Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-612/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, ev 7, mənzil 4 ünavnında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Səbail Rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayonu İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri 31 saylı notariat kontorunun 8i/2002 saylı, 04.12.2018-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 40000 manat məbləğində pul vəsaiti və 10 manat dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra vərəqəsi 04.01.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluyangöndərilmişdir. İcra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən borcluya müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. Bütün bunlara baxmayaraq bu günədək borclu tərəfindən tələb təmin edilməmişdir. Borclunun adma hər hansı daşınar və ya daşınmaz əmlakların olubolmamasına dair sorğular verilmiş, həmçinin bank hesablarında pul vəsaitinin olub-olmamasına dair verilmiş sorğulara əsasən borclunun adında tələbin yönəldiləcəyi əmlak aşkarlanmamışdır. Beləliklə borclu barəsində axtarış qərarı verilmişdir. Borclu şöbəyə yaxınlaşaraq 17.03.2022-ci il tarixli izahatında icra sənədi üzrə heç bir məbləğ ödəmədiyini, icra sənədi ilə razı olmadığını və adına daşınar və daşınmaz heç bir əmlakın olmadığını bildirmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərdiklərini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş 17.03.2022-ci il tarixli İnzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri 31 saylı notariat kontorunun 8i/2002 saylı, 04.12.2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı protokola əlavədən görünür ki, Bakı şəhəri 31 saylı notariat kontorunun 8i/2002 saylı, 04.12.2018-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 40000 manat məbləğində pul vəsaiti və 10 manat dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra vərəqəsi 04.01.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluyangöndərilmişdir. İcra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən borcluya müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. Bütün bunlara baxmayaraq bu günədək borclu tərəfindən tələb təmin edilməmişdir. Borclunun adma hər hansı daşınar və ya daşınmaz əmlakların olubolmamasına dair sorğular verilmiş, həmçinin bank hesablarında pul vəsaitinin olub-olmamasına dair verilmiş sorğulara əsasən borclunun adında tələbin yönəldiləcəyi əmlak aşkarlanmamışdır. Beləliklə borclu barəsində axtarış qərarı verilmişdir. Borclu şöbəyə yaxınlaşaraq 17.03.2022-ci il tarixli izahatında icra sənədi üzrə heç bir məbləğ ödəmədiyini, icra sənədi ilə razı olmadığını və adına daşınar və daşınmaz heç bir əmlakın olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 500 (beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №3(009)-612/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-612/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver