Məhkəmə qərarları › İş №3(009)-575/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-575/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-575/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 26 fevral 2021-ci il tarixli 00100-0334/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, “İpək Yolu” gömrük postundan daxil olmuş 34/024/003916 saylı 11 fevral 2021-ci il tarixli raportda Şəxs MMC-nin ünvanına Özbəkistandan 30X264QA/300429AA nömrəli nəqliyyat vasitəsində 11Q nömrəli 21 yanvar 2021-ci il tarixli invoys üzrə idxal edilmiş və **********5851 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, 1-ci mal mövqeyində ümumi ver sayı 1826, netto çəki 9130 kq olmağla GB ilə uyğunluğ təşkil etdiyi, lakin kişmiş yükünün növləri düzgün göstərilmədiyi, yoxlama zamanı “Qolden” kişmiş 3-cü növ (153 qutu 765 kq), “Qolden” kişmiş 4-cü növ (56 gutu 280 kq), gəhvəyi kişmiş tumlu 2-ci növ (212 qutu 1060 kq), qara kişmiş 3-cü növ (231 qutu- 1155 kq), qara kişmiş 4-cü növü (183 qutu 915 kq) müəyyən edildiyi qeyd edilmişdir. Araşdırma zamanı Şəxs MMC-nin qanuni təmsilçisi X1 yüklərinin həmçinin 3-cü və 4-cü növlərinində dəyəri ayrı-ayrılıqda qeyd olunduğu invoys sənədini təhqiqat orqanına təqdim etmiş, malların bu cür olmasının səbəbini kişmiş yükünün içərisində az miqdarda digər növlərin olmasını vurğulamış, əlavə yaranmış gömrük ödənişini ödəməyə hazır olduğunu bildirmişdir. Şəxs MMC tərəfindən dəyəri 34076 ABŞ dolları göstərilən invoys sənədi nəzərə alındığı təqdirdə **********5851 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə gömrük ödənişlərinin yaranıb-varanmayacağı barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinin Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinə 34/013/004211 saylı 15 fevral 2021-ci il tarixli raportla sorğu verilmiş, alınmış 34/012/004246 saylı 15 fevral 2021-ci il tarixli cavab raportunda “xxxx” MMC tərəfindən dəyəri 34076 ABŞ dolları göstərilən invoys sənədi nəzərə alındığı təqdirdə, (06 fevral 2021-ci il tarixinə ABŞ dollarının manata olan məzənnəsini nəzərə alınmışdır) **********5851 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 909 manat əlavə dəyər vergisi yarandığı qeyd edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, 06 fevral 2021ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC **********5851 sorğu nömrəli gömrük bəyannaməsində Özbəkistandan 30X264QA/300429AA nömrəli nəqliyyat vasitəsində idxal etdiyi gurudulmuş üzüm yükünün növünü düzgün bəyan etməyərək ümumulikdə 909 manat əlavə dəyər vergisindən yayınmışdır. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş **********5851 sorğu nömrəli 06 fevral 2021-ci il tarixli Gömrük bəyannaməsi və elektron çıxarışlardan görünür ki, həmin Gömrük bəyannaməsi 06 fevral 2021-ci il tarixdə gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmiş, 08 fevral 2021-ci il tarixdə təsdiq edilərək buraxılışa verilmiş, 15 fevral 2021-ci il tarixdə bəyannamə sənəd məmuruna qaytarılmış, sənəd məmuru isə bəyannaməyə düzəliş edilməsi üçün deklaranta qaytarmış, daha sonra bəyannaməçi bəyannaməyə düzəliş edərək gömrük orqanına göndərmiş, həmin tarixdə gömrük bəyannaməsi bütün gömrük ödənişləri ödənildiyindən təsdig edilmiş və 16 fevral 2021-ci il tarixdə yük buraxılışa verilmişdir. Qeyd olunmalıdır ki, 2020-ci ilin dekabr ayında İran İslam Respublikasından Şəxs MMC-nin ünvanına 31B91310/31B91410 nömrəli avtomaşınla daxil olmuş şokolod yükünü **********4817 sorğu nömrəli 16.09.2020-ci il tarixli gömrük bəyannaməsi ilə karamel kimi bəyan etməklə cəmi (1822,53 manat gömrük ödənişlərindən yayınmış, Şəxs MMC tərəfindən ümumilikdə 1822,53 AZN əlavə gömrük ödənişlərinin ödənildiyindən və belə bir əməli ilk dəfə törətdiyindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüguqi şəxs Şəxs MMC barəsində inzibati xəta haqgında iş üzrə icraatın başlanılması vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlagədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və inzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam edilmişdir. Belə ki, adı qeyd olunan MMC İXM-nin 505-ci maddəsində cari ildə təkrar olaraq törətdiyi müəyyən edilir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “xxxx” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, “İpək Yolu” gömrük postundan daxil olmuş 34/024/003916 saylı 11 fevral 2021-ci il tarixli raportda Şəxs MMC-nin ünvanına Özbəkistandan 30X264QA/300429AA nömrəli nəqliyyat vasitəsində 11Q nömrəli 21y anvar 2021-ci il tarixli invoys üzrə idxal edilmiş və **********5851 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, 1-ci mal mövqeyində ümumi yer sayı 1826, netto çəki 9130 kq olmaqla GB ilə uyğunluq təşkil etdiyi, lakin kişmiş yükünün növləri düzgün göstərilmədiyi, yoxlama zamanı “Qolden” kişmiş 3-cü növ (153 qutu 765 kq), “Qolden” kişmiş 4-cü növ (56 qutu 280 kq), qəhvəyi kişmiş tumlu 2-ci növ (212 qutu 1060 kq), qara kişmiş 3-cü növ (231 qutu- 1155 kq), qara kişmiş 4-cü növü (183 qutu 915 kq) müəyyən edildiyi qeyd edilmişdir. Araşdırma zamanı Şəxs MMC-nin nümayəndəsi kişmiş yüklərinin həmçinin 3-cü və 4-cü növlərinində dəyəri ayrı-ayrılıqda qeyd oluunduğu invoys sənədini təhqiqat orqanına təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına Özbəkistandan 30X264QA/300429AA nömrəli nəqliyyat vasitəsində 11Q nömrəli 21 yanvar 2021-ci il tarixli invoys üzrə idxal edilmiş və **********5851 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, 1 -ci mal mövqeyində ümumi yer sayı 1826, netto çəki 9130 kq olmaqla GB ilə uyğunluq təşkil etdiyi, lakin kişmiş yükünün növləri düzgün göstərilmədiyi, yoxlama zamanı “Qolden” kişmiş 3-cü növ (153 qutu 765 kq), “Qolden” kişmiş 4-cü növ (56 qutu 280 kq), qəhvəyi kişmiş tumlu 2-ci növ (212 qutu 1060 kq), qara kişmiş 3-cü növ (231 qutu- 1155 kq), qara kişmiş 4-cü növü (183 qutu 915 kq) müəyyən edildiyi qeyd edilmişdir. Şəxs MMC tərəfindən dəyəri 34076 ABŞ dolları göstərilən invoys sənədi nəzərə alındığı təqdirdə, 06 fevral 2021-c il tarixinə ABŞ dolların manata olan məzənnəsini nəzərə alaraq gömrük ödənişlərində yaranan fərq 909 manat əlavə dəyər vergisi təşkil edəcəkdir. İş materiallarında olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında 16 dekabr 2020-ci il tarixli 00100/2616 saylı Qərardan görünür ki, “xxxx” MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi ilə 00100-2478/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, “xxxx” MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 %-i məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 636.30 (altı yüz otuz altı manat otuz qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar