Məhkəmə qərarları › İş №3(009)-609/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-609/2022

06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-609/2022 06.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair 05 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 05 mart 2022-ci il tarixdə saat 11:42-də ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus olan Şəxs adlı mağazadə işçi X4, X7, X1 qaydalarını pozaraq fərdi qoruyucu vasitə olan tibbi maska olmadan xidmət göstərmişdir. Bununla da, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs MMC-nin nümayəndəsi X6 məhkəməyə etiraz ünvanlayaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 05.03.2022-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarənin (BKSİBİ) dvm X3 tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Aşağıdakı hallara görə hesab edirik ki, inzibati xəta haqqında protokol ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir: Sübutlarla əlaqədar qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş sübut kimi yalnız 3 nəfər işçinin maskadan düzgün istifadə etməməsi barədə 3 ədəd fotoşəkil (işçilərin fotoşəkillərindən görünür ki, tibbi maska işçilərin tənəffüs yollarını, yəni ağız və bumunu tam bağlamır, bu vəziyyətdə xidmət göstərirlər), DVX əməkdaşları arasında imzalanmış sərbəst akt və həmin mağazadan alınmış kassa qəbzinin surətidir. Bununla da 3 nəfər işçinin maskadan düzgün istifadə etməyərək müştərilərə xidmət göstərməsinə görə hüquqi şəxs inzibati xəta törədilməsində təqsirləndirilir. Hazırki iş üzrə həmin işçilərin maskadan düzgün istifadə etməyərək obyektdə xidmət göstərməsindən hüquqi şəxsin hansısa xeyir götürməsi və ya hüquqi şəxsin hansısa marağının qorunmasına qiymət verilməli idi. Yəni hüquqi şəxsin əlavə xeyri və ya marağı ilə işçilərin maskam düzgün taxmaqla və ya taxmamaqla xidmət göstərməsi arasında səbəbli əlaqənin mövcud olub- olmaması araşdırılmalı idi. Hesab edirik ki, hüquqi şəxsin inzibati xəta törətməsinə dair sübutlar kifayət etmir, yaranmış ziddiyyətli məqamlar onun xeyrinə həll edilməlidir. Yaranmış şübhələr və ziddiyyətlər hər bir halda İXM-in 8-cı maddəsinə əsasən şəxsin xeyrinə həll edilməlidir. Göstərilən inzibati xətanın hüquqi şəxs tərəfindən törədilməsinə kifayət qədər sübut toplanılmamışdır. Hüquqi şəxs sübut etməli deyildir ki, inzibati xətanı törətməyib. Hüquqi şəxsin təqsirsiziiyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İşçilərin ağzında maska olmadan obyektdə olması və iş görməsi müqabilində hüquqi şəxsin hər hansısa əlavə xeyri və ya marağı qorunmur. İsci maska taxsada. taxmasa da sübut kimi əlavə olunmuş qəbzdəki məhsul eyni qivmətə. vəni 2 tikil manata satılır. Həmin işçilər əmək funksiyalarının yerinə yetirərkən, maska taxsa da, taxmasa da, eyni işi görmüş olur. Həmçinin işçilər maskanı düzgün taxsa da. taxmasada, avın sonunda ona verilən əməkhaqqı eyni olacaqdır. İşçinin maskadan düzgün istifadə etməməsi ilə göstərdiyi xidmət nəticəsində hüquqi şəxs hansısa konkret xeyir əldə etməsi və ya hansısa konkret marağının qorunmasına dair nə səlahiyyətli orqan protokolda belə bir əsaslandırma aparmamış, sübuta istinad etməmiş, nə də iş materiallarına belə bir sübut əlamə etməmişdir. Belə bir sübutlar mövcud deyildir. Əksinə, işçilər maska taxıb xidmət göstərməsi və ya düzgün maska taxmayıb xidmət göstərməsi arasındakı fərqlə, hüquqi şəxsin hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması arasında səbəbli əlaqə yoxdur. İşçinin və ya vəzifəli şəxsin törətdiyi inzibati xətanın, İXM-nin 18.2-ci maddəsindəki ümumi və prevudisial sərtə münasibətdə hüauai şəxsin inzibati məsuliyyətinə səbəb olacaq səbəbli əlaqə yoxdur. Evni xidməti işçilər maska taxaraq da göstərə bilər. İşçinin maska taxmaqla və va taxmamaqla xidmət göstərməsinin hüquqi səxsin xevri və va maraqları baxımından hər hansı bir fərqi yoxdur. Maska taxmaqla işçilərin göstərdiyi xidmətin hüquqi şəxsin xeyrinin azalmasına və ya maraqlarına zidd olmasına gətirib çıxarması üçün əsaslandırılma aparıla bilmir. Bu cür fəaliyyət məhz maska taxmadan və yalnız bu cür inzibati xətava vol verilməklə həyata keçirilməsi mümkün olsaydı, digər halda bu cür fəaliyyət mümkünsüz olsaydı və va maska taxmadan fəalivvət göstərmək nəticəsində hüquqi səxs hər hansısa əlavə üstünlük və va xeyir əldə etsəydi, onda belə bir əsaslandırma aparmaqla, hüquqi səxsin bu xeyrinin mövcudluğu sübut olunmaqla, hüquqjşəxs inzibati məsuliyyətə cəlb edə bilərdi. Bununla da işçilər maska taxmadan xidmət göstərirsə, bu hal məhz həmin işçilərin özünün inzibati məsuliyyətinə səbəb ola bilər və ya işçilərin maska taxmasma nəzarəti həyata keçirən vəzifəli şəxsin özünün inzibati məsuliyyətinə səbəb ola bilər. Hüquqi şəxsin inzibati məsuliyyətə cəib edilməsi ücün lazım olan məhz bu cür sübutetmə. məhz hüquqi şəxsə münasibətdə inzibati xəta tərkibinin bütün əlamətlərinin müəyyən edilməsində əhəmiyyət kəsb edir. İnzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi mütləq nəzərə alması hallardır. Əgər hüquqi şəxsin həmin inzibati xəta nəticəsində hər hansı bir xeyir əldə etməsinə dair, bu xeyirin həcmi barədə sübut yoxdursa və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə sübut yoxdursa, həmin hüquqi şəxs heç tənbeh də edilə bilmir. Səlahiyyətli orqanın əməkdaşının obyektin içərisində işçilərin maskadan düzgün istifadə edib- etməməsi ilə bağlı çəkdiyi fotoşəkillər, hüquqi şəxsin İXM-nin 211.3-cü maddəsi ilə inzibati məsuliyyətini yaradan sübut kimi o halda istifadə edilə bilər ki, səlahiyyətli orqan həmin sübuta istinad edib, hüquqi şəxsin hansısa xeyri əldə etməsini və ya maraqlarının qorunmasını təsdiq etsin və bundan sonra protokol tərtib edə bilər. Lakin səlahiyyətli orqan inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə ümumiyyətlə sübut təqdim etməmişdir. Hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilirsə, İXM-in 18.2-ci maddəsində sadalanmış şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır ki, həmin inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyəti yaransın. Həm də həmin şəxslərin törətdiyi ixtiyari bir inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o, inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır kİ, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Lakin belə bir əsaslandırma iş materiallarında ümumiyyətlə aparılmamışdır. Ehtimallara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Hazırkı iş üzrə hüquqi şəxs üçün inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması üçün, İXM-nin 18.2-ci maddəsində müəyyən edilmiş “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törədilməsi şərti mütləq baş verməlidir, bu sübut olunmalıdır. Əks halda hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Bundan əlavə hazırkı iş üzrə birinci olaraq həmin fiziki və vəzifəli şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır. Bundan sonra araşdırılmalıdır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmişdir, ya yox? Belə bir vəziyyətdə nəzərə alınmalıdır ki, İXM-in 8.1 -ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş iizrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yəni hər hansı bir şəxsin inzibati xəta törətməkdə təqsirli bilinməsi barədə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı yoxdursa, həmin şəxsi inzibati xəta törətməkdə təqsirli bilinə bilməz Hazırkı iş üzrə hüquqi şəxsin İXM-in 18.2.1,18.2.2,18.2.3,18.2.4-cü maddələrində sadalanmış vəzifəli şəxsləri və ya işçisinin inzibati xəta törətməsinə dair qərar olmadığından, həmin şəxslərin inzibati xəta törətməsi sübut olunmuş hesab edilmir. Belə bir halda vəzifəli şəxslərinin və ya işçisinin mövcud olmayan inzibati xətasına görə hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Həm də şəkildən görünür ki, işçilərinin də üzərində maskası vardır. Bu hail onu göstərir ki, işçilərin maska taxmasına nəzarət edən şəxs bu sahə üzrə öz vəzifələrini yerinə yetirib, işçiləri maska ilə təmin edib. Artıq işçilərin maskadan düzgün istifadə etməməsinə görə nə hüquqi şəxs, nə də həmin işçilərə nəzarəti həyata keçirən İXM-nin 18.2.1, 18.2.2, 18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxs məsuliyyət daşıya bilməz. İşçinin maskadan düzgün istifadə etməməsi, əslində hüquqi şəxsin marağının qorunması üçün deyil, bu halda hüquqi şəxsin marağı pozulmuşdur. Hüquqi şəxsin işçilərinin fərdi qoruyucu vasitələrdən (maska) istifadə etmədən xidmət göstərməsi hüquqi şəxsin maraqlarının birbaşa pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş qaydalara əməl edilməsinə nəzarət etmək, bu qaydalara əməl olunmasını təşkil və təmin etmək, o cümlədən nəzarət etmək həmin məhdud məsuliyyətli cəmiyyətin vəzifəli şəxslərinin vəzifəsi hesab edilir. İşçinin və ya həmin işçilərə nəzarət eləməli olan vəzifəli şəxsin hüquqi şəxsin maraqlarının pozuntusuna yönəlmiş inzibati xətasına görə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Hüquqi şəxs onun maraqlarının “pozulması” üçün törədilmiş inzibati xətaya görə deyil, mahz İXM-nin 18.2-ci maddəsinə əsasən onun maraqlarının “qorunması” üçün törədilən inzibati xətaya görə məsuliyyət daşıya bilər. Ona görə də inzibati xəta “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törədilməmişdirsə, hətta aşağıdakı hüquqi aktlar da hüquqi şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Hüquqi şəxs üçün inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması üçün İXMnin 18.2-ci maddəsində müəyyən edilmiş “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törədilməsi şərti mütləq baş verməlidir, bu sübut olunmalıdır. Əks halda hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu barədə sübutlar yoxdur. Belə bir sübut hazırkı iş üzrə mümkünsüzdür. İXM-nin 18.2.1, 18.2.2, 18.2.3, 18.2.4-cü maddələrində sadalanmış vəzifəli şəxslər və işçilərin İXM-nin 211-ci maddəsində sadalanan “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” ilə bağlı elə bir inzibati xətaları ola bilər ki, həmin xətaya görə hüquqi şəxs də inzibati məsuliyyət daşıya bilər. Məsələn: 1) karantin rejimi dövründə müəyyən edilmiş müddət rejimini pozmaqla, müəyyən edilmiş saatlardan artıq xidmət göstərilməsi. 2) masa ətrafında müəyyən edilmş saydan artıq adamların əyləşdirilməsi və onlara xidmət göstərilməsi. 3) müəyyən edilmiş say həddindən artıq adamların obyektə (restoran, kafe və s.) buraxılması. 4) karantin rejimi dövründə qadağan edilmiş fəaliyyətin göstərilməsi (çay evlərində qalyan verilməsi, massaj xidmətləri və s.). Sadalanan həmin hallarda həmin xidmətlərə görə hüquqi şəxsin əlavə xeyri ola bilər ki, buna görə də işçilərin bu cür inzibati xətasına görə hüquqi şəxs də inzibati məsuliyyət daşıya bilər. 5) Və yaxud restoranlarda, böyük mollarda vaksin olunub-olunmama yoxlanılmaqla, həmin obyektlərə buraxılma ilə bağlı tələblərə əməl edilməməsi, yəni həmin obyektlərə daxil olan şəxslərin vaksin olunması qəsdən yoxlanılmadan buraxılması, həmin obyektlərin marağına xidmət etmiş olardı. Çünki bu halda həmin obyektlərə daha çox adam daxil olur, bu isə həmin obyektlərin marağına xidmət edir. Bu siyahıları qeyd edilən “meyarlara” görə artırmaq da olar. Hər bir halda “meyar” törədilən inzibati xətanın “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün”, yəni törədilən inzibati xətadan hüquqi şəxsin xeyin götürməsi, maraqlarının qorunmasıdır. Lakin həmin “meyarlar” hazırkı inzibati xəta haqqında protokolda göstərilən inzibati xətalar üzrə hüquqi şəxsə münasibətdə mövcud deyildir, mümkünsüzdür. Beləliklə, işçilərin məhz fərdi qoruyucu vasitədən istifadə etməməklə xidmət göstərməsi ilə işçilərin özünün törətdiyi inzibati xətanın nəticəsinin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi sübut olunmur. Həmçinin qeyd edirik ki, hazırkı protokol məhz hüquqi şəxs barəsində tərtib edilmişdir. Həmin protokol fiziki şəxs və ya vəzifəli şəxs barəsində tərtib edilmədiyindən, bununla da fiziki şəxs və ya vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmadığmdan, hazırkı icraatın yekunu olaraq fiziki şəxs və ya vəzifəli şəxs barəsində inzibati tənbehvermə qərarı da qəbul edilə bilməzdi. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X6 etiraza uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsindən həmin Məcəllənin 211.2-ci maddəsinə tövsif edilməlidir. İş materiallarında olan 05.03.2022-ci il tarixdə Şəxs MMC-yə məxsus mağazada çəkilmiş fotoşəkillərdən görünür ki, işçilər tərəfindən tibbi maskadan istifadə edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 05.03.2022-ci il tarixli protokoldan görünür ki, vergi ödəyicisinin rəsmi və səlahiyyətli nümayəndəsinin izahatının alınması və protokolla tanış etmək mümkün olmamışdır. 05.03.2022-ci il tarixli akta əsasən 05.03.2022-ci il tarixdə Şəxs MMC-nin işçiləri qapalı məkanda tibbi qoruyucu maskadan istifadə etməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)- 3535/2021 saylı, 15.12.2021-ci il tarixli qərarına əsasən Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 05 mart 2022-ci il tarixdə saat 11:42-də ünvan 1 ünvanında yerləşən Şəxs mağazasında epidemiya əleyhinə rejiminin, sanitar gigiyena və karantin qaydalarının pozulması faktı aşkar edilmişdir. (tibbi qoruyucu maskadan istifadə edilməmişdir). Həmçinin iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (006)-3535/2021 saylı, 15.12.2021-ci il tarixli qərarına əsasən Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Səlahiyyətli orqan İXM 211.3-cü maddəsi ilə protokol tərtib edərkən Nəsimi rayon Məhkəməsinin 3(006)-3535/2021 saylı, 15.12.2021-ci il tarixli qərarına istinad etmiş və inzibati xətanın inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi kimi qiymətləndirmişdir. Qeyd olunan qərardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Platnikov küçəsinda yerləşən Bazarstore mağazasında işləyən işçi tərəfindən tibbi maskadan istifadə etməməsi müəyyən olunduğundan hüquqi şəxs İXM 211.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tədbiri seçilmişdir. Hazırki işdən isə görünür ki, protokol Şəxs MMC barəsində tərtib olunsa da, hazırki xəta ünvan 1 ünvanda yerləşən Bazarstore mağazasında törədilmişdir. Qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi ağırlaşdırıcı hal kimi müəyyən edilmiş, həmçinin qeyd edilən normaya əsasən Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Göründüyü kimi inzibati xətalar hüquqi şəxsə məxsus müxtəlif ünvanlarda yerləşən marketlərdə baş vermişdir, inzibati xətalar eynilik təşkil etmir. Bu hal isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini istisna edir. Lakin iş materiallarında olan sübutlarla 05 mart 2022-ci il tarixdə saat 11:42-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus mağazada epidemiya əleyhinə rejiminin, sanitar gigiyena və karantin qaydalarının pozulması (işçilər tərəfindən tibbi qoruyucu maskadan düzgün istifadə edilməmişdir) tam sübuta yetirilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, törədilmiş əməl Azərbaycan Respublikasının İXM-nin 211.3-cü maddəsindən, həmin Məcəllənin 211.2-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli 189 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 2-ci hissəsinə görə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Həmin Qərarın 3-cü hissəsinə görə 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikası İXM-si ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 211.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Törədilmiş inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsindən həmin Məcəllənin 211.2-ci maddəsinə tövsif edilsin. Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar