Məhkəmə qərarları › İş №3(009)-593/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-593/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-593/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 05.02.2022-ci il tarixli 016-16001-1122 saylı məktubu üzrə verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: X3 oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 05.02.2022-ci il tarixli 016-16001-1122 saylı məktubu üzrə verdiyi şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə daxil olmuş şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, şikayətçi öz şikayətində BDYPİ-nin 05.02.2022-ci il tarixli 016-16001-122 nömrəli məktubunu üzrə şikayət verdiyini qeyd etmişdir. Həmçinin şikayətçi X3 oğlunun şikayətinin məzmununu mülkiyyət hüququnun pozulması, ona məxsus olan nəqliyyat vasitəsinin yararsız hala düşməsi, işlə bağlı məsul şəxslərin dindirilməsi, əmlakının yararlı vəziyyətə salınaraq geri qaytarılmasını, maşınının müvəqqəti duracağda olduğu vaxta ona dəyən maddi və mənəvi ziyanın təmin olunması təşkil edir. X2 Məcəlləsində barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən şikayətçinin qeyd etdiyi 05.02.2022-ci il tarixli 016-16001-1122 saylı məktubu üzrə verdiyi şikayət və şikayətdə göstərilən tələblərə inzibati iş üzrə icraat qaydasında baxılması yolverilməzdir. Göstərilən halları isə hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə, həmçinin şikayətdə qeyd olunan tələblərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 05.02.2022-ci il tarixli 016-16001-1122 saylı məktubu üzrə verdiyi şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 128-129 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 05.02.2022-ci il tarixli 016-16001-1122 saylı məktubu üzrə verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar