Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-62/2023 10.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X9i İdarəsinin 22 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X9i İdarəsinin 22 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022 tarixdə Bakı şəhər DYPİ inspektoru tərəfindən barəsində inzibati xəta haqqında No İXP ******* protokol tərtib edilmişdir. Ardınca xx.xx.2022 tarixli, No TP ******* Qərar qəbul edilmişdir. Həmin qərar barəsində tərəfindən verilmiş şikayətə baxan Səbail Rayon Məhkəməsi (hakim Azər Tağıyev) № 3(009)-1845/2022 qərar ilə qarara almışdır: “Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş M.S. Səmidzadənin şikayət ərizəsi qismən təmin edilsin, Bakı Şəhər X9i İdarəsinin (BŞDYPİ) TP ******* saylı, 25 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin idarəyə göndərilsin”. Lakin BŞDYPİ tərəfindən qərar ləğv edildikdən sonra iş hərtərəfli araşdırılmadan haqqında eyni protokol üzrə xx.xx.2022 tarixli, № TP5476047 qərar qəbul edilərək faktiki olaraq barəsində əvvəlki qərarla nəzərdə tutulan tənbeh növü tətbiq edilmişdir. Bildirirəm ki, bu qərar əsassız və qanunsuzdur. Belə ki, xx.xx.2022 tarixdə mülkiyyətində olan **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Səbail rayonu, Azneft dairəsində hərəkətdə olan zaman BŞDYPİ inspektoru tərəfindən dayandırılmışdır. Ondan dayandırılma əsasını soruşduqda bildirilmişdir ki, səbəb xətaya yol verməyidir. Dəfələrlə hansı qaydanı pozduğuna dair məlumat almaq istəməsinə baxmayaraq, inspektor irəli sürdüyü iddianı əsaslandıra bilməmişdir. Protokol tərtib edəcəyini deyən inspektora istədiyi tədbiri görməkdə sərbəst olduğu, lakin qanunsuz addım atacağı təqdirdə məhkəməyə şikayət edəcəyini bildirmişdir. Belə ki, hər zaman olduğu kimi, sözügedən tarixdə də qanunun tələblərinə ciddiyyətlə əməl etmiş, hər hansı pozuntuya yol verməmişdir, qeyd olunan protokol və inzibati xəta haqqında qərarı dəqiq olaraq hansı əmələ görə tərtib olunması hələ də ona qaranlıqdır. Protokolun tərtib olunması barədə ancaq bir neçə gün sonra ASAN Ödəniş elektron sistemdaki müvafiq kabinetə daxil olduqda məlumat əldə etmişdir. Müraciəti nəticəsində ona inzibati xəta haqqında qərar xx.xx.2023 tarixdə təqdim olunmuşdur. İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin məcəllənin 110.1-ci maddəsində qeyd olunur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. İnzibati xətalar Məcəlləsinin 53-cü maddəsinə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.2. inzibati xəta tərkibi olmadıqda. Bu qərarda qeyd olunan hal (yolayrıcını keçmə qaydalarını pozma halı) gerçəyi əks etdirmədiyinə, beləliklə, əməlində inzibati xəta tərkibi olmadığna görə inzibati xəta üzrə icraata xitam verilməlidir. Odur ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022 tarixli, TP5476047 inzibati tənbeh vermə haqqında Qərarı və xx.xx.2022 tarixli, İXP ******* protokolu ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 şikayətini müdafiə edərək inzibati xəta hadisəsini törətmədiyi üçün şikayətin təmin edilməsini, Bakı şəhər X9 İdarəsinin inzibati tənbehvermə haqqında 22 dekabr 2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X5 şikayətə etiraz edərək bildirmişdir ki, barəsində qərar çıxarılmış şəxs X6 15 oktyabr 2022-ci il tarixində saat 14:41-radələrində idarə etdiyi “Honda Civic minik” minik markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Azneft dairəsi ünvanında hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətmişdir. Qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin X9i İdarəsinə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü yol-patrul xidməti inspektoru X4 bildirmişdir ki, sürücüyə hansı qayda pozuntusunu törətdiyi tərəfindən ətraflı izah edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Azneft dairəsi ünvanı ilə sürücü hərəkətdə olarkən dairəyə daxil olmaq istəyən yol nəqliyyat vasitələrinə yol verməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 15-ci bəndinin tələblərini pozmuşdur. Belə ki, dairəvi təşkil olunan yolayrıcına daxil olan sürücü dairədə hərəkətdə olan yol nəqliyyat vasitələrinə yol verməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 41-ci bəndinə əsasən yol vermək dedikdə— sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsi başa düşülür. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə qayda pozuntusunu hadisəni əks etdirən videogörüntüdən müşahidə etmək mümkündür. Məhkəmə iclasında hadisəni əks etdirən videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, X3 15 oktyabr 2022-ci il tarixdə saat 14:41-də idarə etdiyi “Honda Civic minik” minik markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bibiheybət istiqamətindən Azneft dairəsinə istiqamətinə doğru hərəkətdə olarkən başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edərək yol ayrıcını keçmə qaydasını pozmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hadisəni əks etdirən videogörüntüyə baxıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Bakı Şəhər Baş Polis İdarəsinin X9i İdarəsinin 22 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab edilməlidir. Belə ki, işə əlavə edilmiş 22 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X3 15 oktyabr 2022-ci il tarixində saat 14:41radələrində idarə etdiyi “Honda Civic minik” minik markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Azneft dairəsi ünvanında hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətmiş və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 15 oktyabr 2022-ci il tarixində saat 14:41-radələrində Bakı şəhəri, Səbail rayonu, Azneft dairəsi ünvanında "Honda Civic minik” minik markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan yolayrıcını keçmə qaydalarının pozaraq inzibati xəta törətmiş və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X3 xx.xx.2022-ci il tarixdə saat 14:41 radələrində Bakı şəhəri, Səbail rayonu, Azneft dairəsi ünvanında " Honda Civic minik” minik markalı **-OL- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi materiala əlavə edilmiş 22 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla, izahatlar, inzibati xəta haqqında protokol ilə kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən X3 qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol hərəkəti Qaydalarına, yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin XV bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallann səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X9i İdarəsinin 22 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. X1 şikayətində, məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarının pozaraq inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin X9i İdarəsinin 22 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin X9i İdarəsinin 22 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-62/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-62/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver