Məhkəmə qərarları › İş №3(009)-599/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-599/2021

01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-599/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Şikayət vermiş şəxsin səlahiyyətli nümayəndəsi X2, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından “xxxx” MMC-nin direktoru Vadim Dronov tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : “xxxx” MMC-nin direktoru Vadim Dronov Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair Protokolun ləğv edilməsi və xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin “X8 Otel Bakı” Filialı (“Şirkət”) (VÖEN **********, hüquqi ünvan AZ1006, ünvan 2 Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi (“İdarə”) tərəfindən işçi Şahid (“İşçi”) şikayəti əsasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan (“Qərar”) narazılığını bildirir. Qərar qanunvericiliyin tələblərinə zidd qaydada tərtib edilib, əsaslandırılmayıb və araşdırma zamanı tərəflərindən təqdim edilən sübutlar və izahat İdarə tərəfindən nəzərə alınmayıb, onlara hüquqi qiymət verilməyib. İdarə tərəfindən Qərar tərtib edilərkən hüquq bərabərliyi prinsipi pozularaq, əsassız olaraq İşçinin xeyrinə sənəd qəbul edilib, Şirkətə qarşı isə qərəzli mövqe tutulub. xx xxxxxx 2021-ci il tarixində İdarədə araşdırma zamanı Şirkət tərəfindən detallı izahat təqdim edilmişdir və bildirilmişdir ki, İşçinin əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinə riayət edilmişdir və İşçinin hüquqları pozulmamışdır. İzahatın surəti hazırki şikayət ərizəsinə əlavə olunur. Bir daha qeyd etmək istəyirik ki, İşçinin əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixli K-3847 saylı əmrlə xx xxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “ç” bəndinə uyğun olaraq (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürməsi əsası ilə) xitam verilmişdir. Qeyd olunan xitamla bağlı İddiaçıya əvvəlcədən xx xxxxxx 2020-ci il tarixində rəsmi xəbərdarlıq məktubu, xx xxxxxx 2020-ci ildə son haqq-hesabla bağlı ödəniş İşçinin bank hesabına köçürülmüşdür, xx xxxxxx 2020-ci il tarixində isə işdən azad edilmə haqqında əmr və əmək kitabçasının əsli İşçiyə təhvil verilmişdir. İşçi son iş günündə (xx xxxxxx 2020-ci il) Şirkətə məxsus əmlakı təhvil - təslim etməmişdir və eyni zamanda, əmək müqaviləsinə xitamla bağlı əmri və əmək kitabçasını da Şirkətdən almamışdır. Bunu nəzərə alaraq, Şirkət HR – 2379 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubu İşçinin yaşadığı ünvana göndərmişdir. Həmin məktubda bir daha bildirilmişdir ki, xx xxxxxx 2020-ci il tarixli K 3847 saylı əmrlə İşçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “ç” bəndinə əsasən (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar) xx xxxxxx 2020-ci il tarixində xitam verilib və bunu nəzərə alaraq, İşçi tərəfindən Şirkətə yaxınlaşaraq təhvil-təslim etməsi və əmək kitabçasının alınması xahiş olunur. İşçi eyni zamanda İdarəyə və məhkəməyə müraciət edərək əmək müqaviləsinin ləğv edilməsinə dair əmri mübahisələndirmişdir. İdarədə araşdırma aparıldığı zaman Şirkətə Səbail rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2 (009) – 451/2021 saylı bildirişi təqdim edilmişdir, həmin bildirişdə qeyd olunurdu ki, İşçinin şikayəti icraata qəbul olunub və həmin iş üzrə məhkəmə iclası xx xxxxxx 2021-ci il tarixinə təyin edilmişdir. Eyni predmet barədə İşçi iki quruma şikayət etdiyindən və məhkəmə tərəfindən işin icraata qəbul olunduğunu nəzərə alaraq, Şirkət tərəfindən xx xxxxxx 2021-ci ildə İdarəyə rəsmi məktub göndərilmişdir və İdarə tərəfindən icraata xitam verilməsi xahiş edilmişdir. Lakin, İdarə tərəfindən məktub nəzərə alınmamış, icraata xitam verilməmişdir, buna əlavə olaraq, İdarə tərəfindən İşçiyə xx xxxxxx 2021-ci il tarixli rəsmi məktub təqdim edilərək bildirilmişdir ki, İşçinin şikayəti əsasında Şirkətə qarşı protokol tərtib olunub və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvinə dair Şirkətə məktub göndərilib. Qeyd olunan məktubu İşçi məhkəmə iclasında sübut kimi təqdim etmişdir. Bununla da, eyni məsələyə artıq məhkəmə qaydada baxılmasına baxmayaraq, İdarə tərəfindən işin icraatına davam etdirilmişdir və hətta məhkəməyə təqdim olunması üçün İşçiyə sübut verilmişdir. Şirkət tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx xxxxxx 2021-ci il tarixində şikayət məktubu göndərilərək İdarə tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı protokolun ləğv edilməsi xahiş edilmişdir, lakin, həmin ərizəyə hüquqi qiymət verilməmişdir. İşçinin şikayəti ilə yanaşı eyni vaxtda İdarədə 12 nəfər tərəfindən tərtib edilmiş kollektiv şikayətə baxılırdı. Qeyd olunan kollektiv şikayətin mahiyyəti və tələbi İşçinin şikayəti ilə eyni idi. Şikayət edən 12 nəfərdən 7 işçinin əmək müqavilələrinə Şirkət tərəfindən eyni əsasla xitam verilmişdir (Məcəllənin 75.2 ç bəndi), digər beş işçinin əmək müqavilələrinə isə müddətin bitməsi ilə bağlı xitam verilmişdir. Həm İşçinin, həm kollektiv şikayət üzrə işçilərin əmək müqavilələrinin bağlanması və xitamı Şirkət tərəfindən eyni qaydada həyata keçirilmişdir. Kollektiv şikayət üzrə aparılan araşdırmada Şirkət iştirak etmişdir, sənədlər və sübutları təqdim etmişdir. Kollektiv şikayət əsassız olduğundan və Şirkət tərəfindən bütün sübutlar təqdim edildiyindən, 12 nəfərin əmək müqavilələrinə xitam verilməsində İdarə tərəfindən hüquq pozuntusu aşkar edilməmişdir və icraata xitam verilmişdir. Belə ki, Şirkət xx xxxxxx 2021-ci il tarixli məktubla İdarəyə müraciət edərək kollektiv şikayətin hüquqi nəticəsi barədə məlumat verilməsini xahiş etmişdir. İdarənin Şirkətə ünvanlandığı xx xxxxxx 2021-ci il tarixli, **********1 saylı cavab məktubunda qeyd olunur ki, şikayətçilərə xx xxxxxx 2021-ci il tarixli **********6 saylı məktub göndərilmişdir və həmin məktubda qeyd olunur ki, X1 və digərlərinin əmək müqavilələrinə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir və son haqq-hesablar əmək müqavilələrinin xitam verildiyi gün bank hesablara köçürülmüşdür. Lakin, İşçinin şikayətinə eyni vaxtda digər müfəttiş tərəfindən müstəqil icraatda baxılaraq, eyni sənədləşdirilməyə fərqli hüquqi qiymət verilmişdir. Bununla da, qanunvericilikdə dövlət orqanı tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan olmasına baxmayaraq, İşçinin şikayəti üzrə İdarə hüquqi əsası olmayan qərəzli mövqe tutub və dövlət orqanı qarşısında hamının bərabər olması prinsipini pozulmuşdur. İşçi ilə imzalanmış 1511 saylı əmək müqaviləsinin 9-cu maddəsinin birinci hissəsində əmək müqaviləsinin Əmək Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulan əsaslara uyğun Tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. Xüsusi ilə qeyd etmək istəyirik ki, İşçi ilə imzalanmış 1511 saylı əmək müqaviləsinin 9-cu maddəsinin (Müqaviləyə xitam verilməsi) bütün şərtləri Məcəllənin 1 saylı Əlavəsi olan “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması”-nın 9-cu maddəsi. Əmək müqaviləsinə xitam verilməsi) ilə eynidir. Bununla da, Şirkət tərəfindən əmək müqaviləsində onun xitam verilmə əsasları Məcəllənin tələblərinə uyğun olaraq qeyd edilmişdir. Yuxarıda qeyd olunan hər iki şərtə Şirkət tərəfindən ciddi surətdə əməl olunmuşdur. Belə ki, Əmrdə İşçinin xx xxxxxxxx 2021-ci il tarixində 1511 saylı əmək müqaviləsinin şərtlərinə uyğun olaraq yeni əmək müqaviləsinin bağlanması öhdəliyi öz əksini tapır və Əmrdə İşçiyə izah olunur ki, hazırki Əmr Şirkətin öhdəliyini özündə əks etdirən rəsmi sənəddir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, İşçinin şikayət ərizəsində qeyd edildiyi hallar əsassızdır, Şirkət tərəfindən Məcəllənin tələblərinə riayət olunaraq İşçinin əmək müqaviləsinə əsaslı olaraq və düzgün qaydada xitam verilmişdir, İdarə tərəfindən qəbul olunan Qərar qanunsuz və qərəzli olduğuna görə ləğv edilməldir və icraata xitam verilməlidir. Bununla da, qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs “xxxx” MMC-nin nümayəndəsi X4 şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 2012-ci ildən “xxxx” MMC-nin “X8 Otel Bakı” filialında çalışmışdır, şikayət etmiş və şikayət etdiyi məsələyə baxılmışdır. O, 1 ay qabaqcadan xəbərdarlıq edilməli olduğu halda 3 gün qabaqcadan xəbərdarlıq edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şahid əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan, “xxxx” MMC-nin direktoru Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan işdən azad edilmə haqqında K-3847 saylı xx xxxxxx 2020-ci il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, “xxxx” MMC-nin “X8 Otel Bakı” filialında texniki təmizlik üzrə menecer müavini vəzifəsində çalışan Şahid xx xxxxxx 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İnzibati xəta haqqında protokoldan və qərardan görünür ki, inzibati xətaya dair materiallara barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan baxılmış, onun izahatı alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsinə əsasən, İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, işçi ilə bağlanmış əmək müqaviləsində istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar