Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-578/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X1 iştirakı ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 24953355 nömrəli inzibati tənbehvermə barədə qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 24953355 nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 marka modelli **-NQ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2024-cü il tarixində 3653 qeydiyyat nömrəli etibarnamə ilə mənə etibar edilib. xx.xx.2024-cü il tarixində "ASAN ödəniş" kabinetimə həmin avtomobillə xx.xx.2024-cü il tarixində Bakı şəhəri, İstiqlaliyyət küçəsində "Giriş qadağandır" yol nişanının tələblərinin pozduğuma görə EQ 24953355 nömrəli elektron qərar çıxarılması və cərimə tətbiq edilməsi ilə bağlı məlumat daxil olub. Həmin elektron qərardan xx.xx.2024-cü il tarixində ASAN Pay saytından şikayət etsəm də şikayətimə baxılmamış, daha sonra Səbail rayon məhkəməsinə etdiyim şikayət məhkəmə tərəfindən araşdırılmış və 3(009)-166/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərar verilmişdir. Qərarda qeyd olunmuşdur ki, EQ24953355 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 08 dekabr 2024-cü il tarixli qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPİ-nin X8 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərarın surətinin rəsmi qaydada verilmə tarixi xx.xx.2025- ci ildir. Məhkəmə yuxarıdakı məzmunda qərara verməsinə baxmayaraq X8 İdarəsi məni qanunsuz olaraq Polis idarəsinə dəvət etmiş, orada öz əsassız iddiaları ilə həmin qərarı əsaslandırmağa çalışmış, məhkəmənin ləğv qərarının onlar üçün əhəmiyyətsiz olduğunu bildirmiş və qərarı ləğv edib yenidən eyni məzmun tarix və formada eyni qərarı yeni protokolla mənə tətbiq etmişdir (mahiyət etibarı ilə qərarı icra etməmiş eyni formada saxlamışdır). Qeyd etdiyim kimi yeni tətbiq olunan EQ 24953355 nömrəli protokolda İnzibati xətanın törədildiyi tarix: xx.xx.2024 İnzibati xətanın törədildiyi yer:İstiqlaliyyət Azərbaycan ts1- 042 xx.xx.2024 11:50 Protokolun tərtib edilmə tarixi: xx.xx.2025 Qərarın tarixi: xx.xx.2025 Kabinetə yerləşdirmə tarixi: xx.xx.2025 kimi qeyd edilmişdir. Yol polisinin bu özbaşınalığından, məhkəmənin ləğv qərarını heçə saymasından (faktiki ləğv edib eyni qərarı yenidən çıxarması), bu işə baxan polis əməkdaşları və digər işçilərin hüquqi savadsızlığından şikayətçiyəm. Onlar bu qərarın rəsmi formada verilmə tarixindən 10 gün müddətində apellyasiya şikayəti verə bilmə imkanları olduğu halda müddəti təzələyib yenidən mənim barəmdə eyni məzmunda qərar çıxarırlar. Bu hərəkətlər həm məhkəməyə həm də vətəndaşa qarşı hörmətsizlikdir. Çünki məhkəmə eyni məzmunda işə baxıb eyni qərarı çıxarıb. Qərarla bağlı etiraz varsa bu apellyasiya mərhələsində həll edilməlidir. Bu cür üsullarla yol polisi həm məhkəmənin iş yükünü artırır həm də vətəndaşın zamanını boşa xərcləməsinə gətirir çıxarır. Elektron qərarla bağlı ilkin şikayətimdə bildirdiyim kimi, elektron kabinetdə inzibati xətanın törədildiyi yer və vaxt "İstiqlaliyyət Azərbaycan ts1-042 xx.xx.2024 11:50" qeyd olunub. Elektron kabinetə yerləşdirilən şəkillərdən də göründüyü kimi, Giriş qadağandır nişanı ilə birlikdə nişanın əhatə dairəsini məhdudlaşdıran avtobus nişanı qoyulmuşdur. Lakin Yol hərəkəti haqqında qanuna zidd olaraq avtobus nişanının altında "istisna” sözü yazılmışdır. Yol hərəkəti haqqına qanunda avtobus nişanı üzərində istisna yazılması və ya istisnalı avtobus nişanının təsviri öz əksini tapmamışdır. Həmçinin nişanın üzərində Azərbaycan dilində "istisna" sözünün yazılması standartlara ziddir. Çünki Azərbaycan ərazisində əcnəbilərin nəqliyyat vasitəsini idarə etmək hüququnun olduğunu nəzərə alsaq, əcnəbinin Azərbaycan dilində yazılmış bu ifadəni başa düşməsini gözləmək məntiqli deyil. Eyni zamandan həmin yolayırıcından əvvəl qeyd olunan tarixdə (indi silinmiş də ola bilər) yerdə 1.18 nişanlanma xəttinə görə düzünə hərəkətə icazə verilir. Giriş qadağandır nişanla isə düzünə hərəkətin qadağan olunduğu iddia olunur. Nişanla nişanlanma xətti arasında ziddiyyət və ya uyğunsuzluq Yol hərəkəti haqqında qanuna əsasən yolverilməzdir. Bu sürücüdə çaşqınlıq yaradır. Yuxarıda qeyd etdiklərimə görə həm inzibati xəta haqqında məlumatın elektron kabinetə 24 saat müddətindən gec (4 ay sonra) əlavə edilməsi, həm də istinad edilən yol nişanının yol hərəkəti qanunvericiliyinə uyğun olmaması səbəbindən inzibati xəta haqqında elektron qərarın, cərimə və cərimə ballarının ləğv edilməsi barədə, həmçinin müvafiq qərarla bağlı qanuna uyğun olmayan hərəkətlər etmiş (süründürməçilik, məhkəmənin iş yükünün artırılması, vətəndaşa əlavə xərc yaratma, qanuni formada qərardan şikayət etmə əvəzinə pərdələnmiş formada eyni qərarı yenidən tətbiq etmə) əməkdaşlar barəsində qanunamüvafiq qərar vermənizi ehtiyac yaranarsa qanunsuz hərəkətlərdən olan şikayətimi əlavə icraat kimi qəbul etməyinizi Sizdən xahiş edirəm. Həmçinin bildirirəm ki, ailə vəziyyətim ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədən Türkiyə Respublikasında olmağımla bağlı məhkəmə iclaslarında iştirakım mümkünsüz olur. İclas təyin olunarkən Azərbaycanda olmağımı və iclasda iştirak etməyimi nəzərə alınması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X2 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2025-ci il tarixdə olan məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini və iclasın iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 24953355 nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə saat 06:23-də İstiqlaliyyət küçəsi ərazisində “X6” markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “X6” markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 3.1 “Giriş qadağandır” yol nişanının olmasına baxmayaraq həmin yol nişanının tələbini pozaraq hərəkət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X4 xx.xx.2024-cü il tarixdə saat 06:23-də İstiqlaliyyət küçəsi ərazisində “X6” markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 24953355 nömrəli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X3 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - bir yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin İİİ bəndinə əsasən hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X3 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 24953355 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 avtomobili İstiqlaliyyət küçəsi ərazisində “X6” markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozaraq hərəkət etmişdir. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 24953355 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X3 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 24953355 nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-578/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-578/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver