Məhkəmə qərarları › İş №3(009)-62/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-62/2021

19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-62/2021 19.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən sürücü Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 13:30-da xx xxxxxx 1995-ci il tarixdə Sabirabad rayonunda anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, xx xxxxxx 2020-ci il tarixdə Səbail rayonu, Xəqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində “Hyundai H 100” MARKALİ 9O JM 467 dövlət qeydiyyat nişanlı yük avtomobili və “RKS-50” markalı mopedin iştirakı ilə baş vermiş yolnəqliyyat hadisəsi zamanı mopedin sürücüsü Şəxs xəsarət alması ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Tədqiqat materiallarına əlavə edilmiş sürücü X3 verdiyi izahatından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13:30 radələrində “xxxx” MMC-yə məxsus olan və etibarnamə ilə idarə etdiyi “Hyundai H 100“ markalı **-JM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Səbail rayonu, Puşkin küçəsi ilə “28 may” istiqamətində hərəkət edib işıqforun yaşıl işığında Xəqani küçəsi ilə kəsişməni keçərkən sol tərəfimdən, yəni Xəqani küçəsindən gələn moped onun idarə etdiyi avtomobilin qabaq sol künc hissəsi ilə toqquşmuş, sonra moped fırlanıb qabaq sol qapıya çırpılmışdır. Avtomobili həmin yerdə dayandırıb avtomobildən enmiş və yerə oturmuş mopedin sürücüsünə yaxınlaşıb xəsarət alıb-almadığını soruşduqda mopedin sürücüsü özünü Şəxs kimi təqdim etmişdir. Onun imtina etməsinə baxmayaraq, yanında olan iş yoldaşı Akif “Təcili tibbi yardım” xidmətinə zəng etmişdir. Hadisə yerinə gələn “Təcili tibbi yardım maşını” Kamranı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmış, onlar isə hadisə yerində qalmışlar. O, hadisə barədə DİN-in “102” xidmətinə məlumat vermişdir. Hadisə yerinə yaxınlaşan YPX-ti əməkdaşı yolu bağlamamaq üçün nəqliyyat vasitələrini yoldan çıxarmaqlarını bildirmiş, sonra polis əməkdaşı hadisəni sənədləşdirmişdir. İşin mahiyyəti üzrə sualları cavablandıran Heydər Kərimli qeyd etmişdir ki, hadisə Səbail rayonu, Xəqani və Puşkin küçələrinin kəsişməsindəki sarı kəsişmə torunun üzərində baş vermişdir. O, işıqforun yaşıl işığında kəsişməyə daxil olmuş və avtomobili 50 km/saat sürəti ilə idarə etmişdir. O, işıqforun yaşıl işığında hərəkətini davam etdirib kəsişməni keçərkən moped əks istiqamətdə hərəkət edən yük avtomobilinin arxasından qəflətən çıxıb onun idarə etdiyi yük avtomobili ilə toqquşmuşdur. Təhlükə onun üçün mopedin həmin yük avtomobilinin arxasından çıxdığını gördüyü və ona 1 metr məsafə qalmış yaranmış, həmin vaxt məsafə çox yaxın olduğuna görə, tormoz əyləcindən istifadə etməyə imkan tapmamış və hadisənin qarşısının alınması üçün heç nə edə bilməmişdir. Toqquşma idarə etdiyi “Hyundai H 100“ markalı yük avtomobilinin qabaq sol künc hissəsi ilə “RKS-50” markalı mopedin qabaq təkəri arasında baş vermiş, zərbənin təsirindən moped fırlanıb sağ yan tərəfi ilə yük avtomobilinin qabaq sol qapısına çırpılmışdır. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Avtomobili idarə edərkən spirtli içki qəbul etməmiş və bununla bağlı müayinədən keçmişdir. Həmin vaxt idarə etdiyi yük avtomobilində iş yoldaşı Akif Rzazadə olmuş, artıq yük olmamışdır. Avtomobil “xxxx” ASC-də icbari sığorta olunmuşdur. İdarə etdiyi yük avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə zamanı yük avtomobilinin qabaq bamperin sol künc hissəsi, qabaq sol fara, sol yan güzgü və qabaq qapının şüşəsi sınmış, qabaq sol qapı əzilmişdir. X5 baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı “RKS-50” markalı mopedin sürücüsü Şəxs barəsində şikayət və tələbinin “xxxx” MMC-yə məxsus olan avtomobilə dəymiş zərərin ödənilməsindən ibarət olduğunu izahatının sonunda göstərmiş, dəymiş maddi ziyanın dəqiq məbləği barədə məlumatının olmadığını, lakin bununla bağlı qüsur aktını aldıqdan sonra təhiqata təqdim edəcəyini bildirmişdir. Şəxs izahatından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:30 radələrində “Əjdaha Dönər” kafesinə məxsus olan və idarə etdiyi “RKS” markalı 48 kub mühərrik həcmli mopedlə Səbail rayonu, Xəqani küçəsi ilə hərəkət edib, Puşkin küçəsi ilə kəsişməyə daxil olmuş və R.Zorge küçəsi istiqamətində kəsişməni keçmək istəyərkən “Hyundai H 100“ markalı **-JM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, toqquşma zamanı hər iki diz və ayaq nahiyələrindən xəsarətlər almışdır. Sürücü yük avtomobilini həmin yerdə dayandırmış və yanındakı sərnişinlə ona yaxınlaşıb xəsarət alıb-almadığını soruşmuşlar. O, heç bir problem olmadığını demiş, lakin sürücünün yanındakı şəxs “Təcili tibbi yardım” xidmətinə zəng etmişdir. Hadisə yerinə gələn “Təcili tibbi yardım maşım” onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmış, orada onu müayinə etmiş və ilkin tibbi yardım göstərib, evə buraxmışlar, işin mahiyyəti üzrə sualları cavablandıran Şəxs qeyd etmişdir ki, hadisə Səbail rayonu, Xəqani və Puşkin küçələrinin kəsişməsindəki sarı kəsişmə torunun üzərində baş vermişdir. O, stop-xəttə dayanıb, yeni hərəkətə başladığına görə, mopedin sürəti 30 km/saatdan artıq olmamış və kəsişməyə daxil olarkən işıqfora baxmamış, ona görə də, işıqforun hansı işığında kəsişməyə daxil olduğunu bilmir. O, kəsişməyə daxil olmamışdan qabaq piyada keçidindən keçən piyadaları buraxıb, yolun boş olduğunu zənn etmiş və kəsişməyə daxil olmuşdur. Təhlükə onun üçün kəsişmədə toqquşduğu yük avtomobilini gördüyü anda və ona 5 metr məsafə qalmış yaranmışdır. Həmin vaxt tormoz əyləcindən istifadə etməmiş, həmin yük avtomobilinin qarşısından keçib getmək istəmişdir. Toqquşma idarə etdiyi mopedin qabaq təkəri ilə “Hyundai H 100“ markalı yük avtomobilinin qabaq sol künc hissəsi arasında baş vermiş, zərbənin təsirindən mopedlə fırlanıb sağ yan tərəfi ilə yük avtomobilinin qabaq sol qapısına çırpılmışdır. Hadisə zamanı hər iki diz və ayaq nahiyələrindən sıyrıq xəsarətləri almış, bundan başqa, çiyin, baş və qollarında ağrılar vardır. Mopedi idarə edərkən spirtli içki qəbul etməmiş və bununla bağlı müayinədən keçmiş, həmin vaxt motoşlemdən istifadə etmiş, mopeddə tək olmuş, sərnişin və artıq yük olmamışdır. Moped texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə zamanı mopedin qabaq təkər üstü qanadı, önlük, cihaz örtüyü, sağ yan tərəfindəki plastmas hissələr və sol yan güzgüsü qırılmış, qabaq sağ fara sınmış, banın plastmas örtüyü qırılmışdır. Sürücü Şəxs baş vermiş yol-nəqliyyat hadisəsi və xəsarət alması ilə bağlı “Hyundai H 100“ markalı **- JM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü X1 barəsində heç bir şikayət və tələbinin olmadığını göstərmiş, səhvini başa düşdüyünü və etdiyi əməldən peşman olduğunu, hadisənin öz günahından, yəni işıqfora baxmadan kəsişməyə daxil olduğuna görə baş vermişdir. Video görüntüyə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin xx.xx.2020-ci il tarixdə saat 13:34:38-ci saniyədə Səbail rayonu, Xəqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində baş verdiyi, “Hyundai H 100“ markalı **-JM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin işıqforun icazə verilən işığında (yaşıl) kəsişməyə daxil olduğu, “RKS-50” markalı mopedin isə işıqforun qadağanedici işığında (qırmızı) kəsişməyə daxil olaraq sarı kəsişmə torunun üzərində “Hyundai H 100“ markalı **-JM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 Səbail rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 638 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, 1995-ci il təvəllüdlü Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ və sol diz oynağının və hər iki baldırın ön səthlərinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2020-ci il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən, hərəkətdə olan mopedin avtomaşla toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəsəksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Hazırki işdən isə müəyyən edilir ki, Şəxs törətdiyi hadisə nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.503-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tərkibi var və 80 (səksən) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 11503, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar