Məhkəmə qərarları › İş №3(009)-594/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-594/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-594/2025 27.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlunun, X2, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Səbail Rayonu İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayonu İcra şöbəsindən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlu inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1040/2025- 003 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan X1 üçün cavabdeh Şəxs iddiaçı X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2849/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün X4 hər ay hər uşağa görə 108 manat sabit pul məbləğində (cəmi 216 manat) aliment tutularaq X8 verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə və xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu şöbədə olarkən izahatında oğluna olan aliment borcunu yanvar ayına qədər tam olaraq ödədiyini, tələbkara heç bir aliment borcu olmadığını bildirmişdir. borclunun hazırda 1678 manat aliment borcu var və son ödənişini xx.xx.2025-ci il tarixdə etmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının tam təmin edilməsini tələb edir. Hesab edir ki, borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbləri pozulmuşdur. Göstərdiklərini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, oğlu üçün müxtəlif vaxtlarda pullar xərcləmişdir. Lakin bu pulların aliment borcundan çıxılmadığından xəbəri yox idi. Hazırki borcunu isə ən tez 5-6 ay ərzində ödəyə bilər. Məhkəmə iclasında iştirak edən tələbkar X9 bildirmişdir ki, aliment borcunu tam məbləğdə borcludan tələb edir. Çünki borclu dəfərərlə belə vədlərlə onu aldatmış və nəticədə borcunu ödəməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini və inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1040/2025 saylı, xx.xx.2025-ci il tarixli və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2849/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1040/2025- 003 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan X1 üçün cavabdeh Şəxs iddiaçı X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2849/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün X4 hər ay hər uşağa görə 108 manat sabit pul məbləğində (cəmi 216 manat) aliment tutularaq X8 verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə və xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu şöbədə olarkən izahatında oğluna olan aliment borcunu yanvar ayına qədər tam olaraq ödədiyini, tələbkara heç bir aliment borcu olmadığını bildirmişdir. Borclunun hazırda 1678 manat aliment borcu var və son ödənişini xx.xx.2025-ci il tarixdə etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 32.1.1 maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Nəcəfov X6 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib, ona inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 27 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan X11 X3 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar