Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-627/2022 06.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5, Barəsində inzibati tənbehvermə barədə qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X1 nümayəndəsi və vəkili X2 iştirakları ilə, "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 09.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 09.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edir ki, şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin aidiyyatı üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında barəsində inzibati tənbehvermə barədə qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X1 nümayəndəsi və vəkili X6 şikayətin aidiyyatı üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdı. Belə ki, işdə olan MN ******* nömrəli, 09.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 22.11.2021-ci il tarixdən 06.01.2022-ci il tarixədək "xxxx" MMC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsində nəzərdə tutulan İnzibati xətanı törətməkdə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi X4 Xidməti tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 09.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar "xxxx" MMC-nin direktoru X3 barəsində qəbul edilmişdir. X1 yaşayış yeri isə Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr, Asif Məhərrəmov küçəsi, 33, 37-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə aparılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3- cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ‘Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci ii tarixil Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Göründüyü kimi, inzibati xətanın törədildiyi yer "xxxx" MMC-nin hüquqi ünvanı, yəni ünvan 1 şəhəri Xətai rayonunun inzibati ərazisidir, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X1 şikayətində onun yaşadığı yer üzrə baxılması barədə vəsatəti mövcud deyil. Belə olduğu halda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyi nəzərə alınmaqla X1 verdiyi şikayətə Bakı şəhəri Səbail Rayon Məhkəməsində deyil, inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, şikayətə Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyəti üzrə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X1 X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 09.03.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-627/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-627/2022
06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver