Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-60/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, "xxxx" MMC-nin direktoru X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən !NEFTÇALA FİSH” MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-03586/24 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Bas Gömrük İdarəsinin “İpək yolu” gömrük postundan daxil olmuş 3-33- 100/029/0322675 saylı, xx.xx.2024-cü il tarixli raportda İran İslam Respublikasından "xxxx" MMC-nin ünvanına 68AA128 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş, **********346 sorğu nömrəli GB ilə bəyan olunan yükə keçirilmiş baxış zamanı, gömrük orqanına bəyan olunmayan ümumi çəkisi 175 kq farel kürüsü (qırmızı) yükü aşkar edilərək AA1042756 seriya 9 nömrəli stikeriə gömrük təminatına alınmışdır. "xxxx" MMC tərəfindən gömrük orqanına bəyan edilməyən malların dəyəri işin alları ilə uyqun olub-olmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi əqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır. Aparılmış araşdırma zamanı ümumi çəkisi 175 kq farel kürüsü (qırmızı) yükünün qiymətləndirilməsi məqsədilə xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-007777/2024 nömrəli xx.xx.2024-cü il tarixli əktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə üraciət edərək is üzrə ekspertiza təyin edilməsi haqqında qərara əsasən ekspertizanın aparılması “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. “Azərekspertiza” Birliyindən Bakı Bas omrük İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 230 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş ümumi çəkisi 175 kq farel kürüsü yükünün xx.xx.2024-cü il tarixə orta bazar qiymətinin 1 ölçü vahidinin qiyməti 90 manat olmaqla ümumilikdə 15750 (on beş min addi yüz əlli) manat olduğu müəyyən edilmişdir. Beləliklə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar əcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta itirilmişdir. Beləliklə də, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki "xxxx" MMC tərəfindən gömrük orqanına ayan edilməyən malın ümumilikdə orta bazar qiyməti ümumilikdə 15750 (on beş min yeddi yüz li) manat təşkil edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X2 barəsində olan inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbi pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi var və inzibati xətanın bilavasitə obyekti olan ümumi çəkisi 175 kq farel kürüsü yükü müsadirə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Odur ki, inzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan ümumi çəkisi 175 kq farel kürüsü yükü müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-60/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-60/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver