Məhkəmə qərarları › İş №3(009)-601/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-601/2021

10.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-601/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail rayon məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiallar baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. Müəyyən olunmuşdur ki, həmin materiala baxılması hakimin səlahiyyətinə aiddir. İşin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. İşin icraatını rədd edən və dayandıran hallar mövcud deyildir. İnzibati xəta haqqında işin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır. İnzibati xəta haqqında iş üzrə vəsatət və etirazlar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4.3, 106, 109.1.1, 109.1.2-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material üzrə icraata başlanılsın. İşin açıq məhkəmə baxışı xx xxxxxx 2021-ci il tarixə saat 16.00-a təyin edilsin. Məhkəmə iclası Azərbaycan dilində aparılsın. Məhkəmə iclası inzibati xəta törətmiş şəxsin iştirakı ilə aparılsın. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar