Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-570/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı Azərbaycan Respublikası DİN Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati material toplanılaraq baxılması üçün Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə tərtib olunmuş xx xxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və digər sənədlər düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Səadət sarayı yaxınlığında M.Muxtarov küçəsində olan bir həyətə girərək, oradan 1 neçə sakinə məxsus asılqandan asılmış paltarları götürərək həmin yerdən uzaqlaşmışdır. Azərbaycan Respublikası DİN Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən Şəxs barəsində ayrı-ayrı zərərçəkmiş şəxslərlə bağlı 3 ayrıca protokol tərtib edilməklə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-cü maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 61.5-cü maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində Şəxs barəsində inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin qeyd edilən tələblərinə əməl edilmədiyindən, təqdim edilmiş inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından, həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün olmadığından inzibati xəta haqqında protokol geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qalxdıqdan sonra inzibati orqanın yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış material Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə qaytarılsın. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-570/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-570/2021
03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver