Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-613/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Tural Aşurovun, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Tural Aşurov tərəfindən tərtib edilmiş 17 mart 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Tural Aşurov bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3 826/2016 nömrəli, 06.09.2016-cı il tarixli icra sənədinə əsasən İddiaçı X3 10.08.2014-cü il təvəllüdlü X16 ilə ünsiyyət vaxtı hər həftənin bazar günü saat 12:00-dan saat 18:00-dək müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2136/2016 nömrəli, 18.04.2016-cı il tarixli icra sənədinə əsasən X4 nəvəsi 10.08.2014-cü il təvəllüdlü X16 ilə ünsiyyətdə olmasına yaradılan maneələr aradan qaldırılmalıdır. Qeyd olunan icra sənədləri 29.08.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədinin icrası ilə bağlı 22.09.2018-ci il tarixdə saat ll:00-da icra təyin olunmuş, icra yerinə uşağı borclunun babası Yusifov Həsən gətirmiş və uşaq atası Rüfət Nəcəfovla ünsiyyətdə olmuşdur. Uşaq babasının qucağında olaraq ona sığınmasına baxmayaraq atasıyla söhbət aparmış və beləliklə görüş baş tutmuşdur. Səbail rayon icra və probasiya şöbəsində 29.09.2018-ci il və 06.10.2018-ci il tarixlərdə görüş təyin olunmuş, görüş zamanı uşaqbabasına sığınaraq atası ilə görüşmək istəmədiyini bildirmişdir. Atası uşağa hədiyyə gətirmiş və hədiyyəni övladma vermək istəyəndə uşaq hədiyyəni istəmədiyini deyərək götürməmişdir. Atası uşaqla bağça və dostları barədə söhbət aparmış, bununlada ata ilə uşağın ünsiyyəti baş tutmuşdur. İş üzrə tələbkar 13.10.2018-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək icra sənədinin Nərimanov rayon icra və probasiya şöbəsində olduğu vaxt icra məmuru ilə bir neçə dəfə borclunun evində görüş keçirildiyini, lakin X7 atası Həsənov Yusifin və anası Həsənova Arzunun süni maneələr törətdiyini, görüşün baş tutmadığını və övladı ilə ünsiyyətdə olması üçün görüşün borclunun evində olmasını istəmədiyini bildirərək, övladı ilə görüşü Səbail rayon icra və probasiya şöbəsinin inzibati binasında davam etdirilməsini xahiş etmişdir. Səbail rayon icra və probasiya şöbəsinin inzibati binasında 20.10.2018-ci il və 27.10.2018-ci il tarixlərdə keçirilmiş görüşlər baş tutmuş X3 uşağı ilə ünsiyyətdə olması təmin edilmişdir. Növbəti dəfə 03.11.2018-ci il tarixdə yenidən görüş keçirilmiş və uşaq ağlayaraq babasından onu evə aparmasını istəmiş, Nəcəfov Rüfət uşağa nağıl danışmağa başlamış, lakin uşaq ağlamağa davam edərək babasında onu evə aparmasını istəmişdir. Bu səbəbdən görüş dayandırılmış və bununla bağlı müvafiq akt tərtib edilmişdir. İcra sənədinin icrası ilə bağlı 24.11.2018-ci il tarixə icra təyin edilmiş, bu barədə tərəflərə şifahi və yazılı formada məlumat verilmişdir. Qeyd olunan tarixdə Səbail rayon icra və probasiya şöbəsinin inzibati binasında olarkən uşağı borclunun atası icra yerinə gətirmişdir. İcra zamanı uşaq babasına sığınaraq “məni apar burdan deyərək” ağlamağa başlamış, icra iştirakçılarının fikri ilə babasının uşağa təsir etdiyi məlum olmuş, həmçinin 34 nömrəli şəhər poliknikasmın həkim pediatrı Samirə Əliyeva uşaqda nevrostiniya əlamətlərinin müşahidə olunmadığını, uşağın fiziloliji sağlam olduğunu, müstəqil psixoloq Asəf Kərimovun Y.Həsənovun uşağın atası ilə görüşməyinə maraq göstərmədiyini və hərəkətsizliyi ilə görüşə mane olduğunu bildirmişlər. Mütəxəssislərin fikrincə uşaq görüşə qabaqcadan hazırlanmalı, təsir altından çıxarılmalıdır. Eyni zamanda uşağın bu şəkildə gərgin şəraitdə görüşməsinin təmin edilməsinin qeyri-mümkün olduğunu bildirmişlər. Qeyd olunanlar bağlı 24.11.2018-ci il tarixli akt tərtib edilmişdir. İş üzrə tələbkar 02.03.2019-cu il tarixli ərizə ilə şöbəyə müraciət edərək övladı ilə görüşmək üçün əvvəlcədən danışılmış 02.03.2019-cu il tarixdə saat ll:00-da borclunun qeydiyyatda olduğu ünvana getdiyini, ünvanda olarkən övladının babası X14 ilə birlikdə qeyd olunan ünvanın həyətinə gəldiklərini, uşağın onu görən kimi qışqırıb ağlamağa başladığını, Y.Həsənovun onun ünvanına söyüş və təhqirlərdən istifadə edərək, onun qeyd olunan ünvandan uzaqlaşmağını tələb etdiyini bildirərək, övladı ilə normal, qanunamüvafıq qaydada ünsiyyətdə olmağı üçün borclunun və icraya bir başa mane olan övladının babası X9 məsuliyyətə cəlb olunması ilə bağlı məhkəməyə protokolla müraciət edilməsini xahiş etmişdir. Göstərilən icra sənədlərinin icrası ilə bağlı 13.03.2019-cu il tarixdə saat 1 l:00-da şöbəyə yaxınlaşmalar üçün Şəxs Yüsif qızma və borclunun etibarnamə üzrə nümayəndəsi X10 05.03.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Lakin borclunun atası 11.03.2019-cu il tarixdə şöbəyə teleqram göndərərək onlara göndərilmiş xəbərdarlıq məktubunda göstərilmiş tarixi 15.03.2019-cu il tarixinə saat 16:00-a keçirilməsini xahiş etmişdir. Buna baxmayaraq borclu və atası qeyd olunan tarixdə şöbəyə yaxınlaşmamış, icra sənədinin icrasından yayınmışlar və bununla bağlı 15.03.2019- cu il tarixli akt tərtib edilmişdir. Borclu Şəxs və borclunun etibarnamə üzrə nümayəndəsi X9 məcburi qaydada şöbəyə gətirilməsi barədə qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Daha sonra tərəflər arasında əldə olunmuş razılığa əsasən uşaqla ünsiyyətin ünvan 2 ünvanında yerləşən “Sehirli aləm” uşaq baxçasmda keçirilmişdir. İcra Baş İdarəsinin rəisi-Baş icra məmurunun 31.03.2020-ci il tarixli 01 nömrəli yerli İcra və Probasiya qurumlarında koronvirus (COVİD-19) infeksiyasma qarşı mübarizənin gücləndirilməsi ilə bağlı əlavə tədbirləri haqqında Göstərişinə əsasən uşaqla ünsiyyət tələblərinin icrasının virtual qaydada təşkil edilməsi tapşırılmışdır. Tələbkar şifahi qaydada şöbəyə müraciət edərək 1 ildən çoxdur ki, nəvəsini görmədiyini və uşağı digər babası X14 tərəfindən maneələr yaradıldığını bildirmişdir. X14 şöbəyə dəvət olunmuş onunla profilaktik söhbət aparılmış, ona məhkəmə qərarının mahiyyəti və icrası qaydaları bir daha izah olunmuşdur. Həmçinin ondan izahat alınmışdır. İzahatında nəvəsinin babası və atası ilə görüşməyinə heç bir etirazının olmadığını bildirmiş əvvəllər razılaşdırılmış qaydada baxçaa görüşə və yaxud yaşadıqları ünvandan uşağın götürülməsinə maneə yaratmayacağmı bildirmişdir. Uşağın 1 ilə yaxın müddətdə babasını görməməsini nəzərə alaraq tərəflərin qarşılıqlı razılığına əsasən müvəqqəti olaraq 2-3 görüşün icra məmurunun iştirakı ilə X11 təhsil aldığı ünvan 3 ünvanında yerləşən “Ankara” məktəbi məktəb-liseyinin inzibati binasının qarşısına təyin olunması qərara alınmışdır. Uşaqla ünsiyyət 05.03.2021-ci il tarixinə, saat 10:20-yə qeyd olunan ünvana təyin edilmişdir. X2 ona məxsus olan 050- ***-**-** nömrəli mobil telefon vasitəsi ilə zəng edərək iş yerində onlayn konfrans təşkil olunduğunu orada iştirak etməsinin vacib olduğunu bildirmiş və bu səbəbdən də icra yerində iştirak edən bilməyəcəyini bildirmişdir. Həmçinin əvvəlcədən şöbədə olarkən razılaşmasına baxmayaraq iş günlərində işdən çıxa bilməyəcəyini, müvafiq baxça ilə danışacağını və nəvəsi ilə ünsiyyətdə olması üçün ona şərait yaradılmasına müraciət edəcəyini, bu barədə şöbəyə məlumat verəcəyini bildirmişdir. Sonuncu dəfə uşaqla ünsiyyət ilə bağlı icra tədbirlərinin aparılması 22.05.2021-ci il tarixinə saat 1 l:00-a təyin edilmişdir. Uşağın babası X14 21.05.2021- ci il tarixdə mobil telefon vasitəsilə əlaqə saxlayaraq avtomobil qəzası keçirtdiyini, hazırda xəstəxanada olduğunu bildirmiş və nəvəsini icra yerinə gətirə bilməyəcəyini qeyd etmişdir. Borclu Şəxs və etibarnamə üzrə nümayəndəsi X14 icra sənədinin icrasından yayındığına görə 25.05.2021-ci il tarixdə məcburi gətirilməsi ilə bağlı qərar qəbul edilərək məlumat üçün tərəflərə göndərilmişdir. Borclu Şəxs tərəfindən 25.05.2021-ci il tarixli məcburi gətirmə haqqında qərardan şikayət verilmiş, Səbail rayon məhkəməsinin 8(009)-150/2021 sayh, 18.06.2021-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmişdir. Qeyd olunan qərardaddan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya məhkəməsinin 8(103)- 361/2021 sayh, 23.07.2021-ci il tarixli qəradadına əsasən şikayət qismən təmin olunmuş, Səbail rayon məhkəməsinin 2(009)-150/2021 sayh, 18.06.2021-ci il tarixli qərardadı borclunun nümayəndəsi X9 məcburi gətirilməsi hissəsində ləğv edilmiş, borclu Şəxs məcburi gətirilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Daha sonra 14.02.2022-ci il tarixdə Borclu Şəxs və etibarnamə üzrə nümayəndəsi X10 19.02.2022-ci il tarixdə “Sehirli Aləm” uşaq bağçasının həyətində icra təyin olunması ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. X5 18.02.2022-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək 19.02.2022-ci il tarixə təyin olunmuş görüşün təxirə salınmasını və borclunun nümayəndəsinin iştirakı olmadan başqa bir vaxta keçirilməsini xahiş etmişdir. Bakı Apellyasiya məhkəməsinin 8(103)-361/2021 sayh, 23.07.2021-ci il tarixli qəradadı icra olunması 14.02.2022-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir. Əlavə olaraq 04.03.2022-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinə xatırlatma məktubu ilə müraciət olunmuşdur. Göründüyü kimi icra sənədi üzrə borclu Şəxs icra sənədi şöbənin icraatına daxil olduqdan sonra şöbəyə gəlməmiş, bütün icra proseslərində nümayəndəsi tərəfindən təmsil olunmuşdur. Uşağın atası ilə görüşməyinə maraq göstərməmiş və hərəkətsizliyi ilə görüşə mane olmuşdur. Azərbaycan Respublikası Ailə məcəlləsində göstərilmiş vəzifələrini yerinə yetirməmiş, həmçinin vəzifələrini yerinə yetirmədiyinə görə digər valideynin və uşağın ata babasının hüquqlarını kobud şəkildə pozmuşdur. 16.03.2022-ci il tarixdə borclu Şəxs şöbəyə gəlmiş, ondan izahatı alınmışdır. İzahatında məhkəmənin qərarından xəbərdar olduğunu, qərara hörmətlə yanaşdığını, lakin ailəli olduğu dövrdə aldığı fiziki və psixoloji zərbələrdən qarşı tərəfi görməmək üçün icra prosesində özü iştirak etmədiyini, bu işlə atası və etibarnamə üzrə nümayəndəsi X9 məşğul olduğunu qeyd etmişdir. Hər dəfə uşaqla ünsiyyətdən sonra uşağın səhhətində və psixologiyasında pozulmalar əmələ gəldiyini iddia edir. Ona icra sənədinin mahiyyəti izah olunmuş və onun icrasının məcburiliyi diqqətinə çatdırılmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, məhkəmə qərarından xəbəri vardır. Lakin qərarın icrasından yayınmadığını, hərəkətlərində qərarı yerinə yetirməmək ilə bağlı bir əlamət olmadığını bildirmişdir. O, uşağı müəyyən olan vaxtda və tarixdə özü və yaxud atası vasitəsi ilə görüşə gətirdiyini, lakin uşağın özünün görüşə gəlmək istəmədiyini bildirmişdir. İş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar şəxs X6 bildirmişdir ki, Şəxs uşağa psixoloji təsir göstərərək, uşağa atası və babası ilə bağlı yalan məlumatlar vermişdir. Uşağın qeyd olunan tarixdə və saatda görüş yerinə gətirildiyini, lakin uşağın üstündə böyük psixoloji təsir olduğunun göründüyünü bildirmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3826/2016 nömrəli, 06.09.2016-cı il tarixli icra sənədinə əsasən İddiaçı X3 10.08.2014-cü il təvəllüdlü X16 ilə ünsiyyət vaxtı hər həftənin bazar günü saat 12:00-dan saat 18:00-dək müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2136/2016 nömrəli, 18.04.2016- cı il tarixli icra sənədinə əsasən X4 nəvəsi 10.08.2014-cü il təvəllüdlü X16 ilə ünsiyyətdə olmasına yaradılan maneələr aradan qaldırılmalıdır. Qeyd olunan icra sənədləri 29.08.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. İcra sənədinin icrası ilə bağlı 22.09.2018-ci il tarixdə saat ll:00-da icra təyin olunmuş, icra yerinə uşağı borclunun babası Yusifov Həsən gətirmiş və uşaq atası Rüfət Nəcəfovla ünsiyyətdə olmuşdur. Uşaq babasının qucağında olaraq ona sığınmasına baxmayaraq atasıyla söhbət aparmış və beləliklə görüş baş tutmuşdur. Səbail rayon icra və probasiya şöbəsində 29.09.2018-ci il və 06.10.2018-ci il tarixlərdə görüş təyin olunmuş, görüş zamanı uşaqbabasına sığınaraq atası ilə görüşmək istəmədiyini bildirmişdir. Atası uşağa hədiyyə gətirmiş və hədiyyəni övladma vermək istəyəndə uşaq hədiyyəni istəmədiyini deyərək götürməmişdir. Atası uşaqla bağça və dostları barədə söhbət aparmış, bununlada ata ilə uşağın ünsiyyəti baş tutmuşdur. İş üzrə tələbkar 13.10.2018-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək icra sənədinin Nərimanov rayon icra və probasiya şöbəsində olduğu vaxt icra məmuru ilə bir neçə dəfə borclunun evində görüş keçirildiyini, lakin X7 atası Həsənov Yusifin və anası Həsənova Arzunun süni maneələr törətdiyini, görüşün baş tutmadığını və övladı ilə ünsiyyətdə olması üçün görüşün borclunun evində olmasını istəmədiyini bildirərək, övladı ilə görüşü Səbail rayon icra və probasiya şöbəsinin inzibati binasında davam etdirilməsini xahiş etmişdir. Səbail rayon icra və probasiya şöbəsinin inzibati binasında 20.10.2018-ci il və 27.10.2018-ci il tarixlərdə keçirilmiş görüşlər baş tutmuş X3 uşağı ilə ünsiyyətdə olması təmin edilmişdir. Növbəti dəfə 03.11.2018-ci il tarixdə yenidən görüş keçirilmiş və uşaq ağlayaraq babasından onu evə aparmasını istəmiş, Nəcəfov Rüfət uşağa nağıl danışmağa başlamış, lakin uşaq ağlamağa davam edərək babasında onu evə aparmasını istəmişdir. Bu səbəbdən görüş dayandırılmış və bununla bağlı müvafiq akt tərtib edilmişdir. İcra sənədinin icrası ilə bağlı 24.11.2018-ci il tarixə icra təyin edilmiş, bu barədə tərəflərə şifahi və yazılı formada məlumat verilmişdir. Qeyd olunan tarixdə Səbail rayon icra və probasiya şöbəsinin inzibati binasında olarkən uşağı borclunun atası icra yerinə gətirmişdir. İcra zamanı uşaq babasına sığınaraq “məni apar burdan deyərək” ağlamağa başlamış, icra iştirakçılarının fikri ilə babasının uşağa təsir etdiyi məlum olmuş, həmçinin 34 nömrəli şəhər poliknikasmın həkim pediatrı Samirə Əliyeva uşaqda nevrostiniya əlamətlərinin müşahidə olunmadığını, uşağın fiziloliji sağlam olduğunu, müstəqil psixoloq Asəf Kərimovun Y.Həsənovun uşağın atası ilə görüşməyinə maraq göstərmədiyini və hərəkətsizliyi ilə görüşə mane olduğunu bildirmişlər. Mütəxəssislərin fikrincə uşaq görüşə qabaqcadan hazırlanmalı, təsir altından çıxarılmalıdır. Eyni zamanda uşağın bu şəkildə gərgin şəraitdə görüşməsinin təmin edilməsinin qeyri-mümkün olduğunu bildirmişlər. Qeyd olunanlar bağlı 24.11.2018-ci il tarixli akt tərtib edilmişdir. İş üzrə tələbkar 02.03.2019-cu il tarixli ərizə ilə şöbəyə müraciət edərək övladı ilə görüşmək üçün əvvəlcədən danışılmış 02.03.2019-cu il tarixdə saat ll:00da borclunun qeydiyyatda olduğu ünvana getdiyini, ünvanda olarkən övladının babası X14 ilə birlikdə qeyd olunan ünvanın həyətinə gəldiklərini, uşağın onu görən kimi qışqırıb ağlamağa başladığını, Y.Həsənovun onun ünvanına söyüş və təhqirlərdən istifadə edərək, onun qeyd olunan ünvandan uzaqlaşmağını tələb etdiyini bildirərək, övladı ilə normal, qanunamüvafıq qaydada ünsiyyətdə olmağı üçün borclunun və icraya bir başa mane olan övladının babası X9 məsuliyyətə cəlb olunması ilə bağlı məhkəməyə protokolla müraciət edilməsini xahiş etmişdir. Göstərilən icra sənədlərinin icrası ilə bağlı 13.03.2019-cu il tarixdə saat 1 l:00-da şöbəyə yaxınlaşmalar üçün Şəxs Yüsif qızma və borclunun etibarnamə üzrə nümayəndəsi X10 05.03.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Lakin borclunun atası 11.03.2019-cu il tarixdə şöbəyə teleqram göndərərək onlara göndərilmiş xəbərdarlıq məktubunda göstərilmiş tarixi 15.03.2019-cu il tarixinə saat 16:00-a keçirilməsini xahiş etmişdir. Buna baxmayaraq borclu və atası qeyd olunan tarixdə şöbəyə yaxınlaşmamış, icra sənədinin icrasından yayınmışlar və bununla bağlı 15.03.2019- cu il tarixli akt tərtib edilmişdir. Borclu Şəxs və borclunun etibarnamə üzrə nümayəndəsi X9 məcburi qaydada şöbəyə gətirilməsi barədə qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Daha sonra tərəflər arasında əldə olunmuş razılığa əsasən uşaqla ünsiyyətin ünvan 2 ünvanında yerləşən “Sehirli aləm” uşaq baxçasmda keçirilmişdir. İcra Baş İdarəsinin rəisi-Baş icra məmurunun 31.03.2020-ci il tarixli 01 nömrəli yerli İcra və Probasiya qurumlarında koronvirus (COVİD-19) infeksiyasma qarşı mübarizənin gücləndirilməsi ilə bağlı əlavə tədbirləri haqqında Göstərişinə əsasən uşaqla ünsiyyət tələblərinin icrasının virtual qaydada təşkil edilməsi tapşırılmışdır. Tələbkar şifahi qaydada şöbəyə müraciət edərək 1 ildən çoxdur ki, nəvəsini görmədiyini və uşağı digər babası X14 tərəfindən maneələr yaradıldığını bildirmişdir. X14 şöbəyə dəvət olunmuş onunla profilaktik söhbət aparılmış, ona məhkəmə qərarının mahiyyəti və icrası qaydaları bir daha izah olunmuşdur. Həmçinin ondan izahat alınmışdır. İzahatında nəvəsinin babası və atası ilə görüşməyinə heç bir etirazının olmadığını bildirmiş əvvəllər razılaşdırılmış qaydada baxçaa görüşə və yaxud yaşadıqları ünvandan uşağın götürülməsinə maneə yaratmayacağmı bildirmişdir. Uşağın 1 ilə yaxın müddətdə babasını görməməsini nəzərə alaraq tərəflərin qarşılıqlı razılığına əsasən müvəqqəti olaraq 2-3 görüşün icra məmurunun iştirakı ilə X11 təhsil aldığı ünvan 3 ünvanında yerləşən “Ankara” məktəbi məktəb-liseyinin inzibati binasının qarşısına təyin olunması qərara alınmışdır. Uşaqla ünsiyyət 05.03.2021ci il tarixinə, saat 10:20-yə qeyd olunan ünvana təyin edilmişdir. X2 ona məxsus olan 050- ***-**-** nömrəli mobil telefon vasitəsi ilə zəng edərək iş yerində onlayn konfrans təşkil olunduğunu orada iştirak etməsinin vacib olduğunu bildirmiş və bu səbəbdən də icra yerində iştirak edən bilməyəcəyini bildirmişdir. Həmçinin əvvəlcədən şöbədə olarkən razılaşmasına baxmayaraq iş günlərində işdən çıxa bilməyəcəyini, müvafiq baxça ilə danışacağını və nəvəsi ilə ünsiyyətdə olması üçün ona şərait yaradılmasına müraciət edəcəyini, bu barədə şöbəyə məlumat verəcəyini bildirmişdir. Sonuncu dəfə uşaqla ünsiyyət ilə bağlı icra tədbirlərinin aparılması 22.05.2021-ci il tarixinə saat 1 l:00-a təyin edilmişdir. Uşağın babası X14 21.05.2021- ci il tarixdə mobil telefon vasitəsilə əlaqə saxlayaraq avtomobil qəzası keçirtdiyini, hazırda xəstəxanada olduğunu bildirmiş və nəvəsini icra yerinə gətirə bilməyəcəyini qeyd etmişdir. Borclu Şəxs və etibarnamə üzrə nümayəndəsi X14 icra sənədinin icrasından yayındığına görə 25.05.2021-ci il tarixdə məcburi gətirilməsi ilə bağlı qərar qəbul edilərək məlumat üçün tərəflərə göndərilmişdir. Borclu Şəxs tərəfindən 25.05.2021-ci il tarixli məcburi gətirmə haqqında qərardan şikayət verilmiş, Səbail rayon məhkəməsinin 8(009)-150/2021 sayh, 18.06.2021-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmişdir. Qeyd olunan qərardaddan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya məhkəməsinin 8(103)- 361/2021 sayh, 23.07.2021-ci il tarixli qəradadına əsasən şikayət qismən təmin olunmuş, Səbail rayon məhkəməsinin 2(009)-150/2021 sayh, 18.06.2021-ci il tarixli qərardadı borclunun nümayəndəsi X9 məcburi gətirilməsi hissəsində ləğv edilmiş, borclu Şəxs məcburi gətirilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Daha sonra 14.02.2022-ci il tarixdə Borclu Şəxs və etibarnamə üzrə nümayəndəsi X10 19.02.2022-ci il tarixdə “Sehirli Aləm” uşaq bağçasının həyətində icra təyin olunması ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. X5 18.02.2022ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək 19.02.2022-ci il tarixə təyin olunmuş görüşün təxirə salınmasını və borclunun nümayəndəsinin iştirakı olmadan başqa bir vaxta keçirilməsini xahiş etmişdir. Bakı Apellyasiya məhkəməsinin 8(103)-361/2021 sayh, 23.07.2021-ci il tarixli qəradadı icra olunması 14.02.2022-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir. Əlavə olaraq 04.03.2022-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinə xatırlatma məktubu ilə müraciət olunmuşdur. Göründüyü kimi icra sənədi üzrə borclu Şəxs icra sənədi şöbənin icraatına daxil olduqdan sonra şöbəyə gəlməmiş, bütün icra proseslərində nümayəndəsi tərəfindən təmsil olunmuşdur. Uşağın atası ilə görüşməyinə maraq göstərməmiş və hərəkətsizliyi ilə görüşə mane olmuşdur. Azərbaycan Respublikası Ailə məcəlləsində göstərilmiş vəzifələrini yerinə yetirməmiş, həmçinin vəzifələrini yerinə yetirmədiyinə görə digər valideynin və uşağın ata babasının hüquqlarını kobud şəkildə pozmuşdur. 16.03.2022-ci il tarixdə borclu Şəxs şöbəyə gəlmiş, ondan izahatı alınmışdır. İzahatında məhkəmənin qərarından xəbərdar olduğunu, qərara hörmətlə yanaşdığını, lakin ailəli olduğu dövrdə aldığı fiziki və psixoloji zərbələrdən qarşı tərəfi görməmək üçün icra prosesində özü iştirak etmədiyini, bu işlə atası və etibarnamə üzrə nümayəndəsi X9 məşğul olduğunu qeyd etmişdir. Hər dəfə uşaqla ünsiyyətdən sonra uşağın səhhətində və psixologiyasında pozulmalar əmələ gəldiyini iddia edir. Ona icra sənədinin mahiyyəti izah olunmuş və onun icrasının məcburiliyi diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsinin mənasından da aydın olur ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən, İXM-nin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, inzibati xəta haqqında iş üzrə icraat rədd edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №3(009)-613/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-613/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver