Məhkəmə qərarları › İş №3(009)-589/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-589/2022

16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-589/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis leytenantı X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən X3 barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 16 mart 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 15.03.2022-ci il tarixdə saat 18:00 radələrində Səbail rayonu, Lermontov küçəsində yol polis xidməti inspektorunun qanuni tələblərinə tabe olmayaraq özünü təqdim etməkdən imtina etmişdir. İş materiallarında olan inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN seriyalı, ******* saylı 16.03.2022-ci il tarixli qərardaddan görünür ki, X1.Res. İXM-nin 535.1-ci maddəsinin tələblərini pozduğuna görə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri BPİ-ın DYPİ-in YPX Alayının MEB-in İ tağımının polis baş serjantı YPX inspektoru X4 tərtib etdiyi 614 saylı 15.03.2022-ci il tarixli raportda qeyd etmişdir ki, 15.03.2022-ci il tarixdə Lermontov küçəsinə xidmətə təyin olunmuşdur. Təxminən saat 18:00 radələrində 99TE451 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü dayanma qaydasını pozduğu üçün yaxınlaşıb ona xəbərdarlıq edib nəqliyyat vasitəsini götürməyi bildirmişdir. Sürücü nəqliyyat vasitəsini 10 metr qarşıya sürüb digər nəqliyyat vasitəsinin qarşısında saxlayıb yenidən qaydanı pozmuşdur. O, yaxınlaşıb özünü təqdim edib hüquq və vəzifələrini izah edib sənədlərini təqdim etməyi xahiş etmişdir. Sürücü qayda pozmadığını bildirmişdir. O, həmin vaxt hərəkət edən digər YPX əməkdaşını çağırıb sürücüyə qayda pozuntusunun izah olunmasını xahiş etmişdir. YPX inspektoru izah etsə də sürücü nə sənədlərini nə də ki özünü təqdim etməkdən imtina etmişdir. O, ərazidə xidmət aparan 99AP638 dövlət qeyiyyat nişanlı avtopatrulu görüb köməyə çağırmışdır. Polis əməkdaşlarının köməyi ilə sürücü 9–cu polis bölməsinə gətirilmişdir. Polis Bölməsində sürücünün X6 olduğu müəyyən olmuşdur. İş materiallarına əlavə edilmiş Səbail RPİ-nin PPXB-nın polis nəfərləri İ.Məmmədov, E.Mirzəliyev, M.Bağırov E.B.Qasımovun tərtib etdiyi 614 saylı raportda qeyd etmişdir ki, 15.03.2022-ci il tarixdə saat 18:10 radələrində Axundov bağı ətrafında xidmət apararkən Lermontov küçəsi, 40 A ünvanında Bakı şəhəri YPX-nin “Escort 55” çağırışlı əməkdaşına köməklik məqsədi ilə yaxınlaşmışlar. Bir nəfər sürücü ona heç bir sənəd təqdim etmirdi. Həmin sürücüyə yaxınlaşıb, özünü təqdim edib sənədlərini təqdim etməsini xahiş etmişlər. Lakin, sürücü heç bir sənəd təqdim etmədiyi üçün həmin sürücü ilə “Escort 55”lə ərazi üzrə 9-cu Polis Bölməsinə yaxınlaşmışlar. Bölmədə 99TE451 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü özünü X2 təqdim etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 15 mart 2022-ci il tarixli, AZA 015889 nömrəli protokoldan görünür ki, X6 15.03.2022-ci il tarixdə, saat 18:25-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 15.03.2022-ci il tarixli iltizamdan görünür ki, X6 Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsindən buraxılmış və 16.03.2022-ci il tarixdə, saat 09:00da polis bölməsinə yaxınlaşacağına söz vermişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis leytenantı X9 izahatında göstərmişdir ki, Bakı şəhəri BPİ-ın DYPİ-in YPX Alayının MEB-in İ tağımının polis baş serjantı YPX inspektoru X8 15.03.2022-ci il tarixdə Lermontov küçəsində xidmətdə olarkən saat 18:00 radələrində 99TE451 dövlət qeydiyyat nişanlı Hyundai markalı nəqliyyat vasitəsinin sürücüsü dayanma qaydasını pozduğu üçün ona yaxınlaşıb xəbərdarlıq etmişdir və nəqliyyat vasitəsini götürməyi xahiş etmişdir. Sürücü nəqliyyat vasitəsini qarşıya sürüb digər nəqliyyat qarşısında saxlayıb yenidən qaydanı pozmuşdur. Lakin, sürücü qayda pozmadığını bildirmişdir, şəxsiyyətini təsdiq edən sənədi və özünü təqdim etməkdən imtina etmişdir. Polis əməkdaşları tərəfindən sürücü 9–cu polis bölməsinə gətirilmişdir. Polis Bölməsində sürücünün X6 olduğu müəyyən olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 15.03.2022-ci il tarixdə saat 18:10 radələrində Lermontov küçəsində dayanma qadağan olunan yerdə özünə məxsus “Hyundai Accent” markalı 99TE451 dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. YPX əməkdaşı ona yaxınlaşıb iradını bildirmişdir. O avtomoilini 10 metr irəliyə sürüb saxlamışdır. Bu zaman YPX əməkdaşı yaxınlaşıb ondan sənədlərini təqdim etməyi istəmişdir. O isə avtomobilin öz adına olduğunu və elektron sistemdən kimliyinin müəyyən edilə biləcəyini bildirərək özünü təqdim etməkdən və sənədlərini verməkdən imtina etmişdir. Əməlindən peşman olduğunu bildirərək ona yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 bildirmişdir ki, Səbail RPİ-nin PPXB-nın polis nəfəri vəzifəsində işləyir. 15.03.2022-ci il tarixdə saat 18:10 radələrində Axundov bağı ətrafında İ.Məmmədov və M.Bağırov ilə xidmət apararkən Lermontov küçəsi, 40 A ünvanında Bakı şəhəri YPX-nin “Escort 55” çağırışlı əməkdaşına köməklik məqsədi ilə onlara yaxınlaşmışlar. Bir nəfər sürücü ona heç bir sənəd təqdim etmirdi. Həmin sürücüdən sənədlərini təqdim etməsini xahiş etmişlər. Lakin, sürücü heç bir sənəd təqdim etmədiyi üçün həmin sürücünü “Escort 55”lə ərazi üzrə 9-cu Polis Bölməsinə aparmışlar. Bölmədə 99TE451 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü özünü X2 təqdim etmişdir. Məhkəmə proses iştirakçılarının, şahidin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, X6 15.03.2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Lermontov küçəsinin ərazisində 99TE451 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı nəqliyyat vasitəsini dayanma qadağan olan yerdə saxlamışdır. X6 pozuntu ilə əlaqədar ona yaxınlaşmış polis əməkdaşına şəxsiyyətini təsdiq edən sənədi və ad, soyad, ata adını təqdim etməkdən imtina etmişdir. Bununla da X6 polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə X3 əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı X3 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, X3 barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, X3 cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin X3 15.03.2022-ci il tarixdən (saat 18:25-də) inzibati qaydada tutulduğunu, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, ona tətbiq olunmuş cərimə inzibati tənbehin həddi 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X1aycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1aycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar