Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-582/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, Səbail RPİ-nin 39-cu PB-nin sahə rəisi, polis mayoru Qabil Kərimovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Səbail RPİ-nin 39-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polisi İdarəsinin 39-cu X2 Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan 05 mart 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17.12.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 25 dekabr 2020-ci il tarixli qərardan görünür ki, vətəndaş X1 ərizəsi ilə əlaqədar toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında iş materiallarından görünür ki, 17.12.2020-ci il tarixdə vətəndaş X3 39-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Səbail rayonu, Xəqani küçəsi, 34-də yerləşən “Rs Baku” kafesində instagram səhifəsini satmaq məqsədilə tanışı Şəxs ondan 350 azn götürərək ona qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail PB-nin 39-cu polis bölməsinin sahə inspektoru, polis mayoru Qabil Kərimov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, ortaq dostları vasitəsi ilə “İnstaqram” sosial şəbəkəsində Anar adlı şəxslə tanış olmuş və Anar səhifə almaq istədiyini bildirmişdir. O, Anara sosial şəbəkədə səhifəsinin olduğunu, həmin səhifəni satdığını bildirmişdir. X5 rayonu, Xəqani küçəsində yerləşən “Rs Baku” kafesində görüşüb, dörd nəfər şəxsin yanında 350 manata səhifəni Anara satmış və səhifə haqqında Anarı məlumatlandırmış, səhifədəki fotoşəkilləri arxivləməyini, əlavə proqram qoşmamağı, fotoşəkilləri silməməyini ona demişdir. Səhifəni Anara satdıqdan təxminən 5-6 saat sonra Anar onun dediklərinin əksini etdiyi üçün səhifə bağlanmışdır. O, Anara instaqram səhifəsinin onun öz səhlənkarlığı nəticəsində bağlandığını bildirmiş və səhifənin açılması ilə bağlı bir neçə mütəxəssis dəvət etməsinə baxmayaraq, Anar həmin şəxslərə deyil, öz tanışlarına müraciət etmiş, sonda isə səhifə açılmamışdır. Onun Anara qarşı hərəkətlərində hər hansı dələduzluq əməlləri və niyyəti olmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 bildirdi ki, o, “İnstaqram” sosial şəbəkəsində Azər adlı şəxslə tanış olmuş və ondan “İnstaqram” sosial şəbəkəsində səhifə satıb satmadığını soruşmuşdur. Azər ona “jiqalota” səhifəsini satdığını bildirmişdir. O, Azərlə Səbail rayonu, Xəqani küçəsində yerləşən “Rs Baku” kafesində görüşərək, ona səhifə üçün 350 manat pul vermiş, Azər ona səhifənin şifrəsini verərək, artıq istifadə edə biləcəyini demişdir. Azərdən səhifəni aldıqdan 2 saat sonra oradakı şəkilləri siləndə səhifə bağlanmışdır. Halbuki Azər ona təmiz səhifə satmalı idi. O, səhifənin bağlandığı barədə Azərə bildirmiş və Azər onu səhifənin açılmasında köməklik göstərəcək şəxsə yönləndirmişdir. Sonra o, Ayxan adlı şəxsə müraciət etmiş, Ayxan ona bildirmişdir ki, “İnstaqram” sosial şəbəkəsində səhifəyə ismarıc gəlmişdir ki, “səhifə satılır” sözünə görə həmin səhifə bağlanmışdır. Bundan sonra o, Azərə müraciət edərək, səhifə üçün ödədiyi 350 manat pulunu ondan tələb etmişdir. Azər ona təqsirinin olmadığını bildirib, pulu qaytarmaqdan imtina etmişdir. Hesab edir ki, Azər ona təmiz səhifə satmamaqla ona qarşı dələduzluq etmişdir. Ona dəymiş ziyan ödənilmədiyi üçün Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, Şəxs təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə düzgün tövsif olunmaqla o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi var. Qeyd olunan maddənin tələbini, inzibati işin hallarını, inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi var və onun barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər HAKİM Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-582/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-582/2021
05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver