Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-589/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş üzrə icraata xitam verililməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər idarəsi tərəfindən Səbail Bələdiyyəsinin sədri kimi onun barəsində xx xxxxxx 2019-cu il tarixində Azərbaycan Respublikası İXM-nin 541 və 253.3.1-ci maddəsi ilə MN0353552 nömrəli inzibati protokol tərtib edilmiş və onun əsasında da xx xxxxxx 2020-ci il tarixdə MN ******* saylı qərar qəbul edilərək cərimə olunmuşdur. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası inzibati xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, vəzifəli şəxs kimi Səbail Bələdiyyəsinin sədri X2 barəsində tərtib edilmiş inzibati protokol və qərar onun və ya səlahiyyətli nümayəndəsinin iştirakı olmadan tərtib edilmişdir. Sorğuda nümayəndənin 5 gün müddətinə 11 X6 və Təbii Sərvətlər idarəsində olması tələb olunsa da, xx xxxxxx 2019-cu ildə yazılmış sorğu Səbail Bələdiyyəsinə xx xxxxxx 2020-ci ildə daxil olaraq, qeydiyyata alınmışdır. Bundan başqa, cavabdeh təşkilatın əməkdaşları hər gün Səbail rayon ərazisində Səbail Bələdiyyəsi qulluqçuları ilə birgə əməkdaşlıq etməklərinə baxmayaraq, bu barədə heç kimi məlumatlandırmamışlar. Digər tərəfdən Səbail rayon ərazisində yerləşən “Fəhlə Əli” parkında, əsaslı təmir və yenidənqurma işlərinin aparılmasına başlanılarkən, Səbail Bələdiyyəsi sədrinin imzası ilə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat birliyinə və 11 X6 və Təbii Sərvətlər idarəsinə ağacların budanması ilə bağlı müraciət olunsa da, sonuncu təşkilat budanmada iştirak etməmişdir. Sözügedən tut ağacının köçürülməsi şifahi olaraq, Səbail Bələdiyyəsinə təklif olunmuşdur. Səbail bələdiyyəsi bu ağacın köçürülməsini təmin etmişdir. Köçürülmədə iştirak etmək üçün 11 X6 və Təbii Sərvətlər idarəsinin əməkdaşları şifahi olaraq dəvət edilsə də, onlar köçürülmədə iştirak etməmişlər. Arif İsmayılov küçəsi 14 ünvanına köçürülmüş ağacın fotoşəkili iddia ərizəsinə əlavə olunmuşdur. Heç bir ağacın kəsilməsi faktı olmamışdır və bu barədə inzibati orqan özü əsassız və qanunsuz olaraq bu qənaətə gələrək bələdiyyə sədri haqqında belə bir qərar qəbul etmişdir. Bundan başqa inzibati protokol və qərar qəbul edilərkən belə inzibati qanunvericiliyin tələbləri pozulmuş və lazimi qaydada barəsində inzibati iş aparılan şəxs məlumatlandırılmamışdır. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 3(009)-756/2020 saylı qərarı ilə X1 şikayəti təmin edilmiş, xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilmiş, X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-831/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 3(009)-756/2020 saylı qərar ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(009)-756/2020 saylı qərarı ilə xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-1622/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 3(009)-756/2020 saylı qərar ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə X1 şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər idarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəmisinin xx xxxxxx 2020-ci il tarixli 3(009)- 756/2020 saylı qərarının ləğv edilməsi və 11 X6 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan həmçinin X2 apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, şikayətin təmin edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-210/2021 saylı qərarı ilə Apellyasiya şikayətləri qismən təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında işin baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinə göndərilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılıb araşdırılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsinə uyğun izahat verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştiakçısını dinləyib, iş materiallarınə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza idarəsinin rəisi Bilal Dadaşov tərəfindən 11 X6 və Təbii Sərvətlər idarəsinə ünvanlanan xx xxxxxxxx 2019-cu il tarixli, 22/2555 saylı məktubdan görünür ki, sözügedən parkın ərazisində kök boğazından əyri (yerə paralel, torpaq qatı ilə təmasda) inkişaf etmiş, əksər hissəsi qurumuş 1 ədəd iydə (d=28- 32sm, h=5-7m) ağacının parkın yeni yaşıllıq planına və estetik görünüşünə uyğun olmadığını nəzərə alaraq götürülməsinə, yenidənqurma işlərinə maneə yaradan 1 ədəd Tut (d=24sm, h=5-6m) ağacının, 2 ədəd Dekorativ gül və 1 ədəd Nar kolunun cinslərinə uyğun aqrotexniki qaydada budanması şərti ilə əvvəlcədən müəyyən edilərək əkin üçün hazırlanmış münbit ərazilərə köçürülməsinə etiraz etmir. Götürülən hər bir yaşıllığın əvəzinə parkın ərazisində həmişəyaşıl cinslərdən yeni ağacların əkilməsi mütləqdir. Yaşıllıqların götürülməsi (köçürülməsi) zamanı ETSNİ-nin X4 Departamentinin 11 X6 və təbii sərvətlər idarəsinin nəzarəti mütləq təmin edilməlidir (i/v 8). İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, 11 X6 və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən “Fəhlə əlləri” abidəsinin yerləşdiyi parka xx xxxxxx 2019-cu il tarixdə baxış keçirilərkən 2 ədəd dekorativ gül kollarının köçürüldüyü, 1 ədəd tut ağacının və 1 ədəd nar kolunun köçürülməsinin təmin edilmədiyi, yenidənqurma işləri zamanı həmin ağacların məhv edildiyi müəyyən edilmişdir (i/v 57). İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Səmədağa Aslanov tərəfindən xx xxxxxx 2019-cu il tarixdə “Fəhlə əlləri” abidəsinin yerləşdiyi parkda müvafiq icra hakimiyyətinin tələbləri yerinə yetirilməyərək ağac və kol bitkiləri məhv edilmişdir. Protokol tərtib olunarkən Səmədağa Aslanov izahat verməkdən imtina etmişdir (i/v 17). İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Səbail Bələdiyyəsi SB/SA-5/354 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza idarəsinin xx xxxxxxxx 2019-cu il tarixli, 22/2555 saylı məktubu icra olunması üçün Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinə göndərilmiş, məktubda yaşıllıqların götürülməsi (köçürülməsi) zamanı ETSNİ-nin X4 Departamentinin 11 X6 və təbii sərvətlər idarəsinin nəzarətinin mütləq təmin edilməli olduğu qeyd edilmişdir (i/v 9). Şikayət ərizəsinin məzmundan və şikayətçi X1 məhkəmə iclası zamanı verdiyi izahatından aydın olur ki, Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat birliyinə və 11 X6 və Təbii Sərvətlər idarəsinə təmir işlərinin aparılmasında, ağacların köçürülməsində, budanmasında iştirak etməkləri üçün dəvət olunması ilə bağlı müraciət edilmiş, lakin, aidiyyəti təşkilatlar öz nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən müvafiq dövlət orqanlarının ağacların köçürülməsinə, budanmasında iştirak və nəzarət etməməsi Bakı şəhəri Səbail Rayon Bələdiyyəsinə (vəzifə şəxsə) ağacların köçürülməsi, budanması, habelə onların məhv edilməsi səlahiyyəti vermir. Göründüyü kimi iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən Səbail Bələdiyyəsinə yaşıllıqların götürülməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərinə əməl edilməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Departamentinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin nəzarətinin təmin edilməsi bildirilsə də buna əməl edilməmişdr. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Departamentinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Departamentinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-589/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-589/2021
01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver