keçirilən zaman gömrük bəyannaməsinin 3-cü mal mövgeyində bəyan edilmiş 720000 ədəd “5 ml şprislər” yüklərinin faktiki olaraq 724800 ədəd olduğu, yəni 4800 ədəd artıq olduğunun aşkar edildiyini, artıq aşkar edilmiş malların gömrük rəsmiləşdirilməsini araşdırmanın yekununda başa çatdırmaq niyyətində olduqlarını, gömrük qaydalarının pozulduğunu bildiklərini, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa hazır olduqlarını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli 9/8782 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd, üzərində “İNJEKT 5ml” markalanma göstəricisi olan birdəfəlik tibbi şprisin 29.11.2021-ci il tarixə orta bazar qiyməti təxminən 0,15 manat, 4800 ədədinin qiyməti isə 720,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.2-cimaddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117 və 482.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində, yəni 216 (iki yüz on altı) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar