Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-583/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X5 oğlunun Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru, X4 tərəfindən tərtib edilmiş İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X5 oğlu Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru, X4 tərəfindən tərtib edilmiş İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət nəzərdən keçirilərkən müəyyən olundu ki, X3 xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru, X4 tərəfindən İXP ******* saylı protokol tərtib edilmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətə mübahisələndirilən qərar əlavə edilməmişdir. Həmin qərarın şikayətə əlavə olunması zəruridir, çünki məhkəmədə baxılan işin predmeti məhz mübahisələndirilən qərardır. Həmin qərarda işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXMin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü və sairə kimi məlumatlar əksini tapır. Mübahisələndirilən qərarın qanuniliyinin yoxlanması məhz qeyd olunan məlumatlar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən, Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə mübahisələndirilən qərar əlavə edilmədiyindən geri qaytarılmalı və X5 oğluna göstərilən nöqsanları aradan qaldırdıqdan sonra qanunla müəyyən edilmiş müddətdə təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118, 128-129-cu, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X5 oğlunun Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru, X4 tərəfindən tərtib edilmiş İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli qərarından verdiyi şikayət geri qaytarılsın. X5 oğluna izah edilsin ki, inzibati tənbeh vermə haqqında qərarı əlavə etməklə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə yenidən müraciət etmək hüququ var. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-583/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-583/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver