Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-611/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Səbail Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş 16 oktyabr 2023-cü il tarixli, İXP 4964962, 19 noyabr 2023-cü il tarixli, İXP 5046247, 27 avqust 2022-ci il tarixli, İXP 4851891, 25 mart 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İş materiallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3cü maddəsi ilə tərtib edilmiş 16 oktyabr 2023-cü il tarixli, İXP 4964962, 19 noyabr 2023-cü il tarixli, İXP 5046247, 27 avqust 2022-ci il tarixli, İXP 4851891, 25 mart 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə tətbiq ediliş ödənilməmiş cərimənin məbəgi qeyri-müəyyəndir . İş materiallarında EQ 10087100, EQ 10875006, EQ ******* və EQ 11667959 nömrəli qərarlar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində ödənilmədiyi qeyd edilsə də, protokollar üzrə elektron informasiya sistemindən heç bir məlumat əldə etmək mümkün olmamışdır. Göründüyü kimi Şəxs barəsində tərtib edilmiş 16 oktyabr 2023-cü il tarixli, İXP 4964962, 19 noyabr 2023-cü il tarixli, İXP 5046247, 27 avqust 2022-ci il tarixli, İXP 4851891, 25 mart 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar natamamdır. Bu natamamlığı isə işə baxılarkən aradan qaldırmaq mümkün deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar və toplanmış materiallar natamam olduğundan mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol protokol və toplanmış material tamamlanması üçün Səbail RPİ-nin DYPŞ-nə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100,118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 16 oktyabr 2023-cü il tarixli, İXP 4964962, 19 noyabr 2023-cü il tarixli, İXP 5046247, 27 avqust 2022-ci il tarixli, İXP 4851891, 25 mart 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokollar və toplanmış materiallar Səbail Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-611/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-611/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver