Məhkəmə qərarları › İş №3(009)-57/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-57/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-57/2023 08.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 29 dekabr 2022-ci il tarixli 00100-2507/** EP ***6195 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, İran islam Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan “GLOBAL A PRO" MMC-nin adına 16D37710/16D37810 nömrəli yük nəqliyyat .as təsində, 56/7887 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük idarəsində **********9254 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəy a" edilmiş qurudulmuş üzüm (kişmiş) yüklərinə xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəs ~ sək Yolu gömrük postunda baxış keçirilən zaman gömrük bəyannaməsinin 1-ci mal mövqe'. rcə 4240 qutu, netto çəkisi 21000,00 kg kimi bəyan edilmiş gurudulmuş üzüm (kişmiş) yükünün 4279 qutu, netto çəkisinin 23650 kg olduğu, yəni faktiki olaraq nəqliyyat vasitəsində gömrük orqanına bəyan ediləndən 2650 kg artıq kişmiş yükünün olduğu aşkar edilmişdir. Araşdırma zamanı netto çəkisi 2650 kg olan qurudulmuş üzüm (kişmiş) yükünün hər birinin ayrı-ayrılıgda və ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiymətinin öyrənilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından “əmtəəşünaslıq” ekspertizasının təyin edilməsi haqqında qərardada əsasən 1400-013/006- 22/009240 nömrəli xx.xx.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmiş, həmin Mərkəzin 9/8565 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasə n ekspertiza tədqiqatına təqdim edilmiş 1 kg qurudulmuş üzüm (kişmiş) yükünün 14/1 2222-ci il tarixə orta bazar topdansatış qiymətinin 6,00 manat, ümumilikdə 2650 kgnın orta bazar qiymətinin isə 15900,00 manat olduğu müəyyən edilmişdir. Nəticədə”Global A Pro” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci və 482.2-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 16D37710/16D37810 nömrə nişanlı yük nəqliyyat vasitələri ilə 56/7887 nömrəli 12.11,2022-ci il tarixli invoys üzrə idxal edilmiş və BBGi-də **********9254 sorğu nömrəli GB-lər ilə bəyan edilmiş yükə gömrük yoxlaması həyata keçirən zaman GB-də bəyan edilən qurudulmuş üzüm(kişmiş) yükünün yer sayı 4240 qutu,brutto çəkinin 24000 kg.netto çəkinin 21000 kg bəyan olunmasına baxmayaraq yükün yer sayı 4279 qutu, brutto çəkmin 25068 kg netto çəkmin isə 23650 kg olduğu tərəfimdən aşk^r edilmişdir. İş materiallarına əlavə edilmiş 19 noyabr 2022-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, AZ1111 BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYONU, CAVAD XAN 2 MKR,ev26 mənzil 85 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına 16D37710/16D37810 nömrəli nəqliyyat vasitəsində daxil olmuş və Bakı Baş Gömrük idarəsində **********99254 saylı GB ilə bəyan edilmiş yer sayı 4240 qutu, brutto çəkisi 24000 kq netto çəkisi 21000 kg bəyan olunan yükə gömrük yoxlaması keçirildi. Yoxlama zamanı, 16D37710/16D37810 nömrəli nəqliyyat vasitəsində daxıl olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********99254 saylı GB-də bəyan edilən çəkilər şübhə doğurduğundan malların ayrı-ayrılıqda tərəzi çəkisi müəyyən edilmişdir yükün yer sayı 4240 qutu, brutto çəkmin 24000 kg. netto çəkinin 21000 kg bəyan olunmasına baxmayaraq yükün yer sayı 4279 qutu, brutto çəkinin 25068 kg netto çəkinin isə 23650 kg olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2022-ci il tarixli 9/8565 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 kq qurudulmuş üzümün (kişmiş) xx.xx.2022-ci il tarixə orta bazar topdan satış qiyməti təxminən 6,00 manat, 2650 kq-nın qiyməti isə 15900,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş,”Global A Pro” MMC-nin etibarnamə ilə nümayəndəsi olan X2 izahatında nümayəndəsi olduğu Şəxs MMC-nin adına İran islam Respublikasından 56/7887 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********9254 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə xx.xx.2022-ci il tarixdə BBGİ-nin İpək Yolu gömrük postunda baxış keçirilən zaman nəqliyyat vasitəsində gömrük orqanına bəyan ediləndən 2650 kg artıq kişmiş yükü olduğunun aşkar edildiyini, aşkar edilmiş 2650 kg artıq kişmiş yükünün göndərən şirkət tərəfindən yükləmə səhvinə görə artıq göndərildiyini, Şəxs MMC olaraq gömrük qaydalarının pozulduğunu bildiklərini, araşdırma başa açtdıqdan sonra aşkar edilmiş artıq kişmiş yükünün gömrük rəsmiləşdirilməsini başa çatdıracaqlarını bildirmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış”Global A Pro” MMC-nin nümayəndəsinin izahatı ilə”Global A Pro” MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117 və 482.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 60 (altmış) faizi məbləğində, yəni 9540 (doqquz min beş yüz qırx) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar